Yeni nəsil karyera: Azərbaycan gəncinin biznes perspektivi
Vaxtilə Azərbaycanda “yaxşı iş” deyəndə ağıla ilk gələn dövlət müəssisəsi, ya da stabil maaşlı bir şirkətdə iş olardı. 9-da başlayıb 6-da evə qayıtmaq, illərlə uğura doğru irəliləmək və sonda da təqaüd həyatı…
Bu gün isə gənc nəsil qaydaları yenidən yazır. Onlar üçün iş sadəcə gəlir yox, həm də özünüifadə və azadlıq mənbəyidir. Bəs bu qaydaları daha dərindən araşdırmalı olsaq? Elə isə getdik!
1. Evdən işləməyin normallaşması
Xüsusilə də pandemiyadan sonra gənc professionallar üçün evdən işləmək bir lüksə yox, ehtiyaca çevrildi. Tıxacdan yayınmaq, kafedən və evdən işləmək, hətta səyahət edərkən pul qazanmaq hələ bu üstünlüklərin sadəcə bir hissəsidir.
2. Frilans və əlavə gəlir mənbələrinin yüksəlişi
Azərbaycanlı gənclərə rutin işlərlə yanaşı, əlavə fəaliyyətlər daha maraqlı gəlir. Artıq bir çox gənc frilans layihələrdə işləyir, kiçik bizneslər qurur, dizayn və məzmun istehsal edir, ya da təlimlər keçirlər.
Bu yanaşma isə öz növbəsində maliyyə azadlığı ilə yanaşı, seçim azadlığı da verir. Kimlə nə zaman harada işləmək qərarı gənclərin özünə aiddir.
3. İş və həyat arasındakı balans
Yeni nəsil üçün karyera təkcə uğur və titul demək deyil. Əksinə, onlar emosional rifahı, istirahəti və özlərinə aid zamanı qorumağı prioritet hesab edirlər. Uzun iş saatları, stresli mühit və istirahətsiz həyat artıq risk faktoruna çevrilib.
Bunu isə tənbəllik adlandırmaq olmaz. Sadəcə onlar üçün xoşbəxtlik yalnız maaşdan ibarət deyil.
4. Ənənəvi karyeraların öz cazibəsini itirməsi
Əvvəllər bank, hüquq, ya da neft-qaz sektorları prestijli hesab olunurdusa, indi isə texnologiya şirkətləri, startaplar və yaradıcı agentliklər daha çox maraq doğurur.
Həmin sahələr daha çevik, yenilikçi və yaradıcıdırlar ki, gənclər də məhz bunu istəyir. Təcrübə, inkişaf fürsətləri, iş mühitinin əyləncəli olması kimi faktorlar gənclər üçün əsl motivasiya qaynağıdır.
Bəs gələcəkdə gəncləri nələr gözləyir?
Sözümüzün canı odur ki, artıq iş axtaran yox, dəyər axtaran bir nəsil formalaşır. Onlar üçün vacib olan bir ekosistemin parçası olmaq, fərqli təcrübələrdə özünü sınamaq və rəqəmsal bacarıqlar əldə etməkdir.
Əgər sən də bu yeni düşüncə tərzinə sahibsənsə, səni də aramızda görmək istəyərik. “PashaPay”də karyera imkanları ilə maraqlanmaq üçün aşağıdakı keçidə daxil ol və bizə qoşul: