Zabeta
Müəllif
12.03.2024

Təsadüfi milyonçular: bir günə varlanan insanların hekayələri

Bəzi insanlar illərlə pul yığıb biznes qururlar, bəziləri isə bir gün içində milyonçuya çevirilirlər. Bu insanlar bir anda necə varlanmağı bacarırlar? Əksər hallarda aşağıdakılardan biri baş verir: insan qiymətli bir əşya alır və ya tapır, yaxud uğurlu lotereya bileti əlinə keçir. Lazımi vaxtda lazımi yerdə olmağı bacaran həmin bəxti gətirən insanların hekayələrini səninlə paylaşırıq.
Fal kurabiyəsi
Taleyin işarələrinə hər yerdə, bəzən bir kurabiyənin içində belə rast gəlmək olar. Bunu axşam yeməyini yedikdən dərhal sonra varlanan amerikalı Ernesto Sortsano sübut etmişdir. Onun sifariş etdiyi çin mətbəxinin təamlarının yanında hədiyyə olaraq fal kurabiyəsi qoyulmuşdur. Kurabiyənin içindəki kağız parçasında rəqəm kombinasiyası yazılmışdır. Ernesto həmin rəqəmlərdən “Pauerbol” sözünü lotereyada istifadə etmişdir və cekpot qazanmışdır. O, yarım milyon dollar udmuşdur. İndi Ernesto yeni dəbdəbəli evə köçməyi planlaşdırır.
Bit bazarından alınmış rəsm
Santyaqo Taut adlı mühəndis mükəmməl yaradıcı intuisiyaya malikdir. O, 2001-ci ildə Ekvadordakı bit bazarından uşaq cızma-qarasına bənzəyən bir rəsm almışdı. Bu abstakt rəsm üçün cəmi bir dollar ödəmişdi. 20 ildən sonra Santyaqo çardağındakı əşyaların arasında həmin rəsmi tapdı. Rəsm onun yoldaşı Deliyanın diqqətini çəkdi. Rəsm sərgilərinin həvəskarı olan Deliya cızma-qarada yuxuda rəsm əsərləri yaradan məşhur birtaniyalı rəssam Li Hadvinin əl işini tanıdı. Cütlük rəsmi ekspertizaya apardı. Onları xoş sürpriz gözləyirdi: rəsm 10 min funt sterlinq dəyərində qiymətləndirilmişdir. Santyaqo və Deliya rəsmi satmağa tələsmirlər: onlar rəsmin dəyərinin illər keçdikcə daha da artacağını gözləyirlər. Sözsüz ki, çox uğurlu yatırımdır.
Keçmişdən salam
Lazımi vaxtda lazımi yerdə olmağı hər kəs bacarmır. Bəzən səbirli olmaq lazımdır. Belə ki, 64 yaşlı sürücü Rey Pyuzi ömrünün yarısını hobbisinə həsr etmişdir. O, 30 ildir ki, xəzinələrin axtarışı ilə məşğul olurdu. Axır ki, Reyin zəhməti bəhrəsini verdi. O, yerin altında mis xəlitəli qədimi sancaq tapdı. Sancaq nadir bir tapıntı idi. Ekspertlərin dəyərləndirilməsinə görə, o, 2 min il əvvəl kelt qəbiləsinin başçısı üçün düzəldilmişdir. Qədim əşya Reyə 55 min funt sterlinq qazandırmışdır – o, hərracda məhz bu qiymətə satıldı.
Uğurlu balıq ovu
Bəhs edilən balıq ovu heç də uğurlu başlamamışdı. Taylandın Satun adlı əyalətində ata və oğul balıq ovuna getmiş və havanın pis olduğu üçün geri qayıtmağa qərar vermişdilər. 24 yaşlı Asarii Puada geri qayıdarkən dayazlıqda qəribə bir substansiya gördü. Balıqçılar sudan həmin substansiyadan ibarət olan 7 kiloluq parçalar çıxardılar. Onlar həmin parçaları ekspertiza üçün təhvil verdilər. Maddənin ambra olduğu müəyyən edildi. Ambra kaşalotların həzm sistemində əmələ gələn və ətriyyat istehsalında istifadə olunan qiymətli bir maddədir. Amranın bir kilosunun qiyməti 40 min dollardır. Balıqçıların hansı məbləğdə pul qazandığını özün hesabla.
10 milyonluq xırda
Pandemiya zamanı ingiltərəli Conni Rayt adlı barmen işsiz qalmışdı. O, demək olar ki, bütün gününü evdə keçirirdi. Yeganə əyləncəsi marketə gedib-gəlmək idi. Bir gün növbəti alış-verişdən sonra Conni ona kassada qaytarılan xırda pulu götürdükdən sonra özü də gözləmədən lotereya bileti əldə etməyə qərar verdi. Conninin bəxti gətirdi. Biletin qoruyucu layını sildikdən sonra o anladı ki, həyatı artıq əvvəlki kimi olmayacaq. O, 100 min sterlinq uddu. Rayt deyir ki: “Dizlərimin ağrımağı heç vecimə deyildi, məktəbli kimi evə qaçdım”. Conni udduğu pulu yavaş-yavaş xərcləyir: o, artıq yeni avtomobil və mebel alıb, indi isə səyahətə çıxmağı düşünür.
Gözlənilməz miras
Yəgin ki, varlanmağın ən qeyri-adi yolu hansısa iş adamının varisləri siyahısına düşməkdir. Bəzən varlı insanlar miraslarını qoxumlarına qoymaq istəmirlər. Məsələn, investor və hüquqşunas Çarlz Millar evinin satışından əldə olunan pulun həmin il ən çox uşaq dünyaya gətirmiş qadına verilməsini istəmişdi. Milyonçu Luis Karlos isə daha sadə yol seçmiçdir: o, Lissabon şəhərinin soraq kitabından 70 tanımadığı insanı seçib mirasını aralarında bölmüşdür.
Oxşar məqalələr