Zabeta
Müəllif
27.03.2024

İnsanların uzun müddət ərzində qəpik-quruşla dolanmağına səbəb olan aktuallığını itirmiş 10 maliyyə vərdişi

Hətta iqtisadiyyatdan uzaq olan insanlar belə bilir ki, pul haqqında məlumatlı olmaq lazımdır. Bütün pulunu pul daxılında saxlayırsansa belə, bəzi məqamları bilmək vacibdir.

Limonqazanı olaraq köhnə stereotiplərdən azad olmaq və maliyyə cəhətdən savadlı olmaq üçün nə etməli və hansı səhvləri etməməli olduğunu araşdırıb müəyyən etdik.
Özünə qənaət etmək
İnsan özünə nə qədər çox məhdudiyyət qoyursa, bir o qədər də çox həmin məhdudiyyətləri keçmək istəyir. Bu səbəbdən də həddindən artıq qənaət etmək impulsiv xərclərə gətirib çıxarır ki, onları etdiyimizə görə sonra peşman oluruq.

Özünü dadlı bir yemək, gül və ya hansısa kiçik bir əşya ilə sevindirməyi belə çox görən və həmin pulu daha faydalı bir şeyə xərcləyə biləcəyini düşünən insanları başa düşmürəm.

  • Bizim ailəmiz kasıb olub. Yadımdadır ki, bəzən pulumuz ancaq makaron almağa çatırdı. Atam konfetlərdən “barbaris” və “düşes” alırdı və hər birini bir neçə hissəyə bölürdü. Heç geyimdən danışmıram: aylarla eyni köynəyi və cins şalvarı geyinirdim. Məktəbdə digər uşaqların meyvə, sendviç yediklərini görəndə çox pis olurdum, çünki bizim elə şeylər almağa imkanımız yox idi. Yalnız bayramdan-bayrama ləzzətli nəsə alırdıq. Sonra öyrəndim ki, anam həmişə “qara günə” pul yığırmış. Yəni qida məhsullarını ala biləcəyimiz pulu “daha vacib” şeylər üçün saxlayırmış.
Tətil üçün pul yığmamaq
Bugünkü sürətli həyat tempi bizi eyni anda bir çox işi görməyə məcbur edir. Və keyfiyyətli istirahət demək olar ki, məhsuldar olmağın mütləq bir şərtidir. Buna görə də, başqa ölkələrə səyahət etməyin pul israfı olduğu köhnəlmiş bir fikirdir.
Daha yaxşı iş tapmağa cəhd etməmək
Əvvəllər stabil bir işə düzəlmək kifayət idi. İndiki zəmanədə isə bizə xoş olan işi tapana qədər özünü müxtəlif sahələrdə sınaya bilərik. Və karyera yüksəlişinin olmamağı yaxşı gəlir qazandıran bir peşəni belə dəyişdirmək üçün kifayət qədər güclü bir arqumentdir.
Həmişə borca pul vermək
Bu maliyyə vərdişinin kökü psixologiyadadır. Dost-tanışa maliyyə cəhətdən hər zaman kömək etmək vərdişi bizdə əsassız günahkarlıq hissinin yaranmasına səbəb olur. Əslində etmək məcburiyyətində olmadığın bir şeyi etmək istəmədiyin üçün kimsə səndən inciyirsə, həmin insan səni bu şəkildə manipulyasiya etmək istəyir.

  • Mənim pis bir vərdişim var. İnsanı heç tanımasam belə, maliyyə dəstəyinə ehtiyacı olan insanlara “yox” demirəm. Buna görə də pulumu, tanışlarımı və insanlara inamımı itirirəm.
Aldığımızın nə dərəcədə bahalı olduğunu düşünməmək
"İndiyə qədər zəngin həyatı yaşamamışıq, bundan sonra nə üçün lazımdır?” ifadəsi çox adama tanışdır. Bahalı bir şey almaq fikrin varsa, təkcə qiymətinə deyil, onun sənə nə verəcəyinə diqqət yetirməyə çalış.

