Beləliklə, müasir pul-ödəniş vasitələrini ümumiyyətlə iki əsas kateqoriyaya bölmək olar:
nağdsız və
nağd.
- Nağd kateqoriyasına əsasən kağız əskinaslar və qəpiklər daxildir. Siz onları əlinizdə saxlaya, saya və cüzdanınıza qoya bilərsiniz. Nağdsız pullar isə yalnız elektron bank və virtual şəkildə mövcuddur;
- Nağdsız pullar istifadə edən hesabın sahibi demək olar ki, istənilən əməliyyatı (onlayn / oflayn) dərhal həyata keçirə bilər. Həmçinin nağdsız pullar bir çox qoruma səviyyəsinə malik olan plastik kartlarda və ya mobil tətbiqlərdə saxlanılır. Daha bir tutarlı arqument isə komfort məsələsidir. Nağdsız pullarla əməliyyat etmək rahatdır, çün ki bir şey almaq və ya ödəmək üçün özünlə böyük bir pulqabı gəzdirməyə ehtiyac duymursan. Son zamanlar isə bir çox bank tətbiqinin kartlarını mobil telefonuna da inteqrasiya etmək mümkündür.