Avtomobil sürməyin məsuliyyətləri: Cərimələr, parkinq və yollar
Azərbaycanda avtomobil idarə etmək ciddi diqqət və məsuliyyət tələb edir. Bir tərəfdən də şəhərdə maşınların sayı günü-gündən artır. “Meyvəli” gömrük terminalında artıq maşın saxlamağa yer yoxdur. Artımın səbəblərinə isə bölgələrdən insanların kütləvi şəkildə paytaxta köçməsini və yeni Çin avtomobillərinin daha əlçatan olmasını daxil edə bilərik.
Hər gün maşın sürməyə dəyər?
Gündəlik rutinin və planların imkan verirsə, maşınsız olmaq elə də pis səslənmir. Təsəvvür et, səhər evdən çıxırsan və maşının qızmağını gözləyirsən. Sonra tıxaca ilişirsən və 15 dəqiqəlik məsafəni bir saata qət edirsən. Üstəlik, ani manevr edən sürücülər də sənə təhlükə yaradır. Hələ benzin və parkinq ödənişlərini saymırıq… Bunların hamısını toplasaq, avtomobil gününə elə də rəng qatmaya bilər.
Avtomobilin üstünlükləri
Yəqin, soruşursan ki, bəs avtomobilin heç üstünlüyü yoxdur? Təbii ki, var. Nə taksidən, nə də avtobus və metronun cədvəlindən asılı deyilsən. Soyuq havalarda isti, eləcə də yayda sərin nəqliyyat vasitəsinə əyləşmək imkanın var. Bundan əlavə, maşını özün sürürsən, beləcə, heç bir sürücünün bacarıqsızlığına tab gətirmək məcburiyyətin yoxdur.
Parkinq
Hə, gəldik əsas məsələyə. Avtomobili park etmək son illərdə Bakının ən böyük problemlərindən birinə çevrilib. Nəzərdə tutulmuş park yerləri həmişə yetərincə olmur. İşə tələsəndə isə parkinq üçün növbə gözləmək vaxtını ikiqat dəyərsiz edir.
Parkinq yeri tapsan da, qiymətlər də bir yandan sıxır. Əsasən, “Sahil” metrosu kimi mərkəz ərazilərdə fantastik qiymətlərlə rastlaşa bilirsən. 1 gün maşın saxlamaq üçün 20-40 ₼ ödəniş edirsən və bu tarif həftəsonu ikiqat olur.
Yollarda olan vəziyyət
Yollarda maşınlar çoxaldıqca risklər də artır. Mərkəzdən kənar küçələrdə tez-tez açıq kanalizasiya qapağı (daha dəqiq olsaq, “lük”) və çuxurlarla qarşılaşmaq olur. Bunlar təkərləri partlada və təhlükəli qəza şəraiti yarada bilər.
Qaraj icmamıza sən də üzv ol!
“Telegram” kanalına abunə ol, avtomobillə bağlı maraqlı xəbərlərdən, məlumatlardan və sürprizlərdən ilk sənin xəbərin olsun!
Son illərdə Azərbaycanda cərimə tariflərində kəskin artım müşahidə olunur. Buna səbəb nəqliyyat vasitələrin çoxalması və bununla yanaşı, potensial qayda pozacaq sürücülərin artmasıdır. Təbii ki, müşahidə kameralarının və radarların artması da bunda böyük rol oynayır.
2026-cı ildə təqdim olunan təhlükəsizlik kameraları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücüləri çəkib cəriməni birbaşa portala göndərə bilir.
Ümümi vəziyyət
Belə baxsan, maşın sürməyin mənfi və müsbət cəhətləri kifayət qədər çoxdur. Üstəlik, doğru qərardan çox individual yanaşma önəmlidir. Məsələn, gedəcəyin ünvan evə yaxındırsa, nəqliyyat əvəzinə piyada getmək daha məntiqlidir. Və ya son dövrlərdə sayı getdikcə artan skuterlər və velosipedlər də alternativ variant ola bilər.
Nəticə
Maşın sürmək ciddi diqqət və məsuliyyət tələb edir. Ən çox da bu diqqəti ödənişlərə ayırmalısan. Məhz bunu asanlaşdırmaq üçün sənə yaxşı məsləhətimiz də var: m10 Qaraj.
Bir tətbiq vasitəsilə sən cərimələrini izləyir, parkinq ödənişlərini edir, üstəlik, şəhərdə mövcüd olan şarj stansiyalarını görür və məşğul olub-olmadığını yoxlaya bilirsən.
Avtomobilin virtual evi
Maşını Qaraj-a əlavə et, cərimələr, parkinq və EDM-lər bir tətbiqdə əlinin altında olsun.