Yay mövsümünün qızğın vaxtında Əhməd turistlər üçün Xəzərin sahilində dəniz mənzərəli otel açır. Lakin sonra nəqliyyat çatışmazlığı kimi bir problem yaranır. Beləki, hava limanından gələn qonaqları qarşılamaq üçün Əhmədə mikroavtobus lazım olsa da, o bunu reallaşdırmaqda çətinlik çəkir. Yaxşı, bəs indi nə etməli? Burada onun yardımına lizinq yetişir! Beləliklə, bu yazıda biz Əhmədin vəziyyətdən necə çıxacağını və lizinqin nə olduğunu öyrənəcəyik. Başlayırıq!
Lizinq sadə dillə
Lizinq sahibkarın böyük ilkin xərclər olmadan biznes üçün lazımi əmlakı əldə etməsinə yönəlik əlverişli bir üsula deyilir. Bu halda əmlakı icarəyə verən lizinq şirkəti onu istehsalçıdan/dilerdən alır və müəyyən müddətə sahibkara (Əhmədə) icarəyə verir. Müddətin sonunda sahibkar əmlakı ala və ya lizinq şirkətinə qaytara bilər. Bu misal lizinqin ən bəsid izahıdır. İndi gəlin lizinq barədə daha ətraflı məlumatla tanış olaq.
Lizinqin faydaları
Lizinq əmlak əldə etməyin digər üsullarından (məsələn nağd və ya kredit) bir sıra üstünlüklərə malikdir. Lizinqin üstünlüklərinə aşağıdakılar daxildir:
⚡ İlkin xərclərin azaldılması. Lizinq zamanı nağd alışda olduğu kimi icarəçi (Əhməd) ilkin ödəniş etmək məcburiyyətində olmur. Bu, onun maliyyə xərclərini azaltmağa və pula qənaət etməyinə imkan verir.
⚡ Böyük vəsait olmadan əmlak əldə etmək imkanı. Lizinq, Əhmədin öz vəsaiti olmasa belə, ona əmlak almağa imkan verir. Bu, yeni başlayan iş adamları və ya bahalı əmlak almaq istəyən, lakin kifayət qədər vəsaiti olmayanlar üçün aktual seçim ola bilər.
⚡ Maliyyə vəziyyətinin yaxşılaşdırılması. Lizinq Əhmədin maliyyə vəziyyətini yaxşılaşdıra bilər, çünki bu, ona əmlakı satın almadan istifadə etməyə imkan verir. Nəticədə, Əhmədin xərcləri azalar, biznesinin mənfəəti isə arta bilər.
Lizinqin mənfi cəhətləri
Lizinqin bəzi çatışmazlıqları da var ki, onlar nəzərə alınmalıdır. Bunlara əsasən aşağıdakılar daxildir:
⛔ Yüksək aylıq ödənişlər. İcarə ödənişləri aylıq kredit ödənişlərindən yüksək ola bilər. Bu onunla bağlıdır ki, icarə ödənişlərinə əmlakın dəyəri ilə yanaşı, ondan istifadəyə görə faizlər də daxildir.
⛔ Əmlakdan istifadə imkanlarının məhdud olması. Lizinq şirkəti əmlakın istifadəsinə məhdudiyyətlər qoya bilər; məsələn, onun yenidən satışına və ya subicarəyə verilməsinə yönəlik qadağalar kimi.
⛔ Müqavilənin vaxtından əvvəl ləğvi riski. Əhməd lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, lizinq şirkəti müqaviləni vaxtından əvvəl poza bilər. Bu, Əhmədin maliyyə itkisinə səbəb ola bilər.
Lizinq növləri
Bir neçə növ lizinq mövcuddur. Əsas lizinq növləri bunlardır:
⚡ Maliyyə lizinqi. Maliyyə lizinqində Əhmədin lizinq müqaviləsinin müddəti bitdikdən sonra əmlakı almaq hüququ olur. Bu, ən populyar lizinq növüdür. ⚡ Operativ lizinq. Operativ lizinqdə Əhmədin icarə müqaviləsinin müddəti bitdikdən sonra həmin əmlakı geri almaq hüququ olmur. Bu növ lizinq əsasən avadanlıq və ya avtomobillərin icarəsi üçün istifadə olunur. ⚡ Xarici lizinq. Tərəflərin heç olmasa biri başqa ölkənin təmsilçisi olur. ⚡ Daxili lizinq. İcra edilən əməliyyatların tərəfləri eyni ölkəninin təmsilçiləri olurlar.
Lizinq şirkətini necə seçməli?
Lizinq şirkəti seçərkən aşağıdakı amillərə diqqət yetirməlisən.
⚡ Şirkətin reputasiyası. Lizinq müqaviləsi bağlamazdan əvvəl lizinq şirkətinin nüfuzunu yoxlamaq lazımdır. Bunu şirkətin müştəri rəylərinə, eləcə də maliyyə vəziyyətinə baxmaqla etmək olar. ⚡ Lizinq şərtləri. Lizinq müqaviləsi bağlamazdan əvvəl lizinq şərtlərini, o cümlədən aylıq ödənişlərin məbləğini, müqavilənin müddətini və müqavilənin ləğvi qaydasını diqqətlə oxumalısan. ⚡ Xidmətlərin dəyəri. Ən sərfəli variantı seçmək üçün müxtəlif lizinq şirkətlərinin xidmətlərini müqayisə etməlisən.
Nəticə
Yekunlaşdırsaq, lizinq əmlak almaq üçün əlverişli və sərfəli üsuldur. Lakin lizinq müqaviləsi bağlamazdan əvvəl lizinqin şərtlərini diqqətlə öyrənməli və etibarlı lizinq şirkəti seçmək lazımdır.
Ona görə də Əhmədimizə qayıdaraq mikroavtobusla bağlı məsələni həll etmək üçün o, nəqliyyat ehtiyacının təmini naminə lizinq şirkəti ilə əlaqə saxlayaraq, aylıq ödəniş əsasında avtomobildən istifadə edə bilər. Nəticədə isə, nəqliyyat vasitəsini müəyyən müddət ərzində işlədəndən sonra, Əhməd pul qazanıb bu mikroavtobusu ala və ya (şərtlərdən asılı olaraq) onu lizinq şirkətinə geri qaytara bilər.