pulları ram edir!
Pullar
Faydalı bilgilər
Mini məqalələr
Şəxsi təcrübə
13.03.2026
Kazım
/müəllif

Böyük texnologiya şirkətlərindən ən məşhur 10 müsahibə sualı

“Google”, “Apple”, “Amazon”, “Meta” və bu kimi digər böyük şirkətlərdə işə qəbul prosesi çoxdan təkmilləşib. Bu şirkətlərdə müsahibənin məqsədi yalnız bilikləri yoxlamaq deyil. Onlar burada namizədlərin düşünmə tərzi, qərarvermə üsulu və iş mühitində davranışları ilə tanış olmaq istəyirlər.

Bu müsahibələrdə verilən suallar bəzən gözlənilməz, bəzən sadə olsa da, işə qəbul olmaqda böyük önəm daşıyır. Gəl bu sualların bəziləri ilə tanış olaq və müsahibə üçün indidən məşq edək.
Niyə məhz bu şirkət?
Bu sual, demək olar ki, hər müsahibədə verilir. Elə cavablar da hər müsahibədə eyni olur. Bu sualı verməklə şirkət sənin onlar haqqında nə bildiyini, niyə məhz burada çalışmaq istədiyini və nəyə maraq göstərdiyini öyrənməyi hədəfləyirlər.
nəyə maraq göstərdiyini və niyə məhz burada çalışmaq istədiyini 
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!
Problemlə qarşılaşdığın zaman ilk hansı addımı atarsan?
Bu sual texniki bilikdən daha çox düşüncə tərzini üzə çıxarır. Problemi dərhal həll etməyə çalışırsan, yoxsa əvvəl analiz edirsən? Məsləhət alırsan, yoxsa təkbaşına qərar verirsən? Əməkdaşlarda səhv axtarırsan, yoxsa problemin həllinə fokuslanırsan?

Bu sualın düz, ya da səhv cavabı yoxdur. Hər şey sənin yanaşmandan, düşüncə tərzindən və təqdimatından asılıdır.
Bəs komanda daxilində problem yaranarsa, nə edərsən?
Komanda işi vacibdir, bunu hamımız bilirik. Konflikt zamanı susmaq, yoxsa məsuliyyəti üzərinə götürmək kimi məqamlar da komanda konfliktlərinin bir parçasıdır. Hansı dərəcədə komanda oyunçusu olduğunu anlamaq sualın əsas mahiyyətidir.
Uğursuz olduğun bir iş və ya layihən haqqında danış
Nə problemsiz iş yeri, nə də problemsiz insan var. Şirkətlər də problemlə üzləşən əməkdaşlar axtarırlar, çünki onların təcrübəsi daha dəyərlidir. Onları daha çox maraqandıran isə səhvin özü yox, səhvdən sonra nə etdiyindir. 

Məsuliyyəti üstünə götürməyin, nəticə çıxarmağın və məsələnin həllinə yanaşman onlar üçün vacibdir.
Yaxşı lider sənin üçün nə deməkdir?
Bu sual təkcə rəhbərlik anlayışını yox, sənin komanda daxilindəki rolunu da əks etdirir. Lideri yalnız göstəriş verən biri kimi görmək artıq köhnə yanaşmadır, ona görə də çalış ki, bu cür cavablardan uzaq durasan.

Kiçik ipucu:
Böyük şirkətlər üçün liderlər insanları bir araya gətirən və məsuliyyəti bölüşdürə bilən şəxsdir.
Təzyiq altında necə işləyirsən?
Xüsusilə, texnologiya sahəsində stressiz günlər azdır. Vaxt məhdudiyyəti, gözlənilməyən problemlər və texniki səhvlər, üstəlik, məsuliyyət işin əsas hissəsidir.

Bu sual vasitəsilə müsahibəni götürən şəxs stres zamanı hansı davranışları sərgilədiyini anlamağa çalışır.
Bu məhsulu yenidən yaratmaq şansın olsa, nəyi dəyişərdin?
Burada şirkət səndən tənqid yox, fərqli baxış bucağı və məntiqli təkliflər gözləyir. Üstəlik, cavabınla komandaya necə töhfə verəcəyini də əvvəldən göstərmiş olacaqsan. Təkliflərini təqdim edərkən məntiqli və açıq səbəblərlə özünü izah etməyi unutma.
Kənardan baxarkən burada səni narahat edən nədir?
Bir çox namizədi çaşdıran bu sualın məqsədi neqativ fikir eşitmək yox, düşünülmüş və əsaslandırılmış rəy almaqdır. Hər şeyi tərifləmək də, sərt cavab vermək də eyni dərəcədə risklidir.
Bir neçə ildən sonra özünü harada görürsən?
Klişe suallardan biri daha… Klişe olsa da, özündə sənin bir çox tərəfini əks etdirir. Müsahibəni alan bu sual vasitəsilə gələcək planlarını öyrənmək, hədəflərini bilmək və nə dərəcədə realist olduğunu təxmin etmək istəyir. Fantastik və mümkünsüz hədəflər, ya da motivasiyasız cavab nəticənə mənfi təsir göstərə bilər.
Səni niyə işə götürməliyik?
Adətən müsahibənin sonunda verilən bu sual ümumi təəssüratı yekunlaşdırır. Burada artıq CV-də qeyd olunan faktlar yox, özün haqqında daha çox məlumat lazımdır. Standart cavablar səni çox da yaxşı nəticəyə gətirib çıxarmayacaq.
Nəticə
Böyük texnologiya şirkətlərində müsahibə bir imtahan deyil. Bu, namizədlə şirkət arasında qarşılıqlı tanışlıq prosesidir. Sualın özü yox, ona verilən yanaşma çox vaxt əsas rol oynayır.
“Bir” ekosistemində karyera
Çevik iş modellərinə, nəticə əsaslı performansa və güclü komanda mədəniyyətinə fokuslanan mühit axtarırsansa, düz ünvandasan.

Oxşar məqalələr