Sevgi və pul arasındakı əlaqə: səni təəccübləndirəcək 7 fakt
Pulun maddi, hisslərin isə mənəvi dəyər olduğu hesab olunur. Lakin araşdırmalar göstərir ki, əslində bu iki anlayış arasında əlaqə var. Amma bu əlaqə bizim düşündüyümüz kimi deyil.
Alimlərin əldə etdiyi bəzi nəticələr paradoksal səslənir: məsələn, boşanmadan sonra kişilərin kasıblaşdığını iddia edirlər. Lakin statistikaya qarşı çıxmaq olmur.
1. Evli bəylər subay bəylərdən daha çox qazanırlar
Son 40 ildə alimlər evliliyin bəylər üçün maddi cəhətdən sərfəli olduğuna dair bir çox sübut gətirmişdirlər. Evli bəylərin qazancı ortalama olaraq subaylardan 10-20% çoxdur.
Görünür ki, bu, bir neçə səbəblə bağlıdır. Birincisi, ailə insanı daha çox qazanmağa təşviq edir. İkincisi, maaşı yüksək olan bəylərin evlənmə şansı daha yüksəkdir. Və, əlbəttə ki, məişət məsələlərində həyat yoldaşının dəstəyi işə daha çox vaxt ayırmaq üçün imkan yaradır.
Evliliyin xanımların qazancına necə təsir etdiyinə gəldikdə isə, bu haqda olan məlumatlar fərqlənir. ABŞ-da 12 min insanın məlumatları əsasında aparılan araşdırma evliliyin qadınların da gəlir səviyyəsini artırdığını göstərir, lakin bunun tam əksini göstərən bir çox elmi araşdırma var.
2. Partnyorunun maliyyə davranışı səni özünün xoşbəxt hiss etməyinə təsir edir
Arizona Universitetinin təqdiqatçısı Melissa Karran romantik münasibətdə olan 500-dən çox gənc arasında sorğu aparmışdır. Beləliklə o, iştirakçıların həyatdan aldığı məmnunluq hisslərinin partnyorlarının pulla nə dərəcədə ağıllı davrandıqlarından asılı olduğunu müəyyən etmişdir. Bir insan partnyorunun maliyyə davranışının rasional olduğunu düşünürsə, bu, onun xoşbəxtlik səviyyəsini yüksəldir və əksinə.
Karran hesab edir ki, tərəfdaşların məmnunluq hissinə təsir edən partnyorun etdiyi əsassız xərclərin özü deyil. Məsələ daha mürəkkəbdir. Çox güman ki, bu xərclər insanın öz davranışında əks olunur: məsələn, artıq xərclərə səbəb olur. Və nəticədə insanın özünün maliyyə cəhətdən qeyri-stabil olması kefinin pozulmasına səbəb olur.
Təqdiqatçı romantik partnyorları və valideynləri maliyyə sosiallaşmasının agentləri adlandırır, çünki maliyyə davranışına ən çox təsir edən onlardır. Əgər onlar sənin üçün maliyyə savadlılığı cəhətindən nümunə deyillərsə, Karran pula yanaşması sənin üçün nümunə olan insanlarla ünsiyyət qurmağını tövsiyə edir. Çox güman ki, onların bəzi vərdişlərini mənimsəyə biləcəksən. Eyni zamanda o, partyorunla pul haqqında söhbət etməyini tövsiyə edir.
3. Maliyyə məsələlərinin müzakirə edilməsi evliliyi möhkəmləndirir
Pul, demək olar ki, hər bir insanda güclü emosiyaların yaranmasına səbəb olur. Çox vaxt bu emosialar mənfi də olur: qorxu, narahatlıq və untancaqlıq. Məhz bu səbəbdən insanların çoxu maliyyə məsələlərini müzakirə etməməyə üstünlük verir. Evli cütlüklərdə belə bir tabu var. Maliyyə məsələlərinin müzakirə edilməsi ortaq hədəflərini müəyyən etməyə və daha da yaxın olmağa kömək edir ki, bu da ümumi olaraq münasibəti möhkəmləndirir. Bəzən isə belə müzakirələr daha böyük bir məsələlər haqqında danışmaq üçün şans yaradır. Melissa Karranın izah etdiyinə görə, maliyyə məsələlərinə çox vaxt təkcə büdcənin aparılması deyil, həm də idarə etmə və nəzarətlə bağlı məsələlər də daxil olur. Müzakirə edərək cütlük onlar üçün komfortlu olan sərhədləri müəyyən edə bilər.
Amma məsələ təkcə pul haqqında səmimi söhbət etməyin münasibətin möhkəmləndirdiyindən ibarət deyil. Cütlüyün müzakirə nəticəsində qəbul etdiyi maliyyə qərarları adətən partnyorların təkbaşına qəbul etdiyi qərarlardan daha uğurlu olur. Araşdırma göstərir ki, ailədə alış-verişlərin və yatırımların müzakirə edilməsi səmərəsiz riskləri azaldır, daha çox pul yığmağınıza səbəb olur, həmçinin də stereotip və koqnitiv təhriflərə məruz qalma ehtimalını azaldır.
