Kreditlərdən düzgün və düşüncəli şəkildə istifadə etsək, onlar maliyyə məqsədlərimizə çatmaq üçün əla bir vasitə ola bilər. Kreditlərdən düşüncəli və effektiv şəkildə istifadə üzrə 8 tövsiyyəni səninlə paylaşırıq. Onların köməyi ilə sən həm istədiyin nəticələri əldə edə, həm də maliyyə cəhətdən stabilliyini qoruya biləcəksən. Bu tövsiyyələrdən yararlanaraq sən maliyyə vəsaitlərini daha özgüvənli şəkildə idarə edə və artıq borc və stresdən azad ola biləcəksən.
Maliyyə imkanlarını dəyərləndir
Kredit götürmədən öncə maliyyə imkanlarını dəyərləndirmək vacibdir. Xərc və gəlirini nəzərə alaraq büdcəni hesabla və aylıq kredit ödənişi üçün hansı məbləği ayıra biləcəyini müəyyən et. Əmin ol ki, kredit ödənişləri səni çətinə salıb maliyyə problemlərinə gətirib çıxarmayacaq. Hal-hazırkı öhdəliklərini təhlil et və xərc və gəlirlərində baş verə biləcək dəyişiklikləri proqnozlaşdır. Bu sənə maliyyə çətinliklərindən qaçınmaqda və maliyyəni kontrol altında saxlamaqda kömək edəcək. Kreditlərə qarşı məsuliyyətli yanaşma səni maliyyə stabilliyini və gələcəyə əminliyini təmin edəcək.
Müxtəlif bankların təkliflərini müqayisə et
İlk qarşına çıxan bankdan kredit götürməyə tələsmə. Vaxt ayırıb müxtəlif maliyyə təşkilatlarının təkliflərini diqqətlə nəzərdən keçir. Bankdan asılı olaraq dəyişən və ümumi ödəniləcək məbləğə təsir göstərən faiz dərəcələrinə diqqət yetir. Kreditin ödənilməsi şərtləri də vacib rol oynayır: kreditin vaxtından əvvəl ödənilməsinin mümkün olub-olmamağı, ödənişin gecikdirilməsi zamanı cərimə məbləği və ödəniş cədvəlinin nə dərəcədə dəyişdirilə biləcəyi haqqında məlumat əldə et. Kreditin rəsmləşdirilməsi, hesab üzrə xidmət və digər əlavə komissiya ödənişlərini də analiz etməyi unutma. Bütün bu faktları müqayisə edərək maliyyə imkanlarına və istəklərinə uyğun, sənin üçün əlverişli və rahat olan bir təklif seçə biləcəksən. Əsaslandırılmış bir qərar qəbul etmək üçün müştəri rəylərinə və bankın reputasiyasına da nəzər yetir.
Ödəniş tarixlərinə diqqət yetir
Kredit üzrə ödənişləri yubatmamaq məsləhətdir, çünki yubadılmalar cərimələrin edilməsi, kredit tarixçənin korlanması və hətta məhkəmə işinin açılmasına gətirib çıxara bilər. Ödəniş tarixlərini qaçırmamaq üçün xatırlatma sistemini yarat. Mümkündürsə, vəsaitlərin hesabdan avtomatik olaraq silinməsi funksiyasından istifadə et. Maliyyəni elə planlaşdır ki, ödəniş tarixində hesabında lazımi məbləğ olsun. Maliyyə cəhətdən çətinlik yaşayırsansa, bankla öncədən əlaqə qurub borcun restrukturizasiyası və ya kreditin ödənilməsi şərtlərinin dəyişdirilməsi imkanlarını müzakirə et. Ödəniş tarixlərinə məsuliyyətli yanaşma sənə kredit tarixçəni yaxşı vəziyyətdə saxlamaqda və əlavə xərclərdən qaçınmaqda köməklik edəcək.
