pulları ram edir!
Pullar
Faydalı bilgilər
Mini məqalələr
Şəxsi təcrübə
24.03.2026
Farid
/müəllif

9-6 iş rejimi, yoxsa öz işini qurmaq: Rasional və irrasional səbəblər

“9-6 iş rejimi köləlikdir” deyən də var, “öz biznesin azadlıqdır” deyən də… Amma bu iki cümlə adətən reallığı yox, emosiyaları daşıyır. Əslində, sual belə olmalıdır:
— Hansı həyat tərzi sənə daha uyğundur və hansı risklər səni gecələr narahat etməz?

İş də, biznes də vasitədir. Olar səni bir yerə aparır, amma hara apardığı sənin nəyə ehtiyacın olduğundan asılıdır.
9-6 iş rejiminin mənfi və müsbətləri
Hər sistemdə olduğu kimi, bunun da özünəxas mənfi və müsbət cəhətləri var.

Müsbət tərəfləri:
  • Stabillik: Gəlirinin nə qədər olacağını əvvəldən bilirsən və büdcəni buna uyğun planlaşdırırsan.
  • Sistem: Rəsmiyyət, komanda, qərar prosesi və rol bölgüsü var. Qərarların yükü təkcə sənin üstündə deyil.
  • Resurslar: Əlçatan təlimlər, əlaqələr, tanışlıqlar və mentorlar. Bunlar bəzən puldan da dəyərli təcrübəyə çevrilir.
Müsbət tərəfləri:
  • Tavan effekti: Maaş artımı olur, amma limitli formada. Müəyyən həddə çatdıqdan sonra yalnız vəzifə yüksəlişi ilə daha çoxunu əldə edə bilirsən.
  • Sistemdən asılılıq: Harada və necə işləyəcəyini sistem özü müəyyən edir.
  • Korporativ asılılıq: Şirkətin vəziyyəti, rəhbərin üslubu və kollektiv mədəniyyəti həyatına birbaşa təsir edir.
  • Daxili neqativ hisslər: Bəzən həvəs və ambisiyan iş rolun üçün daha böyük qalır. "Bunu mən də edərdim, ya da etmək istəyərdim" deyə çox düşünürsən.
Öz biznesinin mənfi və müsbətləri
Öz işini qurmaq, təbii ki, gözəl səslənir, amma gəl bunun da mənfi və müsbətlərinə baxaq.

Müsbətləri:
  • Azadlıq: Müştəri seçimi, məhsul, istiqamət və bir çox məqam haqqında qərar sahibi sənsən.
  • Tavansızlıq: Qazancın "vəzifə aralığı" ilə məhdudlaşmır.
  • Potensial sürət: Düzgün məhsul və satış strategiyası təyin etdikdə artım gözlədiyindən də kəskin ola bilər.
  • Özgüvən: Bir neçə il sonra dönüb biznesinə baxdığın zaman "mən bacardım" hissi hər şeydən daha dəyərli olur.
Mənfiləri:
  • Qeyri-sabit gəlir: Bir ay satışlar çox, gələn ay isə az ola bilər.
  • Psixoloji yük: Səhv qərarlar, komanda arasında problemlər, satışların azalması, hüquqi məsələlər və s. Bunların hamısı sənin öhdəliyindədir.
  • Tənha oyun: Komanda qurulana qədər hər şeyi özün çəkirsən.
  • Ənənəvi "iş və həyat" balansının sonu: Başlanğıcda işləri bitirmək üçün 9−10 saat belə bəs etmir.
Rasional səbəblər
9-6 seçimi daha rasional ola bilər, əgər:
  • Sənə yaxın aylarda sabit gəlir lazımdırsa;
  • Öyrənmə mərhələsindəsən və təcrübə toplamaq istəyirsənsə;
  • Komanda və ya struktur daxilində daha məhsuldar olursansa;
  • Normal olaraq risk götürmək istəmirsənsə.
Öz biznesini qurmaq daha rasional ola bilər, əgər:
  • Bazarda real bir problemi müşahidə etmisən və həll edəcək bacarıqların varsa;
  • Satış, xidmət və məhsul yaratmaq kimi proseslərdə təcrübəli və dözümlüsənsə;
  • Bir müddət dalğalı gəlirə hazırsansa;
  • Öz qərarlarının məsuliyyəti səni qorxutmursa.
İrrasional səbəblər
9−6 iş rejimi seçimini etmək üçün irrasional səbəblər:
  • Sırf "hamı belə edir" deyə düşünür və statusu önəmli tutmaq;
  • Valideyn, çevrə və "sabit iş" təzyiqi;
  • Yükdən qaçıb sadəcə stabil işə sığınma istəyi.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!
İrrasional səbəblər
9−6 iş rejimi seçimini etmək üçün irrasional səbəblər:
  • Sırf "hamı belə edir" deyə düşünür və statusu önəmli tutmaq;
  • Valideyn, çevrə və "sabit iş" təzyiqi;
  • Yükdən qaçıb sadəcə stabil işə sığınma istəyi.
Öz biznesini qurmaq üçün irrasional səbəblər:
  • Sosial mediadan təsirlənən "azad həyat" görüntüsü;
  • Menecerə əsəbdən "öz işimi quraram" reaksiyası;
  • "Böyük pul" romantikası və prosesin çətin hissəsini gözardı etmək;
  • "Öz işinin müdiri olmaq" eqosu.
Öz biznesini necə qura bilərsən?
  1. İlk növbədə bazardakı hər hansı problemi seç və onun həlli üçün insanlar pul ödəyərmi deyə düşün.
  2. 9-6 iş rejimini eksperiment kimi istifadə et. Məsələn, boş vaxtlarını özünüinkişafa ayır və ya bir həmin işdəki məhsulu öz biznesin imiş kimi böyütməyə çalış.
  3. İdeal məhsulu birdəfəlik əldə etmək düşüncəsinə qapılma. Əvvəlcə bir prototip yarat, kiçik müştəri qrupuna təqdim et və rəylər topla.
  4. Kiçik məbləğ ilə məhsulu satışa çıxar və ilk real müştəri testlərini keçir. Vaxt keçdikcə qiymət strategiyasını da müəyyən edəcəksən.
  5. Özünə iki fərqli ssenari yaz; hansı hallarda işi dayandıracaq, hansı hallarda davam edəcəksən. Məsələn: “3 ay dalbadal gəlir olmasa, formatı dəyişəcəyəm”.
  6. Əgər öz biznesinin gəliri maaşını ötübsə və sənə sabit qazanc təmin edirsə, 9-6 iş rejimindən ayrılıb öz biznesinə tam fokus ola bilərsən.
Nəticə
Nə 9-6 iş rejimi səni zəiflədir, nə də öz biznesin səni avtomatik gücləndirir. Hər iki seçim sənin həyat tərzindən, öz hisslərindən və rahatlığından asılıdır. Əsas cavab verməli olduğun suallar bunlardır:
  • Sən risklə necə yaşayırsan?
  • Sən strukturla necə işləyə bilirsən?
  • Sən hansı həyatın içində özünü “özün” kimi hiss edirsən?
“Bir” ekosistemində karyera
Çevik iş modellərinə, nəticə əsaslı performansa və güclü komanda mədəniyyətinə fokuslanan mühit axtarırsansa, düz ünvandasan.

Oxşar məqalələr