Kredit götürmək həyatının ən böyük qorxu filminə düşməyə bənzəyir, fərqi yalnız ondadır ki, səni qorxudan şkafındakı bədheybətlər deyil, aylıq ödənişlər olur. Bir anlıq sənə elə gəlir ki, sən bunun öhdəsindən gələ bilərsən: məbləğ uyğun görünür, şərtlər pis deyil və artıq xəyallar qurmağa başlayırsan. Ancaq bir neçə həftədən sonra başa düşürsən ki, bu filmdə sən baş qəhrəman deyil, borc içində olan bir insansan.
Bu qorxu haradan gəlir?Kredit qorxusunun əsasında dayanan gələcəkdə nəyin olacağını bilməməyindir. Bir ay, bir il və ya bir neçə ildən sonra nə olacağını təxmin edə bilməzsən. Maaşını kəssələr nə olacaq? Və ya gözlənilməz xərclərin çıxsa? Bir buraxılan ödənişin xoşagəlməz nəticələrə səbəb ola biləcəyini anladığın an, səndə kreditin əbədi olaraq səni təqib etməsi və həmişə bir addım geridə olduğun hissi artır.
Bundan əlavə, banklar və kredit təşkilatları gecikmə haqqını xatırlatmaq fürsətini qaçırmır. Beləliklə, sən düşünürsən: "Ödənişi edə bilməsəm, ödənişi buraxsam və faizlər yığılmağa başlasa nə olacaq?”
Bu qorxunun öhdəsindən necə gəlmək olar?- "Büdcəni qorxulu film kimi deyil, şahmat oyunu kimi planlaşdır"
Fənərsiz qaranlıq zirzəmiyə girən qorxu filmi personajı olma. Büdcəni əvvəlcədən hesabla.
- "Maliyyə yastığı: səni yıxılmaqdan tam qorumasa da, ancaq zərbəni yumşaldacaq "
Ehtiyat yarat ki, bir şey olarsa, triller qəhrəmanı kimi borc tələsinə düşməyəsən.
- "Kredit marafon deyil, mina tarlasında gəzməkdir"
Ödəyə biləcəyindən çox pul götürmə, yoxsa hər bir addımın mina tarlasında kimi olacaq: borcların partlayacaq.”
- “Ödənişi vaxtında etmədin” adlı trillerin qəhrəmanına çevrilməmək üçün avtomatik ödənişdən istifadə et”
Kredit tarixçənin gözlənilməz sonluqla bitən bir film üçün süjetə çevrilməməsi üçün avtomatik ödənişləri aktivləşdir.
Kredit qorxusuna 8/10 bal vermək olar. Bu qorxunun güclü əsası var, çünki kredit bir öhdəlikdir və ödənişi buraxmaq əslində cərimələr və kredit tarixçəsinin korlanması kimi problemlərə səbəb ola bilər. Bununla belə, düzgün bir yanaşma, planlaşdırma tətbiq etməklə və ehtiyat yaratmaqla bu qorxu əhəmiyyətli dərəcədə azaldıla bilər.