Zabeta
Müəllif
16.01.2024

Virtual taleyin oyunları: Dələduzluq olan dünyada necə aldanmayaq

Sən də onlayn satış platformalarına tez-tez müraciət edirsən? Əgər elədirsə, sənə dəstək olmaq üçün dələduzlardan qoruna bilməyən Rüfətin başına gələnləri paylaşmaq istərdik.

Onlayn alış-verişə üstünlük verən Rüfət tez-tez dələduzluqla rastlaşırdı. O, corabdan tutmuş məişət texnikasına qədər hər şeyi onlayn sifariş edirdi. Lakin, bir neçə dəfə dələduzluqla qarşlaşaraq həm pulunu, həm də inamını itirmişdi.
Gəl, onlayn satış platformalarında dələduzların istifadə etdiyi ən rast gəlinən üç dələduzluq sxemindən danışaq. Bu sxemlər insanların hesablarından pul oğurlamaq üçün istifadə olunur. Dələduzların tələsinə düşməməyin ən gözəl yolu onların istifadə etdiyi üsullardan məlumatlı olmaqdır.
Saxta keçiddə inanılmaz endirimlər
Rüfətə “Qara Cümə” münasibəti ilə endirimli qiymətlə satılan məhsullar haqqında onlayn satış platforması tərəfindən məlumat göndərilmişdir. O, robot-tozsoran almağı düşünürdü, amma bahalı olduğu üçün bunu ertələyirdi. İndi isə istədiyi model 50% endirim ilə satılırdı!

Məlumat məktubunda göndərilmiş keçid birbaşa tozsoranın səhifəsini açdı. Rüfət tozsoranı səbətə əlavə etdi və “ödəniş etmək” düyməsinə keçid etdi. Kart məlumatlarının doldurulması üçün bir forma açıldı. Rüfət kartını artıq şəxsi kabinetinə bağladığı üçün bir anlıq təəccüblənsə də, sonra tənzimləmələrin pozulduğunu düşündü. O, rekvizitləri, sonra da təsdiq kodunu daxil etdi və pul çıxıldı.

Növbəti gün Rüfət sifarişin statusunu yoxlamaq üçün onlayn satış platformasındakı kabinetinə daxil oldu, lakin tozsoranın alışı haqqında heç bir məlumat tapa bilmədi. O, dəstək xidmətindən öyrəndi ki, heç belə bir sifariş olunmamışdır. Rüfət sübut kimi onlayn bankın qəbzini təqdim etdi. Burada aydın oldu ki, ödəniş onlayn satış platformasına deyil, adı ona bənzər olan digər şirkətə köçürülmüşdür.
Dələduzlar nə edir:

Bayramlardan əvvəl və ya endirimlər zamanı insanlara elektron poçt, sosial şəbəkələr və mesajlaşma xidmətləri vasitəsilə cəlbedici təkliflər göndərirlər. Bu mesajlarda məhsulu əlavə endirimlə almaq üçün bir keçid olur. Lakin bu keçid mağazanın həqiqi veb sayta deyil, ona bənzər bir veb sayta aparır. Bu veb saytdan isitifadə edərək, dələduzlar müştərilərin pulu və kart məlumatlarını oğurlayırlar.

Rüfət göndərdiyi elektron poçt ünvanına və keçidə diqqət etsəydi, onların həqiqi ünvandan fərqləndiyini görərdi.

Nə etmək lazımdır:

Tanıdığın şirkətdən məktub aldığında kim tərəfindən göndərildiyini diqqətlə yoxla. Göndərənin profil şəklində şirkətin loqosudursa belə, o demək deyil ki, sənə mağazanın rəsmi təmsilçisi yazır. Əgər ünvanın ən azı bir simvolu şirkətin rəsmi poçt ünvanından fərqlənirsə, məktubu dərhal silmək məqsədəuyğundur.

