14.04.2025
Kazım
/müəllif

Həftəsonu yol səyahətləri: Azərbaycanın ən gözəl avtomobil marşrutları

Avtomobilin varsa rayon səyahətləri həm sərbəstlik, həm də rahatlıq deməkdir. Xüsusilə həftəsonları üçün Azərbaycanın füsunkar təbiəti, dağ yolları və tarixi kəndləri səni yeni kəşflərə çağırır. Aşağıdakı marşrutlarla sən həm əylənə, həm də yol boyunca gözəl mənzərələrin dadını çıxara bilərsən.
Telegram kanalımıza abunə ol və avtomobil haqqında ən son yeniliklərə, fürsətlərə ilk çatanlardan ol!
Quba — Qusar-Laza marşrutu
Şimal bölgəsinin bu səyahət xətti sərin iqlimi və yaşıl təbiəti ilə seçilir. Yaz aylarında səyahətə çıxsan, Qubada alma bağları, Qusarda isə şəlalələr və Laza kəndinin dağ mənzərələri səni valeh edəcək. Yol boyunca yerli restoranlarda dayanmaq və təbii məhsullardan dadmaq isə işin ən ləzzətli hissəsidir.
Şəki – Qax-İlisu istiqaməti
Mədəniyyət və tarixlə maraqlanırsansa, bu marşrut sənin üçündür. Şəki xan sarayı, qədim karvansaray və Qaxın sakit küçələri səni başqa bir dövrə aparacaq. İlisu isə həm dağ havası, həm də yayla ab-havası ilə fərqlənir. Qaxda meşə ilə gəzərkən təsadüfən qarşına beş yüz illik Alban məbədi də çıxa bilər, sağa sola qaçan dovşan da, uzaqdan səni izləyən ceyran da.
Göygöl-Maralgöl – Gəncə marşrutu
Təmiz təbiət və göl mənzərəsini sevirsənsə, bu istiqamət tam sənlikdir. Göygöl Milli Parkı gəzinti və piknik üçün fısqırıq ideyadır. Yəqin ki, ölkəmizdə görə biləcəyin ən yaxşı mənzərələrdən biri olacaq. Gəncəyə qayıdarkən isə şəhərin tarixi mərkəzini, çıxışdə isə Nizami türbəsini ziyarət etməyi unutma.
Qobustan – Şamaxı-İsmayıllı marşrutu
Paytaxtdan uzaqlaşmadan macəra yaşamaq istəyirsənsə, bu yol sənin üçündür. Qobustandakı qayaüstü rəsmlər, Şamaxının bağları və İsmayıllının dağ kəndləri sənin yol səyahətini yadda qalan edəcək. Şamaxı rəsədxanasında açıq səmanı izləmək, üzümündən yemək və Avtomobil ilə əyri yollarında gəzmək planların arasında olmalıdır.
Baku – Quba (Rusiyaya yeni yol)
Yeni açılmış Bakı–Quba avtomobil yolu, Rusiya istiqamətində səyahət üçün yeni imkanlar yaradır. Bu yol həm sərhədyanı ticarət, həm də şimal marşrutları üçün daha qısa və rahatdır. Yol boyu yeni infrastrukturlar və dayanacaq məntəqələri var. Əvvəllər bu istiqamətdə gedib gəlmək çox çətin olsa da, artıq yeni yol ilə gediş-gəlişdə rahatlıq yaranıb.
Telegram kanalımıza abunə olaraq avtomobilin üçün fürsətlər, yeniliklər və xəbərlər birbaşa telefonuna gəlsin!
Naftalan – Goranboy – Gədəbəy marşrutu
İstirahət və sağlamlıq bir yerdə olsun istəyirsənsə, Naftalan müalicəvi neft vannaları ilə tanınır. Yolun davamında Goranboy və Gədəbəyin dağ yolları səni əsl kənd həyatı ilə tanış edəcək. Düzənliklə başlayıb, dağla bitən bu istiqamət sənə bütöv gəzinti təcrübəsi yaşadacaq.
Tufandağ – Qəbələ – Oğuz istiqaməti
Qışda xizək, yayda isə yaşıllıqlar. Tufandağ istirahət kompleksi ilboyu fəaliyyət göstərir. Qəbələdə macəra parkları, Oğuzda isə sakit dağ kəndləri səni gözləyir. Avtomobili ilə söhbət edən sürücülərdənsənsə, ona buraları mütləq göstərməlisən :)
Nəticə
Həftəsonu üçün avtomobil marşrutları həm təbiətlə təmas, həm də rahat istirahət deməkdir. Avtomobili sürməyi sevənlər rayona getməyin nə olduğunu yaxşı bilir. Bu səyahətlər zamanı m10 ilə yanacaq, restoran və digər alış-veriş ödənişlərini asanlıqla həyata keçirə bilərsən. Rahat səyahət, sürətli ödəniş – m10 ilə mümkündür.

Oxşar məqalələr