Maliyyə savadlılığı borcun effektiv idarə edilməsində əsas rol oynayır. Bu bacarıq mövcud öhdəliklərlə bağlı sənin maliyyə imkanlarını və risklərini təhlil edib, borclarının ödənilməsinin ən yaxşı yollarını seçməyə köməklik edir.
Beləliklə, sən borclarını uğurla tənzimləmək üçün bu vərdişlərə sahiblənməlisən:
- Büdcələşdirmə. Bu, gəlir və xərclərin planlaşdırılması, həmçinin xərclərin daimi monitorinqidir. Bu bacarıq borcları ödəmək üçün vəsaitin tükənməsinin qarşısını almağa imkan verir.
- Kredit şərtlərinin təhlili. Burada söhbət əsasən kredit üzrə təkliflərin müqayisəsindən gedir. Maliyyə savadlılığı burada sənə gələcəkdə borcu ödəmək üçün ən əlverişli şərtləri seçməyə kömək edir.
- Uzunmüddətli maliyyə planlaşdırması. Bütün gəlir və xərclərinin, o cümlədən borcun qiymətləndirilməsi mənası daşıyır. Bu, borc vəsaitlərinin alınması ilə bağlı əhəməiyyətli qərar qəbul etmək üçün lazımdır.
- Borca nəzarət. Borcun məbləğinə və ödənişlərin vaxtında aparılmasına nəzarət etməkdir. Bu bacarıq gecikmələrin və cərimələrin qarşısını almağa kömək edir.
Yaxşı bəs yuxarıdakıları effektiv ərsəyə gətirmək üçün nə etmək lazımdır? Cavablar bunlardır:
- Həm müntəzəm, həm də birdəfəlik gəlirlərini daim nəzarətdə saxlamalısan.
- Məcburi xərclərini, o cümlədən kredit ödənişləri və digər vacib xərcləri qabaqcadan planlaşdırmalısan.
-
Həyat keyfiyyətinə xələl gətirmədən bəzi xərc maddələrinə qənaət etmək və azaltmaq imkanlarını nəzərdən keçirməlisən.
- Obyektiv və subyektiv hallar baş verdikdə, büdcəyə düzəlişlər etməlisən.
Bu yanaşma borclarını ödəmək və maliyyə çətinliklərindən qaçmaq üçün vəsaitinin olmasını təmin etməyə kömək edəcəkdir.