4. Hər kəs pulu partnyorundan daha səmərəli şəkildə xərclədiyini düşünür
Açıq danışmamağın səbəb olduğu bir problem də ər-arvadın bir-birinin maliyyə davranışı haqqında yalnış təsəvvürünün yaranmasıdır. “Money” jurnalı tərəfindən ABŞ-da aparılmış araşdırmanın nəticəsində çox vaxt partyorların hər birinin ailənin maddi rifahına daha çox töhfə verdiyini hesab etdiyi məlum olmuşdur. Məsələn, bəylərin 75%-ı düşünür ki, onların büdcənin aparılması bacarıqları həyat yoldaşlarından daha yaxşıdır. Qadınların da 69%-ı özləri haqqında eyni fikirdədir.
5. Partyorlar bəzi alış-verişlərini bir-birindən gizlədirlər
Davranış elmlərində “maliyyə xəyanəti” anlayışı var. Bu anlayış partnyorların bir-birinə pul haqqında yalan danışdığı hallar üçün istifadə olunur. Araşdırmaçılar maliyyə xəyanətinin 14 növünün olduğunu müəyyən etmişdir. Buraya real gəlirin və borclarının gizlədilməsi, “təhlükəsizlik yastığı”nın gizli istifadə edilməsi, gizli hesablar, alış-verişlərin gizlədilməsi, həmçinin həmin alış-verişlərə xərclədiyi məbləğ haqqında yalnış məlumatın verilməsi daxildir. Evli insanların təxmini 31%-ı bunlardan ən azından birini edir. Psixoloq Emi Rollo bildirir ki, maliyyə xəyanətinə məruz qalmış bir çox müştərisi olub: məsələn, partyorun kredit üzrə öhdəlikləri yalnız nişandan və ya toydan sonra məlum olub.
Maliyyə xəyanətinin ən tez-tez rast gəlinən növləri pul qənaətinin gizlədilməsi, alış-verişlərin və onlara xərclənən məbləğin gizlədirlməsidir. “Money” jurnalının apardığı araşdırmaya görə, xanımlar çox vaxt geyim və ayaqqabı, eyni zamanda yaxınları və dostlarına aldığı hədiyyələri, bəylər isə qurğuları və hobbi üçün etdikləri alış-verişləri gizlədir.
Bu yalanların əsas məqsədi mübahisədən qaçmaqdır. Ancaq mübahisə olmasa belə, etimadsızlıq münasibətləri korlayır. Maliyyə məsləhətçiləri hesab edir ki, ən yaxşı həll yolu partnyorunuzla şəxsi alış-verişlər üçün məhdudiyyətlərin qoyulması barədə razılaşmaqdır.
6. Pulun olmaması boşanmaların əsas səbəblərindən biridir
Pulsuzluq boşanmaların əsas səbəbi olaraq qalır. Bu təkcə Azərbaycanda müşahidə olunmur: Böyük Britaniyada da vəziyyət eynidir. ABŞ-da da maliyyə problemləri boşanmaların əsas səbəbi idi, lakin son illər onlar ikinci yerə keçib, yerini xəyat tutub.
Amma, bəlkə də, insanları boşanmaya vadar edən kasıblığın özü deyil, partnyorun pulun necə idarə etdiyi ilə razılaşmamaqdır. 4500 cütlük üzərində aparılmış araşdırma göstərib ki, cütlüyün pul mövzusunda mübahisə etməsi gələcəkdə onların boşanacağının dəqiq göstəricisidir. Və bu, cütlülüyün maliyyə cəhətdən çətinliklərinin olub-olmamasından asılı deyil.
Ailə səadəti üçün pul niyə bu qədər vacibdir? Araşdırmanın həmmüəllifi Sonya Britt deyir ki, pul mövzusunda mübahisələr digər mövzularda olan mübahisələrdən daha emosional və gərgin keçir: insanlar tez-tez daha sərt ifadələrdən istifadə edir, və mübahisə daha uzun müddət davam edir. Eyni zamanda, bu mübahisələrdən sonra barışmaq üçün də daha çox vaxt tələb olunur.
7. Çox vaxt kreditlər münasibəti məhv edir
Cütlüklərin keçdiyi digər bir sınaq kreditdir. Maliyyə psixoloqu Coy Lerin izah edir ki, kreditin özü böyük bir stress faktoru olmaqla yanaşı kreditin olması çox vaxt münasibətlərdəki bir çox başqa problemləri kəskinləşdirir. Xüsusilə də borcun qaytarılması üçün borcu götürən insanın özünün deyil, partnyorunun nəyisə qurban verməsi tələb olunursa.
Söhbət təhsil haqqının ödənilməsi, ipoteka və ya avtomobil krediti üçün ödənişdən gedirsə, cütlüklərin əksəriyyəti buna anlayışla yanaşır. Düzdür, sonuncu fikirlə heç də hər kəs razılaşmır. Sorğu iştirakçılarının 92%-ı bahalı avtomobili və yüksək aylıq gəliri olan insandansa, sadə avtomobili olan və borcu olmayan bir insanla münasibətdə olmağa üstünlük verir.