Maliyyə savadlılığının təməli büdcə tərtib edib, ona əməl etməkdir. Beləki büdcə, gəlir və xərclərini idarə etməkdə və pulunun hara getdiyini müəyyən etməkdə sənə kömək edir. Bütövlükdə büdcə tərtibi maliyyə savadlılığının əsas hissəsidir və maliyyə sabitliyinə nail olmaq üçün atılacaq ilkin addımlardandır.
Yaxşı bəs ümumiyyətlə haradan başlamaq lazımdır? Büdcənin planlaşdırılması ilk əvvəl şəxsi maliyyənin hərtərəfli təhlilindən başlayır:
- Birincisi, əmək haqqı, investisiya gəliri, kredit ödənişləri və vergilər də daxil olmaqla, aylıq gəlirini müəyyənləşdir.
- İkincisi, yuxarıdakıları dəqiqləşdirdikdən sonra xərclərini (həftəlik, aylıq, illik) müəyyən etmək üçün buna mühüm bir zaman ayır.
Bunula belə, büdcə planlaşdırılması maliyyə savadlılığına yönəlik atılacaq addımda yalnız ilkin mərhələdir və məhz onun qaydalarına mütəmadi olaraq əməl olunan zaman öz effektivliyini biruzə verir. Çünki gəlir və xərclərini daimi olaraq izləmək sənə həmişə rahatlıq hissi verəcək və lazımi halda bəzi düzəlişlər də etməyə imkan yaradacaq.