Kreditdən mühüm məqsədlər üçün istifadə et
Kreditdən mənzilin, avtomobilin alınması, təhsil haqqının ödənilməsi və ya biznesin inkişaf etdirilməsi kimi mühüm məqsədlər üçün istifadə etmək məqsədəuyğundur. Bu cür yatırımlar uzun müddətdə gəlir gətirə və həyatının keyfiyyətini artıra bilər. Çalış ki, kreditdən pul yığıb edə biləcəyin kiçik və impulsiv alış-verişlər üçün istifadə etməyəsən. Kreditlərlərini sənə əlavə maliyyə yükü yaradacaq şəkildə deyil, maliyyə artımına və stabilliyinə töhfə verəcək şəkildə planlaşdır. Unutma ki, kredit hal-hazırda olan xərclərinin ödənilməsi üçün deyil, məqsədlərinə çatmaq üçün istifadə olunan bir vasitədir.
Heç bir kart və ya arayışa ehtiyac yoxdur. Cəmi 5 dəqiqə vaxtın gedəcək.
Gözlənilməz hallarda istifadə edə biləcəyin maliyyə yastığını yaratmağı unutma. Rezerv fondunun mövcud olması səni daha özgüvənli hiss etdirəcək və yeni kredit götürmədən müvəqqəti maliyyə çətinliklərinin üstəsindən gəlməyə kömək edəcək. Gəlirinin 10-20%-dan aşağı olmayan məbləği maliyyə yastığı üçün ayırmaq məsləhət görülür. Bu vəsaitlərdən əlavə gəlir əldə etmək üçün onları əmanət hesabına və ya etibarlı investisiya alətlərinə yatıra bilərsən. Maliyyə yastığı səni gözlənilməz xərclərə qarşı qoruyur və maliyyə məqsədlərini və öhdəliklərinizi rahat şəkildə planlaşdıra bilməyin üçün imkan yaradır.
Bütün kredit şərtləri ilə tanış ol
Kredit üzrə müqaviləni imzalamadan öncə kreditin bütün şərtlərini diqqətlə incələ. Faiz dərəcəsi, kreditin müddəti, ödəniş cədvəli, mümkün komissiyalar və cərimələrə diqqət yetir. Faizların necə hesablandığını və hansı əlavə xərclərin meydana çıxa biləcəyini başa düşdüyündən əmin ol. Qaranlıq qalan məqamlarla bağlı kredit menecerinə suallarını ver. Kreditin bütün şərtlərini anlamaq səni gözlənilməz sürprizlərin yaranmasından qoruyacaq və maliyyə vəsaitlərini daha dəqiq şəkildə planlaşdırmağın üçün imkan yaradacaq.
Sənə lazım olan məbləğdən çox götürmə
Sizə lazım olan məbləğdə kredit götür. Əlində qalan puldan başqa bir məqsəd üçün istifadə edə biləcəyini düşünüb, daha böyük məbləğdə kredit götürmə. Unutma ki, kredit üzrə gələn faizləri nəzərə alaraq kreditin məbləği nə qədər çox olarsa, sən o qədər çox ödəniş etməli olacaqsan. Kredit borcunu minimuma endirmək və onun ödənilməsini asanlaşdırmaq üçün sənə lazım olan məbləği hesabla və ondan kənara çıxma.
Kredit tarixçəni öyrən
Kredit üçün müraciət etmədən öncə kredit tarixçəni öyrən. O, bank tərəfindən sənə kreditin verib-verilməməsi və kredit şərtlərinin müəyyən edilməsində mühüm rol oynayır. Yaxşı kredit tarixçəsi sizə daha aşağı faiz dərəcəsi və kredit şərtlərinin təqdim edilməsini təmin edə bilər. Kredit tarixçənizdə problemlər varsa, kredit üçün müraciət etmədən onları köhnə borclarınızı ödəyərək və ödənişləri intizamlı şəkildə edərək aradan qaldırmağa çalışın.
Yekun
Kreditlərdən düşüncəli şəkildə istifadə sənə məqsədlərinə çatmaqda və həyatının keyfiyyətini artırmaqda kömək edə bilər. Yuxarıdakı tövsiyyələrə əməl etməklə kredit sənə faydalı olacaq və yük olmayacaq şəkildə isitifadə edə bilərsən. Unutma ki, maliyyənin düşüncəli şəkildə idarə edilməsi maliyyə rifahının və stabilliyinin rəhnidir.
m10-u yüklə
Yükləmək üçün telefonun kamerası ilə QR kodu skan et