  • Mənim pula qarşı qəribə münasibətim var. Dünən marketdə kilosu 5 manata olan mandarin aldım və baha olub-olmadığı haqda heç düşünmədim. Yeganə sual o idi ki, ürəyim istədiyi mandarinə 5 manat xərcləməyə hazırammı? Mən hazır idim. Və onu aldım!
Köhnə düşüncə tərzindən imtina etməmək
Maddi vəziyyətlərini yaxşılaşdırmağı bacaran insanlar üçün dəyişmək və yeni həyat tərzinə öyrəşmək çətin olur. Bu səbəbdən də uzun müddət ərzində qənaət etməli olmusansa və pulu böyük əziyyətlə qazanmısansa, artıq çox şeyi almaq imkanın olsa belə özünün buna layiq olmadığını düşünəcəksən.

Məsələn, ev işlərinin həvalə edilməsi daha da çox pul qazanmaq üçün sənə əlavə vaxt verir. Hər şeyi özün etmək və dayə, çatdırılma və təmizlik xidmətlərindən istifadə etməmək istəyi kasıb qalan insanlara xasdır.

  • Mən dəyişməyə çalışıram. Kifayət qədər pul qazanıram: kommunal xidmətləri ödədikdən, ərzaq məhsullarını aldıqdan sonra qazandığım pulun əksər hissəsi əlimdə qalır. Amma xərcləməyi bacarmıram. Və uşaqlıqdan eşitdiyim "Bu çox bahadır, mənə lazım deyil" düşüncəsindən rədd olmaqda çox çətinlik çəkirəm.

  • Bahalı mağazalara girə bilmirəm. Baxmayaraq ki, yaxşı qazanıram və çox şeyi almağa imkanım var, mənə elə gəlir ki, həmin mağazaların satıcıları məni görüb "Həyəcan! Mağazaya bir kasıb daxil oldu!" deyə qışqırıb mənə güləcəklər. Yəqin ki, bu, uşaqlığımın kasıblıqda keçdiyindən irəli gələn bir kompleksdir.
Pulun əl çirki olmağına inanmaq
Pulun eyib bir şey olduğu iddiası hələ uzun zaman aradan qalxmayacaq. Amma əslində pulunu halal zəhmətinlə qazanırsansa, narahat olmaq üçün bir səbəb yoxdur. Eynən də maddi imkanın buna imkan verirsə, çoxlu pul xərcləmək və bahalı əşyalar almaq da eyib deyil. Sadəcə imkanlarınla lovğalanmaq lazım deyil.

  • “Pul əl çirkidir” ifadəsi ilə böyüdüyünə görə gördüyün işin qarşılığında pul almağa utanırsansa, belə bir situasiyanı təsəvvür et. Sən bir uçurumun dibindəsən və ancaq kəndirdən istifadə edərək çıxa bilərsən. Sənə bir kəndir atırlar, amma o çirklidir. Həyatını qurtarmaq üçün ondan istifadə edərdinmi?
Öz tarif planını dəyişməmək
Kommunal xidmətlər üzrə tariflərin dəyişməsi haqqında xüsusi mənbələrdən öyrənə bilsək də, mobil rabitə və internat xidmətləri üçün belə bir mənbə yoxdur. İnsanların əksəriyyəti telefon nömrələrinin tarif planını illərlə dəyişmir. Ancaq bu gün telekommunikasiya operatorlarının hər ehtiyaca uyğun təklifləri var.

  • Evdən işlədiyimin 8-ci ayında nəhayət başa düşdüm ki, mobil internet tarifi üçün ayda 50 manat ödəmək israfçılıqdır.
Etdiyin yatırımlara nəzarət etməmək
Əgər yatırım üzrə müqavilənin müddətinin bitməsinə vaxtında fikir verməsən, həmin müqavilə qüvvədən düşdükdən sonra avtomatik olaraq daha əlverişsiz şərtlərlə uzadıla bilər. Buna görə də, hər zaman ən son məlumatlarla maraqlan, bütün yeniliklər bankın saytında olan şəxsi hesabında göstərilir. Bəs sənə büdcəni tənzimləməkdə nə kömək edir?
m10 yüklə, ödənişlərdən keşbek, lotereyalardan hədiyyə qazan.
m10-u yüklə
Yükləmək üçün telefonun kamerası ilə QR kodu skan et
Oxşar məqalələr