Multi-valyuta dəstəyi sənin üçün vacibdirsə, bu kateqoriyada ən yaxşı büdcə tətbiqlərindən biri də
“Monefy”-dır. Bu tətbiq, bütün xərc və gəlirlərini izləməyi asanlaşdıran cəlbedici və intuitiv interfeysə malikdir.
Tətbiqin əsas ekranında bütün xərcləri müxtəlif kateqoriyalara görə əks etdirən qrafik əks olunur. Burada həmçinin günlük, həftəlik və ya aylıq xərcləri izləyə, hesabat dövrü seçə və qrafiklərlə xərclərin vizual statistikasını tərtib edə bilərsən.
- Monefy-nin əsas üstünlüklərindən biri, qeyd edildiyi kimi, multi-valyuta dəstəyidir.
- Fərqli ölkələrdə və ya fərqli valyutalarla tez-tez alış-veriş edirsənsə, bu tətbiq xərclərini lazımi valyutada qeyd etməyə imkan verir.
- Tətbiqə birdən çox hesab əlavə edə bilərsən ki, bu da müxtəlif mənbələrdən xərclərin və gəlirlərin uçotunu asanlaşdırır.
- Bundan əlavə, Monefy xərcləri və gəlirləri hesablayarkən faydalı ola biləcək daxili kalkulyator da təklif edir.
Ancaq Monefy tətbiqinin də bəzi çatışmazlıqlarını qeyd etmək lazımdır:
- İlk olaraq, bəzi istifadəçilər məlumatları müxtəlif cihazlar arasında sinxronizasiya etməkdə çətinlik çəkirlər.
- Tətbiqin interfeysində xərclərin geometrik fiqurlar əks olunması bəzi istifadəçilərə qəliz gələ bilər.
- Statistika tərtibi, multi-valyuta uçotu və ödəniş planlaşdırması kimi bəzi xüsusiyyətlər yalnız ödənişli versiyasada mövcuddur.