Maliyyə intizamına doğru 9 addım: spontan alış-verişlərdən necə uzaq olaq
Klassik bir vəziyyət: alış-veriş üçün mağazaya gedirsən. Nə almaq istədiyini bilirsən, amma kassaya yaxınlaşdıqda arabanda planlaşdırdığın məsullardan əlavə iki-üç məsul var ki, onları spontan şəkildə götürmüsən. Sadə dillə desək, ürəyindən keçdi və götürdün. Əslində isə bu məsulları almağa səni vadar edən təcrübəli marketoloqların gördüyü işdir. Mağaza alış-verişini daha şüurlu şəkildə etmək üçün sənə bir neçə tövsiyyəmiz var.
1. Alış-veriş siyahısını düzgün tərtib et
Siyahının tərtib edilməsi mağaza alış-verişini daha səmərəli etmək və pula qanaət etmək üçün imkan yaradır. Beləliklə, sən tam olaraq nə almaq istədiyini xatırlamaqda çətinlik çəkməyəcəksən və əlavə heç bir şey almayacaqsan. Yeri gəlmişkən, siyahını “bizə nə lazımdır?” prinsipi ilə deyil, ailə büdcəsində ərzağa ayrılan müəyyən məbləğə əsaslanaraq tərtib etmək daha məqsədəuyğundur. Çünki “bizə nə lazımdır?” sualına əsasən alış-veriş etsən, özünü bir qutu şirniyyatın belə hal-hazırda çox lazım olduğuna inandıra bilərsən.
2. Ərzaq alış-verişini həftədə bir dəfə et
Təcrübə onu göstərir ki, mağazaya nə qədər tez-tez gediriksə, o qədər çox spontan alış-verişlər edirik. Planlaşdırdığından daha çox ərzaq almamaq üçün 7 günlük menyu hazırla və həftədə bir dəfə lazım olan məsulları al.
3. Mağazaya az məbləğdə pul ilə get
Lazım olduğundan çox məsul almamağın ən asan yolu xərcləyə biləcəyin məbləği öncədən müəyyənləşdirməkdir. Bunu m10-da özünə müəyyən bir limit qoyaraq (məsələn, günə 20 manat) edə bilərsən. Bunu daha aydın şəkildə görmək üçün kalkulyatordan istifadə etmək olar: müəyyən məsulların hansı məbləğə başa gəldiyini görəndən sonra onları impulsiv şəkildə almayacaqsan.
4. Pulunu depozit hesabına köçür
Təsəvvür et ki, siyahıda qeyd etdiyin bütün məsulları artıq arabaya yığmısan, və əlində artıq pul qalıb. Ayrılmış məbləği tam şəkildə "bitirmək" üçün əlavə bir məsul alma. Ondansa, əlində qalan pulu depozit hesabına köçür. Beləliklə, özünün də xəbərin olmadan pul yığa bilərsən.
5. Çox məsul almayacaqsansa, səbət götürmə
Hipermarketlərdə ən lazımlı məsullar adətən zalın arxa hissəsində yerləşdirilir. Bu onun üçün edilir ki, alıcılar onlara lazım olan məsulu axtararkən əlavə məsullar da alsınlar. Buna görə də, marketə yalnız bir məsul, məsələn, süd, yağ və ya baton almağa gəlmisənsə, səbətdən istifadə etmə. Səbətin olmasa, əlinə çox məsul yığa bilməyəcəksən.
6. Alış-verişə tox şəkildə get
Mağazaya özünü biraz ac hiss edəndə getsən, ləzzətli görünən bubliklərdən bir-iki dənə almaqdan vaz keçə bilməyəcəksən. Çörəklər piştaxtalara gözəl düzülüb, qənnadı məmulatların içində meyvə parçaları parıldayır, hələ sobadan yeni çıxmış şirniyyatlardan danışmırıq. Və budur, sən artıq kassadan uzaqlaşan kimi əlindəki bulkanı yeməyə başlayırsan, üstündən də yoğurt içirsən.
7. Alternativlər axtar və rəyləri oxu
İmpulsiv şəkildə bir əşyanı almaq çox istəyirsənsə, həmin məsulu daha sərfəli qiymətə tapmağa çalış. Məsələn, kitab mağazasında bir kitabı çox bəyənib almaq istəyirsən. Telefonunu aç və araşdır: bəlkə, həmin kitabı onlayn pulsuz çatdırılmayla daha ucuzuna sifariş edə bilərsən? Biraz vaxt çəkə bilər, amma gözləməyə dəyər. Kitab haqqında rəyləri də oxu, bəlkə də heç xoşuna gəlməyəcək. Eyni prinsip müxtəlif qurğuların və məişət texnikasının alınmasına da aiddir.
8. Kampaniyalardan ağıllı istifadə et
Pərakəndə satıcılar qiymətlərlə oynamağı sevirlər. "20%-i pulsuz" və ya "birinin qiymətinə iki" yazıları və ya "yalnız bu gün" kimi günün təklifləri bizə cəlbdici gəlir. Burada düşüncəli davranmaq çox vacibdir.
İlk öncə, hansısa bir məsulun nəyə görə endirimə düşdüyünü öyrən: bəlkə, onun həcmi daha kiçikdir və ya son istifadə tarixi keçir. İkincisi, sənə həmin məsulun bu miqdarda lazım olub-olmadığını düşün, axı sən bu məsuldan ancaq bir ədəd almağı planlaşdırırdın (sənə isə aşağı qiymətlə daha çoxunu satmağa çalışırlar). Üçüncüsü də, söhbət növbəti gün məsulun qiymətinin dəyişəcəyi kampaniyalardan gedirsə, (bu növ kampaniyalar xüsusilə də məişət əşyaları mağazalarında tez-tez rast gəlinir), tələsmə. Həmin qəhvə maşının və ya printerin gələcəkdə sənin üçün nə qədər sərfəli olacağını düşün (bəlkə, qəhvə kapsulları baxa başa gələcək, və ya printer üçün kartric tapmaq çətin olacaq).
9. Planlaşdırılmamış alış-verişlər üçün kiçik bir məbləğ ayır
İmpulsiv alış-veriş etməkdən vaz keçə bilmirsənsə, bunun üçün maaşının kiçik bir hissəsini ayır. Hər ay faiz tutulmadan artırılma və çıxarılma imkanı olan bir depozit hesabına 20-30 manat köçür. Bu puldan istifadə edərək hər zaman kiçik bir planlaşdırılmamış əşya alıb özünü sevindirə bilərsən.
m10 yüklə, ödənişlərdən keşbek, lotereyalardan hədiyyə qazan.