Tanımadığın şəxslərin sənə göndərdiyi veb-saytlara keçid etməyə tələsmə. Rəsmi mağazanın klonu olan fişinq saytına keçmə riskin var.

Ən yaxşısı, mağazanın mobil tətbiqinə və ya rəsmi saytına daxil olub avtorizasiyadan sonra fərdi endirimləri görməyindir. Beləliklə, heç bir keçiddən istifadə etməli olmayacaqsan.

Saxta sayta daxil olub kartının rekvizitlərini daxil etdinsə, ən yaxşısı kartı dərhal bloklamaq və yenidən çıxartdırmaqdır. Əks halda dələduzların kartda olan bütün pulları çıxartma ehtimalı var. Bu halda bank heç bir kompensasiya vermir, çünki sən özün təhlükəsizlik qaydalarını pozub kart məlumatlarını dələduzlara vermisən.
m10 yüklə, ödənişlərdən keşbek, lotereyalardan hədiyyə qazan.
m10-u yüklə
Yükləmək üçün telefonun kamerası ilə QR kodu skan et
Diqqətcil, amma saxta dəstək xidməti
Çox keçmədən Rüfət az qala yeni bir tələyə düşürdü. Onlayn satış platformaların birində səhvən onun hesabından lazımi məbləğdən çox pul çıxılmışdır. Məhsulun ödənişindən əlavə qaytarılma komissyası çıxılmışdır, halbuki Rüfət qaytarılma xidmətindən istifadə etməmişdi.

Rüfət mağazanın sosial şəbəkədə rəsmi səhifəsinə daxil olub öz narazılığını bildirdi. Bir neçə dəqiqədən sonra ona şəxsi mesaj bölməsində onlayn satış platformasının loqosu olan bir hesabdan mesaj gəldi. Yazan şəxs özünü "Dəstək Ximdəti Meneceri" kimi təqdim edib üzr istəyərək, vəziyyəti tez bir zamanda həll etməyi təklif etdi. O, çıxılmış komissiyanın iki qatının Rüfətə qaytarılacağını söz verdi.

Həmin səxş Rüfətə keçid linki göndərdi. Keçidin açdığı formada pulun geri köçürüləcəyi kartın rekvizitlərini qeyd etmək lazım idi. Bu, adi bank köçürmələri xidmətinə bənzəyirdi. Lakin bu dəfə Rüfət bankın adındakı bəzi hərflərin ünvan sətrində iki dəfə təkrarlandığını dərhal gördü. Bunu gördükdən sonra o, yazışmanı dayandırdı.
Dələduzlar nə edir:

Onlayn satış platformalarının sosial şəbəkələrdə olan qruplarında sifarişlərlə bağlı şikayət edən insanları axtarır və onları hədəfə alırlar. Rüfət əvvəl başa düşmədi ki, ona şəxsi mesaj yazan şəxs mağazanın işçisi deyil, profil şəklinə onlayn satış platformasının loqosunu yerləşdirən dələduz idi.

Dələduzlar tərəfindən göndərilən geri qaytarılma forması əslində saxta bank səhifəsinə aparır. Dələduzlar pulun geri qaytarılacağını vəd etdikləri üçün insanlar onlara inanıb məxfi kart məlumatlarını verirlər.

Nə etmək lazımdır:

Dəstək xidməti ilə yalnız etibarlı kanallar - tətbiqin çatı və ya onlayn satış platformasının veb saytı vasitəsilə ünsiyyət qurun. Digər ünsiyyət kanallarından istifadə etmək istəsəniz, yalnız mağazanın rəsmi səhifəsində göstərilən kanallardan istifadə edin.

