Ailə büdcəsi: 50/30/20 qaydasından istifadə edərək büdcəmizi necə səmərəli idarə edə bilərik?
Ailə də kiçik bir dövlət və ya şirkət kimidir. Bu dövlət və ya şirkətin də debet və krediti bir-birinə uyğun olmalıdır. Maliyyə vəsaitlərinə nəzarət olunmasa, pul boş yerə axıb getməyə davam edəcək. Ailə büdcəsi bir növ ailənin rəqəm dilinə tərcümə olunmuş tarixçəsidir. O özündə sizin maliyyə yolunuzu, prioritetlərinizi və qərarlarınızı əks edib, onları konkret rəqəmlər və göstəricilərə çevirir.
Gəlin Əli və Nigarla tanış olaq. Əli və Nigarın iki uşağı var. Yeni ailə həyatı qurduqlarında xərcləri gəlirlərindən çox idi. Ancaq maaşla dolanırdılar ki, bu da bütün ehtiyaclarını qarşılamaq üçün kifayət etmirdi. Cütlük əvvəllər büdcənin idarə edilməsinə kifayət qədər diqqət ayırmırdı və tez-tez təxirə sala bilmədikləri xərcləri kredit kartları vasitəsilə qarşılayırdı. Zamanla onların çoxlu borcları yığıldı, və başa düşdülər ki, belə davam etmək olmaz. Əli boş vaxtlarında frilanser olaraq işləməyə, Nigar isə dekorativ şam hazırlayaraq onlayn satış etmək qərarına gəldi.
Gənc cütlük 50/30/20 qaydasından yararlanaraq, hər bir xərci yazmağa, sonra isə pulun nəyə xərcləndiyini təhlil etməyə başladılar. Bu onlara hansı xərclərin artıq olduğunu və borcları necə azalda biləcəklərini daha yaxşı başa düşməyə imkan yaratdı. Onlar borclarını azalda və maliyyə ehtiyatı yarada bildilər. Eyni zamanda, onlar vəsaitlərinin bir hissəsini gələcəyə yatırım etməyə başladılar.
50/30/20 qaydası Elizabet adlı bir qadının həyat hekayəsindən ilhamlanmışdır. Elizabet fəhlə ailəsində anadan olmuşdur, ailənin dördüncü uşağı idi. O,12 yaşında atasını itirmişdir. Ailəsinə dəstək olmaq üçün Elizabet Meksika restoranına ofisiant kimi işə düzəlmişdir. İcad etdiyi üsuldan istifadə edərək Elizabet Uorren Corc Vaşinqton Universitetində təhsil almaq üçün pul yığa bilmişdir. Daha sonra o, Hyuston Universitetində nitq qüsurları və audiologiya üzrə bakalavr, sonra isə Ratqers Universitetində hüquq üzrə maqistr təhsilini almışdır. Hal-hazırda Elizabet dünyanın ən nüfuzlu insanlarından biridir. O, 2018-2020-ci illərdə ABŞ prezident seçkilərində namizədliyini irəli sürərək seçkiqabağı kampaniya keçirmişdir. Elizabetin hekayəsi maliyyənin düzgün idarə edilməsinin və təhsilə marağın insanın həyatını dəyişərək mühüm nəticələrin əldə olunmasına gətirib çıxara biləcəyinin bariz nümunəsidir.
Büdcənin 50%-i – ehtiyaclar
50/30/20 qaydasının ilk və ən vacib maddəsi ailə büdcəsinin yarısının əsas ehtiyacların qarşılanmasına xərclənməsidir. Buraya yaşayış, qidalanma, nəqliyyat və tibbi yardım kimi bütün təxirə salına bilməyən xərclər aiddir. Lakin əmin olun ki, bu xərclər ümumi büdcənizin yarısını keçmir.
Büdcənin 30%-i – istəklər
Büdcənizin 30%-i isə sizə həyatdan zövq almağınız üçün imkan yaradan hissəsidir. Özünüzü tamamilə sıxmağa ehtiyac yoxdur. Ekspertlər maaşınızın 30%-ni sizi sevindirəcək kiçik şeylərə xərcləməyi məsləhət görürlər. Buraya kafe və kinoteatra getmək, dəbli geyim və ya texnika almaq, səyahət etmək və ya idman zalına abonement almaq daxildir. Bunlar həyatımıza rəng və maraq qatır. Büdcənin bu hissəsi maliyyə intizamını qorumaq və həyatdan zövq almaq arasındakı balansı qorumağa imkan yaradır.
Heç bir kart və ya arayışa ehtiyac yoxdur. Cəmi 5 dəqiqə vaxtın gedəcək.
Yükləmək üçün telefonun kamerası ilə QR kodu skan et
Büdcənin 20%-i – pul ehtiyatı və borclar
Büdcənizin yerdə qalan 20%-i pul ehtiyatının yığılması və borcların qaytarılması üçün ayrılmalıdır. Bu, sizin maliyyə sağlamlığınızın və gələcək rifahınızın əsas amilidir. Buraya pulun yığılmasından başqa həm də borcların ödənilməsi və təcili hallar zamanı istifadə edə biləcəyəniz maliyyə yastığı-nın yaradılması daxildir.
Xülasə
Sonda qeyd edim ki, 50/30/20 büdcənin hazırlanması üsulu maliyyə vasitələrinizi idarə etmək üçün istifadə edə biləcəyiniz ən asan və effektiv üsuldur. Verilmiş tövsiyyələrdən istifadə edərək maraqlarınıza uyğun olan, pul yığmağınızda, ehtiyaclarınızın qarşılanmasında və arzularınızın həyata keçirilməsində sizə kömək olacaq bir büdcə tərtib edə biləcəksiniz. Unutmayın ki, büdcənin hazırlanması mütəmadi davam edən bir prosesdir və uğurlu olması üçün səy tələb edir. Planınıza sadiq qalsanız, mütləq uzunmüddətli perspektivdə müsbət nəticə görəcəksiniz!
Araşdırmalar göstərir ki, büdcələrini idarə edən və maliyyə vəsaitlərini planlaşdıran ailələr maliyyə problemləri ilə bağlı daha az stresə məruz qalırlar.
Bəs siz ailə büdcənizi necə idarə edirsiniz? Fikirlərinizi rəylərdə bizimlə bölüşün!