pulları ram edir!
Pullar
Faydalı bilgilər
Mini məqalələr
Şəxsi təcrübə
16.04.2026
Kazım
/müəllif

Azərbaycanda haykinq üçün 5 möhtəşəm yer

Macəra və bir az da sakitlik axtarırsansa dağ gəzintisi (hiking) ideal seçim olar. Hər gün eyni kafelər, eyni məkanlar və eyni planlar bir müddət sonra sıxıcı gəlir, bunun həlli isə çıxıb getməkdi. Telefonu kənara qoyub, təmiz hava ilə nəfəs alıb, stress atmaq. Bizim ölkədə dağ gəzintisi anlayışı heç də populyar deyil, və bir çox adam bilmir ki ölkəmizdə onlarla gəziləcək gözəl yerlər var. Bu məqalədə sənə dağ gəzintisi üçün olan 5 fərqli istiqamət toplamışıq.
Azərbaycanın fərqli istiqamətləri
Əgər bir az şəhərdən qaçmaq, başını boşaltmaq və təbiəti hiss etmək istəyirsənsə, bu yerlər sənin üçündür. Məsələn, Siyəzəndə yerləşən Beş Barmaq dağı. Ora qalxanda gördüyün mənzərə unudulmazdır. Xəzər ayağının altındadır, havası da paytaxtdan çox daha təmiz. Sonra yolunu sal Oğuzdakı Quruçay şəlaləsinə, suyun səsi, sərin külək, tam bir istirahət kimi gəlir insana. İsmayıllıya tərəf getsən isə Qalacıq və Maşanlı kəndləri sakitliyi ilə qarşılayır, burda hər şey daha rəngli, daha təbii hiss olunur, heç bir tələskənlik yoxdur, bir sözlə səs-küydən uzağ hüzur. Daha sonra isə Lahıc — daş küçələr, köhnə ruh… sanki 100 il arxaya gedirsən, bir az gəzib, bir az da kef edirsən. Son olaraq, Şabranda Emil gölü var, sakit, gözəl və ideal istirahət istiqaməti. Göl kənarında oturub bir az nəfəs alırsan və bəzən şəhərin səs-küyündən uzağ olmağın nə qədər gözəl olduğunu anlıyırsan.
Dağ gəzintisi üçün nə götürməlisən?
Əgər artıq plan qurmusansa və bu yerlərdən birinə getmək istəyirsənsə, bir şeyi unutma: yaxşı hiking təcrübəsi yalnız marşrutdan yox, düzgün hazırlıqdan asılıdır. Aşağıda isə yürüş zamanı həqiqətən işinə yarayacaq, Birmarket-də tapa biləcəyin bir neçə məhsulu topladıq:
Nəticə
Dağ gəzintisi elə bir şeydir ki, anidən çıxıb getmək doğru olmur. Bir az planlamaq və düşünmək mütləqdir: hara gedirsən, nə qədər vaxt aparacaq, hava necə olacaq. Bunları müəyyən edəndən sonra isə uyğun ekipirovka seçmək daha rahat olur. Belə yanaşanda dağ gəzintisi daha rahat və yaxşı keçir, stress yox olur və prosesdən həqiqətən zövq almağa başlayırsan.

Oxşar məqalələr