Kartının tam məlumatlarını (istifadə müddəti, arxasında olan üç rəqəmli CVV kod) heç bir sosial şəbəkədə və ya messencerdə heç kimlə paylaşmayın! Məlumatlarınızı daxil etməzdən öncə saytların ünvanlarını diqqətlə yoxlayın!
Asan gəlir
Bir dəfə Rüfətə sevdiyi onlayn satış platformasında pul qazanmaq təklifini etdilər. "Vakansiya", messencerdə tanımadığı insan tərəfindən göndərilmişdir. Vəzifə "öhdəlikləri" aydın şəkildə izah edilməmişdi, lakin 20 yaşdan yuxarı istənilən insanın "vakansiya"-ya müraciət edə biləcəyi deyilirdi.

Gününə 30 AZN-dən 80 AZN-dək gəlir söz verilirdi. Rüfət dərhal bunun növbəti bir fırıldaq olduğunu anladı: təcrübəsi olmayan bir insana asan bir iş üçün bu qədər pul heç kim təklif etməz. Amma maraq üçün dələduzlarla danışmaq qərarına gəldi. Özünü Əli Ağayev kimi təqdim edib hal-hazırda işlədiyini, amma əlavə gəlir mənbəyi axtardığını dedi.

“Meneceri” bu qane etdi. Məlum oldu ki, vakansiya “onlayn satış platformasının treyderi” imiş, və vəzifə öhdəliklərinə “konversiya və əməliyyat həcminin artırılması” daxildir.

Menecer dedi ki, bu, çətin səslənsə də, kurator Rüfətə hər şeyi öyrədəcək. Başlamaq üçün kuratorun xüsusi keçidindən istifadə edərək onlayn satış platformasında qeydiyyatdan keçmək kifayət idi. Həmin keçiddən istifadə edərək depozit yatırmaq lazım imiş. Beləki 30 AZN yatırsanız eyni məbləğ üstəgəl 30% geri qaytarılacaq, 60 AZN yatırsanız – artıq 50%, 100 AZN yatırsanız - 70% geri qaytarılacaqdı.

Rüfət hansı “əməliyyat” və “konversiyalardan” söhbətin getdiyini və ya belə küllü miqdarda gəliri haradan əldə edəcəyini belə soruşmadı. O, hər şeydən razı olduğunu bildirdi və keçidi əldə etdi. Keçidin açdığı veb saytın dizaynı əsl onlayn satış platformasının kopyası idi. Amma şəkillər dartılmış görünürdü, bannerlər bir-birinin üstünə düşürdü, əsas səhifədə isə söz səhvləri var idi. Əbəttə ki, Rüfət öz məlumatlarını oraya daxil etmədi və pul köçürmədi.
Dələduzlar nə edir:

Yüksək maaşlı distant iş təklifləri ilə insanları öz torlarına salırlar. Müxtəlif vəzifə öhdəlikləri ola bilər: məsələn, onlayn satış platformasında sifarişlər edib, sonra onları ləğv etmək. Bunun seçilmiş satıcıların və ticarət platformalarının reytinqlərini artırdığını iddia edirlər, və platformaların bu cür xidmətlər üçün ödəniş etməyə hazır olduğunu deyirlər.

İnsanı işin real olduğuna inandırmaq üçün fırıldaqçılar əvvəlcə ona kiçik bir “maaş” belə köçürə bilərlər. Ancaq insanlar "depozitə" külli miqdarda pul köçürən kimi bu pulu geri qaytarmırlar.

Nə etmək lazımdır:

İş təcrübəsi, səriştə tələb olunmayan yüksək gəlirli iş vədlərinə inanmayın! Öhdəliklər siyahısına diqqət yetirin – aydın olmayan şəkildə izah olunan tələblər fırıldaqçılıq əlamətidir.

Potensial işəgötürən sizə messencer və ya sosial şəbəkələr vasitəsilə yazırsa, ondan vakansiya haqqında şirkətin saytında və ya digər iş elanları mənbələrində məlumatın olub-olmadığını öyrənin. Bununla belə, bəzən hətta tanınmış iş elanları saytlarında da saxta elanlarla rastlaşmaq olur – ona görə də müsahibə zamanı ehtiyatlı olun.
Oxşar məqalələr