Əsas məsələ Yeni ili necə və harada qeyd edəcəyini müəyyən etməkdir:
- dostlarınla/ ailənlə evdə və ya ikilikdə/ qonaq gedərək (bu halda xərclərini özün tənzimləyirsən)
- şəhər kənarında mehmaxanada (1000 AZN-dən başlayaraq)
- restoranda (300 AZN-dən başlayaraq)
- mərkəzi şam ağacının yanında (pulsuzdur, amma hava şəraiti buna imkan verməyə bilər)
- xarici ölkədə
Bir sözlə, Yeni il bayramını restoran və ya mehmanxanada qarşılamaq istəyirsənsə, bunun üçün yeni il gecəsini deyil, digər bir tarixi seçməlisən. Çünki bir qayda olaraq yeni il gecəsi arenda digər günlərlə müqayisədə dəfələrlə yüksək olur. Artıq xərc çəkmək istəmirsənsə, bayramı evində və ya qonaq gedərək qarşıla.
Bayram süfrəsi xərcləri haqqında əvvəlcədən düşün. Bayramı dostlarınla qeyd edirsənsə, kimin salat, qəlyanaltı, şirniyyat və meyvə gətirəcəyini aranızda bölüşdürün. Çox yemək hazırlama - ədətən bayramın səhəri çoxlu yemək qalır və bir hissəsi atılır.