Zabeta
Müəllif
09.10.2023

Maliyyə savadlılığı dərsləri: insanları büdcəyə diqqət yetirməyə və pula qənaət etməyə nə vadar edir

Bəzi insanlar pulla necə davranmaq lazım olduğunu uşaq yaşlarından öyrənirlər, bəziləri isə bu bacarığı böyük yaşlarında öyrənməli olurlar.
Biz oxucularımızla söhbət edib onlardan pulun dəyərinin fərqinə nə vaxt vardıqlarını, gəlirlərini və xərclərini hesablamağa və impulsiv xərclərə nəzarət etməyə hansı səbəbdən başladıqlarını öyrəndik.
Oxucudan məktub
Müsbət nümunə
Pulla necə davranmalı olduğunu anamdan öyrənmişəm. O, mənə atamla 90-cı illərdə pul olmadan necə ayaq üstə qalmağı bacardıqlarını və bunun üçün qida məhsullarının seçiminin, həmçinin büdcə planlaşdırmasının necə vacib olduğu deyirdi. Anam bu işin mütəxəssisidir, deyərdim ki, bu mövzuda təlim belə verə bilər. Mənim ona çatmağıma hələ çox var. Uşaqlıqda iki dostum var idi. Onlardan biri anası və nənəsi ilə yaşayırdı və daim pul istəyirdi. Digəri isə yeniyetməlik yaşlarından işləyirdi. Onları bir-biri ilə müqayisə edəndə başa düşürdüm ki, daim valideynlərimdən pul istəməyi deyil, öz pulumun olmağını istəyirəm.

İlk pulumu məktəb həyətini səhmana salaraq qazanmışdım. Məbləğ dəqiq yadımda deyil, amma xatırlayıram ki, hamısını şirniyyata xərcləmişdim. Həm pulum, həm də şirniyyatdan aldığım ləzzət çox tez bitdi. Çox pis olmuşdum. O vaxtdan bəri impulsiv şəkildə nəsə almaq istədiyimdə bunu yaxşıca götür-qoy etməyə çalışıram.

Universitətə qəbul olduğdan sonra digər şəhərə köçdüm. Ayın axırı pulsuz qalmamaq üçün valideynlərimin mənə göndərdiyi pulu düzgün tənzimləməyi öyrənməli idim. Mənə təqaüd verilirdi, həmçinin pul qazanmaq üçün sifarişlə kurs işləri yazırdım. Xərclərimi planlaşdırmağa başladım: valideynlərimə, rəfiqələrimə, nənə və babalarıma hədiyyə almaq üçün pul yığırdım.

Əvvəl aylıq büdcəmi günlük və həftəlik olaraq ayırırdım. Özümə əmanət hesabı açıb bütün pullarımı o hesaba qoyurdum, sonra isə bir həftə üçün nəzərdə tutduğum məbləği əsas hesabıma köçürürdüm. Bəzən nəzərdə tutduğum məbləği keçirdim. Elə olanda növbəti həftə daha az xərcləyirdim.

Bir dəfə dələduzlara pul köçürmüşdüm. Mən heç vaxt “Mənə çərşənbə gününə qədər borc pul lazımdır” və ya “Köməyinə ehtiyacım var, işdə problemlərim mövcuddur” kimi sosial şəbəklərdə göndərilən mesajlara inanmamışam. Amma bir dəfə elə oldu ki, dələduzlar iş yoldaşımın Instagram hesabını sındırıb onun adından anasını maşın vurduğunu və pula ehtiyacının olduğunu post şəklində paylaşmışdırlar. İndi bunlar tez-tez baş verir, amma o vaxt birinci dəfə belə bir halla rastlaşmışdım. Dələduzlar iş yoldaşımın yazışma tərzini belə bənzətmişdirlər. Bunun dələduzluq olduğunu başa düşəndə artıq pulu köçürmüşdüm. Yaxşı ki, böyük bir məbləğ deyildi.

Hal-hazırda özümü maliyyə cəhətindən savadlı bir insan hesab edirəm, çünki mən impulsiv xərclərdən imtina edə bilirəm və yoldaşımla biz pul yığmağı bacarırıq. Məsələn, toyumuz üçün pulu özümüz yığmışdıq, ağlasızmaz bir məbləğ xərcləməli olmamışdıq. İndi ev almaq üçün pul yığırıq, eyni zamanda gələcəkdə passiv gəlir əldə etmək üçün investisiyalarla maraqlanmağa da başlamışıq.
Oxucudan məktub 2
Universitetə qəbul və digər şəhərə köçmə
Mən özümü maliyyə baxımından orta statistik insandan daha savadlı hesab edirəm. Niyə? Çünki vaxtımı boşuna xərcləmirəm, hesabat aparıram, investisiya edirəm. Amma təbii ki, daim inkişaf etmək lazımdır.

Valideynlərim sadə kənd müəllimləridir. Ailədə üç uşaq idik, ona görə də mən həmişə pulun dəyərini bilmişəm. Uşaq vaxtı rayon səviyyəsində keçirilən yarışmalarda mükəfat yerlərini tutanda mənə pul verirdilər. Valideynlərim mənə cib xərcliyi vermirdi. Buna baxmayaraq daim pul yığırdım və bunun sayəsində yuxarı siniflərdə özümə rəqəmsal fotoaparat almışdım. Büdcəmi planlaşdırmağa universitetə qəbul olandan sonra başladım. Valideynlərimdən pul almağa başladım və yaşayış xərclərinin nə qədər olduğunu öyrəndim. Pul yığmaqdan söhbət belə gedə bilməzdi: valideynlərimdən mümkün qədər az pul alırdım. Pul yığmağa universiteti bitirib uyğun maaşı olan işə düzələndən sonra başladım.

Mən minimalistəm, buna görə də həddindən artıq pul xərcləmək kimi problemim yoxdur. Amma maliyyə savadlılığına daha ciddi yanaşıb, vaxt ayırsaydım, eləcə də qiymətli kağızlar bazarını araşdırmağa başlasaydım, yaxşı olardı.
Oxucudan məktub 3
Həyatını öz istədiyin kimi yaşamaq arzusu
Mən özümü maliyyə cəhətdən savadlı hesab edirəm, çünki hər zaman öz hesablarımı ödəyirəm, borc almıram və imkanlarım daxilində yaşayıram. Uşaqlıqda mənə pulla necə rəftar etməli olduğumu öyrətməmişdirlər, sadəcə deyərdilər ki, bunu düşüncəli etmək lazımdır. Bu onsuz da aydın məsələdir, amma puldan necə istifadə etmək lazımdır ki, məqsədinə çatasan?

İlk pulumu 13 yaşında qazanmışdım. Atçılıq sahəsində təmizləmə ilə məşğul idim. Bu heç də asan bir iş deyildi: fiziki əmək tələb edirdi, iş cədvəli saat 07:00-dan 19:00-dək idi. Lakin yeniyetməlik yaşlarında özüm öz həyatımı idarə etmək istəyirdim: əylənmək, döymə və pirsinq etdirmək. Valideynlərim onlardan pul istəmədiyim təqdirdə bunlara qarşı deyildilər.

Mənim demək olar ki, zərərli maliyyə vərdişlərim yoxdur. İş və təhsil üçün mənə lazım olan texnikaları almaq üçün kredit götürmüşdüm. Amma sonra təhsilimi dayandırsam da, texnika üçün götürdüyüm krediti ödəməyə davam etməyə məcbur idim. Krediti bağlayandan sonra pul yığmaq mənim üçün daha da asan oldu.
Oxşar məqalələr