Uğurlu biznes başlanğıcı üçün
səmərəli xərc (qənaət) bacarığı vacibdir. Bu, istehsal xərclərini minimuma endirərək, müəssənin mənfəətini artırır.
Qənaət etməyin effektiv yollarından biri,
uzunmüddətli aktivlərin icarəsidir. Məsələn, bahalı proqram almaq əvəzinə onun
bulud versiyasını icarəyə götürmək olar. Belə olan təqdirdə server almağa ehtiyac qalmır, sahibkar isə dövriyyəyə yönəldilə biləcək xərclərinə qənaət edir. Nəticədə, daha sürətli qazanc əldə etməyə və işi genişləndirməyə imkan yaranır.
– Gəl bunu primitiv misalda izah edək. Məsələn, sahibkar şirkətdə tam hüquqi mühasibat sistemi qurmağa qərar verdi və
“1C” tətbiqinin qutu həllini, o cümlədən server aldı. Bundan əlavə o, bütün başlanğıc / tənzimləmə əməliyyatlarını yerinə yetirən, işçilər üçün təlim keçirən mütəxəssis xidmətindən də yararlanmaq üçün büdcə ayırdı. Bütün bunlar nəticədə mühüm xərclərə səbəb oldu.
– Lakin “1C” tətbiqin qutu versiyasını almaq əvəzinə, sahibkar
“1C”-nin bulud versiyasını icarəyə götürə bilərdi. Bu vəziyyətdə, server və işçi təliminə pul xərclənməzdi, çün ki 1C-in bulud versiyasının icarəsi qutu versiyasını almaqdan
daha ucuz başa gəlir.
Beləliklə, uzunmüddətli aktivlərin icarəsi (1C-in timsalında) xərclərə qənaət etməyin təsirli yollarından biridir. Belə olan təqdirdə sən icari ödənişlərinin mütəmadi olaraq edilməli olduğunu da nəzərdən qaçırmamalısan.
Ümumiləşdirsək, pula qənaət etmək üçün yeni sahibkara bunlar tövsiyə olunur:
- Mümkünsə uzunmüddətli aktivləri icarəyə götürmək;
- Bulud həllərinə üstünlük vermək;
- Əsassız xərclərdən çəkinmək.