İpoteka uzun müddət eyni ölkədə və ya şəhərdə qalmağı planlaşdıranlar, sabit gəliri olanlar və təbii ki, gələcəyini düşünən hər kəs üçündür.
Bir də ipotekanın rəsmi tərəfi var və bu zaman onun, təəssüf ki, hamı üçün uyğun olmadığı üzə çıxır. İpoteka götürmək üçün əsas şərtlərdən bəziləri aşağıdakı kimidir:
- Azərbaycan vətəndaşlığı;
- Sabit rəsmi gəlir və bunun sübutu;
- Pensiya yaşına çatmadan borcun ödənilməsi;
- Gecikmiş kredit borcunun olmaması və s.
Yəni ipoteka almaq həm də şərtlərə uyğunluqdan asılıdır. Şərtlər və daha çox məlumatla
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun veb-saytına müraciət edərək tanış ola bilərsən.