Alihuseyn
Müəllif
22.11.2023

Robert Kiyosakinin «Varlı Ata, Kasıb Ata» kitabından nə öyrənə bilərik?

Robert Kiyosakinin "Varlı ata, Kasıb ata" kitabı dünyanın ən məşhur maliyyə savadlılığı kitablarından biridir. 1997-ci ildə nəşr olunan və qısa zaman ərzində bestseller statusu qazanan bu kitab, son 10 ildə özünün “ikinci baharı”-nı yaşayaraq, 32 milyon nüsxə satışı ilə yeni uğura imza atdı. “Varlı ata” maliyyə savadını artırmaq istəyən hər kəs üçün əsas bələdçi vasitələrindən biri hesab olunur.

Bu kitab oxucuya nə öyrədir?
Robert Kiyosaki tərəfindən yazılmış "Varlı ata, Kasıb ata" çıxılmaz vəziyyətə düşməmək və daha uğurlu maliyyə gələcəyi qurmağa başlamaq üçün əsas prinsipləri öyrədir. Kitabın əsas ideyası ondan ibarətdir ki, maliyyə müstəqilliyinə nail olmaq üçün insan gərək ilk öncə pula münasibətini dəyişsin. Başqa sözlə, sən pul üçün yox, pul sənin üçün işləməlidir.

Bu səbəbdən kitabda maliyyə savadlılığının vacibliyi vurğulanır. Müəllif Kiyosaki uşaqlıq təcrübəsini bölüşərək, özünün iki fərqli yanaşma irəli sürən nəsihətçilərinin təcrübə və fikirlərini misal gətirir.

  • Robertin öz atası, ağıllı olsa da, həmişə az qazanır və maddi cəhətdən ehtiyatsız davranır, oğluna təmkinlə işləməyi və pensiya yaşını gözləməyi öyrədir.
  • Atasının dostu olan bir digər nəsihətçi isə, üstün zehni qabiliyyətlərə malik olmasa da, yaxşı pul qazanır. Robertə maliyyə savadlılığının və investisiyanın vacibliyini öyrədən də məhz o olur.

Beləliklə yuxarıda sıralanan məsləhətlər səni pula münasibətini dəyişməyə, gələcəyə sərmayə qoymağa və maliyyə savadını inkişaf etdirməyə təşviq edir. Lakin bunları edərkən bəzi problemləri də gözdən keçirmək lazımdır.
Kiyosaki hansı problemləri qeyd edir?
Robert Kiyosaki öz kitabında təhsil sisteminin uşaqlara maliyyə savadlılığının öyrədilməsində necə boşluqlar buraxdığına dair suallar qaldırır. Müəllif dərslərdə maliyyə savadlılığı maarifləndirilməsinin olmamasına diqqət çəkərək, burada uşaqlara pulun idarə olunmasını öyrətməyən məktəblərin rolunu qeyd edir. Kiyosaki əmindir ki, yaranan vəziyyət, insanı məktəbi bitirdikdən sonra pul qazanmağa hazır vəziyyətə gətirsə də, çox vaxt gəlirləri necə səmərəli idarə etmək barədə onun biliyə malik olmaması, gələcəkdə insanı problemlərlə üzləşdirir.

R. Kiyosakinin fikrincə, bu işdə mühüm rol ailələrin payına düşür, hansılar ki əksər hallarda övladlarına maliyyə savadlılığının öyrədilməsində köməklik etmirlər. Müəllif təklif edir ki, uşaqlar hesablama, investisiya, maliyyə və pensiya planlaması ilə bağlı bilgiləri ailə üzvlərindən öyrənsin. Ona görə də bu biliklərin uşaqlara ötürülməsində valideynlərin mühüm rolu qeyd olunur.

Həmçinin valideynlər övladlarının təfəkkürünə də təsir etməlidirlər. Burada R.Kiyosaki yenidən pula və düşüncəyə fərqli yanaşmaları ilə fərqlənən “iki ata”-nı misal gətirir:

Bir ata “Mənim buna gücüm çatmaz” fikrini irəli sürərkən, digəri “Mənim buna necə gücüm çata bilər?” sualını verməkdə israr edir. Müəllif vurğulayır ki, imkanları məhdudlaşdıra bilən ilk sualdan fərqli olaraq, sonuncu sual insanı düşünməyə, həll yolları axtarmağa vadar edir.
Kiyosakinin fikrincə, insanın varlanmasına nə mane olur?
Robert Kiyosaki “Varlı ata, Kasıb ata” kitabında təbii ki varlanma məsələsi-nə və ona mane olan amillərə də toxunur. Xüsusilə müəllif əsas mənfi amillər sırasında qorxu, həsisliktənbəlliyi misal gətirir.

  • Pul itirmək qorxusu və maddi nemətlərdən dərhal həzz almaq istəyi (həsislik) diqqəti daha uzunmüddətli, daha sərfəli investisiyalardan yayındırır.
  • Tənbəllik isə, müəllifin fikrincə, cari problemləri iqnor etməyə gətirib çıxara bilər ki, bu da yekun nəticədə gələcək üçün əlavə xərclər yaradar.

Beləliklə, ümumi fikir ondan ibarətdir ki, yuxarıda göstərilən xüsusiyyətlərdən qaçaraq maliyyə savadlılığını öyrənmək, düşüncə tərzini dəyişmək və mənfi amillərlə mübarizə aparmaq, insanlara maliyyələrini daha effektiv idarə etməyə və bu yöndə uğurlu olmağa köməklik edir. Burada sahibkarlıq faktoru da rol oynayır.
Biznes edərkən nələrə diqqət etməlisiniz?
Sözügedən kitabda effektiv sahibkarlıq və uğurlu biznes prinsipləri-nə də yer ayrılır. Robert Kiyosaki bunu perspektiv anlayışı olmayan bir sahibkarın hekayəsi prizmasından göstərir. Belə ki, bir gün sahibkarın satışları düşməyə başlayır, lakin o, bunun müvəqqəti hal olduğuna inanaraq, heç bir tədbir görmür. Müəyyən müddətdən sonra gəlirlər artıq biznesin cari xərclərini qarşılamadıqda, sahibkar birdən problemin ciddiyətini dərk edir. Məlum olur ki, onun bəzi müştəriləri daha aşağı qiymətə oxşar keyfiyyət təklif edən rəqibinə üz tutublar.

İndi sahibkar təcili olaraq yeni təchizatçılar axtarmalı, istehsal dövrünə yenidən baxmalı və yeni reklam strategiyaları hazırlamalı idi. Amma onun artıq bu dəyişikliklər üçün yetərincə vəsaiti qalmır. Nəticə etibarı ilə sahibkar kredit götürür və işçilərini ixtisar etməyə məcbur olur. Beləliklə, xərclər, qəhrəmanımızın ilkin mərhələdə dəyişikliyə dərhal reaksiya verməsindən gileylənir.
Robert Kiyosakidən məsləhət və fikirlər
“Varlı ata, Kasıb ata” əsərində Robert Kiyosaki mühüm məqamları qeyd etməklə yanaşı, maliyyə müstəqilliyi-nə nail olmaq üçün əsas ideyaları təklif edir.

Peşə və maliyyə müstəqilliyi. Müəllif iddia edir ki, peşədən asılılıq nadir hallarda maliyyə müstəqilliyinə gətirib çıxarır. Kiyosakinin fikrincə, hətta yüksək rəhbər vəzifələr də insan üçün buna zəmanət vermir. Onun fikrincə, xüsusilə muzdlu iş və lazımsız ehtiyaclar üçün xərc çəkmək, son nəticədə insanı maliyyə uğuruna aparmır. Alternativ olaraq, o, sahibkarlıq bacarıqları əldə etməyi və özün üçün işləməyi təklif edir.

Bununla belə, işdən tamamilə imtina etmək tövsiyə edilmir. Robert Kiyosaki işdən tamamilə imtina etməyi deyil, sadəcə olaraq işi və öz biznesini birləşdirərək tədricən sonuncuya diqqət yönəltməyi məsləhət görür. Məsələn, işdən sonra bir neçə saatını öz işinə ayıraraq, bununla sevdiyin sahədəki bacarıqları inkişaf etdirmən məqsədə uyğun sayılır.

“Özünə ödəniş etmək”. “Özünə ödəniş etmək” anlayışı ondan ibarətdir ki, lazımsız xərclərdən əvvəl ilk növbədə pullarını təhsil, xəyallarının gerçəkləşməsinə aparan amillər və ya investisiyaya yönləndirməlisən. Bu, yeni gəlir səviyyələrinə keçməyinə imkan verəcək.
Aktivlər və passivlər
Robert Kiyosaki aktivlərə yönəlik xərclərin artırılmasını və passivlərə yönəlik xərclərin azaldılmasını təklif edir. Onun tezisinə görə varlılar öz kapitallarını artırmaq imkanı verən aktivlərə investisiya qoyurlar, yoxsullar isə gəlirlərinin böyük hissəsini əlavə gəlir gətirməyən şeylərə xərcləyirlər. Buna alternativ olaraq, gələcəkdə əlavə gəlir gətirə biləcək aktivlərə investisiya qoymaq təklif edilir. Bu kontekstdə əsas məsləhət maliyyə xərclərini aşağıdakılara ayırmaqdan irəli gəlir:

  • Gəlir gətirən aktivlər;
  • Xərc tələb edən passivlər.

Məsələn, avtomobil həm aktiv (əgər taksi xidməti göstərməklə biznesi təkmilləşdirmək üçün istifadə olunursa), həm də passiv (yanacaq və texniki xidmət üçün davamlı xərclər tələb edirsə) ola bilər.

Beləliklə, Robert Kiyosakinin ən çox satılan “Varlı ata, Kasıb ata” kitabında əks olunan ideya və prinsiplər sənə maliyyə savadlılığı bacarıqlarını təkmilləşdirməyə, o cümlədən firavanlıq dalğasına köklənməyə kömək etmək üçün faydalı bir vəsaitdir.
Oxşar məqalələr