Xərcləyərkən necə qazanmalı: Bazardakı keşbek və bonus təklifləri
Yəqin ki, sən də hər ayın əvvəli bankların keşbek kateqoriyalarına baxanda: “Bu dəfə hansı bankla xərcləyim” — deyə düşünürsən. Bu, fonda passiv yığıma, nəticədə isə gələcək ödənişlərdə qənaətə kömək edir.
Bu məqaləmizdə keşbeklərdən maksimum yararlanmaqda sənə kömək olacağıq.
Keşbekin hansı üstünlükləri var?
Sürpriz gəlir: Xərclədikdən sonra toplanan keşbeklər insan psixologiyasında “windfall (gözlənilməz qazanc)” effekti yaradır. Sanki xərclədiyin məbləğin müəyyən faizini yox, əlavə gəlir qazanırsan.
Rəngarəng seçimlər: Hər ay müxtəlif kateqoriyalar və partnyor təklifləri alış-verişinə daha da rəng qatır.
Asan və sürətli: İstifadəsi rahat, sənə qayıdışı isə sürətlidir. Sadəcə ödəniş edirsən və onlar dərhal balansına daxil olur.
Keşbek kampaniyalarında nələrə diqqət yetirməli?
Keşbek təkliflərindən düzgün istifadə edildiyi halda ayın sonunda ciddi məbləğ yığmaq mümkündür. Odur ki bu kampaniyalardan maksimum fayda əldə etmək üçün aşağıdakı məqamlara diqqət yetirməyin məsləhətdir:
Daim izləmədə ol: Banklar hər ay müxtəlif kateqoriyalarda keşbeklər və bonuslar təklif edir. Ona görə də hər ayın əvvəli istifadə etdiyin bank tətbiqlərini nəzərdən keçirməyi unutma.
Şərtləri diqqətlə oxu: Bəzi kampaniyalarda minimum məbləğ tələbi və ya başqa şərtlər tələb olunur. Şərtləri mütləq diqqətlə nəzərdən keçir.
Əlamətdar günlər: Bayramlarda və hətta ad günündə sənə özəl əlavə təkliflərdən yararlana bilərsən.
Qazandıran ödənişlər
Gəl “Birbank”, ABB, “Leobank”, “Rabitəbank” və m10-un bonus və keşbek təkliflərinə nəzər yetirək.
İstisna halları çıxsaq, alış-verişlərdə qazanılan keşbek faizi əksər hallarda 8-10 %-dək olur. Partnyorlarla əməkdaşlıq vasitəsilə də müəyyən endirimlər təklif edilir. Yuxarıda da qeyd etdiyimiz kimi, bayram və xüsusi günlərdə faiz dərəcələrində dəyişikliklər baş verə bilir. “Black Friday (Qara cümə)”, Yeni il, 8 Mart və digər bayramlarda həm bankların özü, həm də partnyorlar yaxşı kampaniyalar təşkil edir.
Sadaladıqlarımızı kiçik cədvəl halında da hazırlamışıq:
Qurum; Faiz; Partnyor təklifləri; Əlavə qeyd⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
Birbank; 10 %-dək; 15 %-dək; “Bravo”, “BakıKart” kimi ödənişlərdən əlavə, 4 kateqoriya daha seçə bilirsən
m10 (QR və digər ödənişlər); 10 %-dək; 15 %-dək; QR ödənişlər edərkən həm də “Bir Bonus” barkodunu göstərirsən və əlavə bonuslar qazanırsan
Rabitəbank; 10 %-dək; 50 %-dək;
Leobank; 10 %-dək; 20 %-dək; “Leobank”da aylıq kateqoriya seçimi 2-4 arasında dəyişir.
ABB; 8-10 %-dək; 20 %-dək; ABB hər ay müxtəlif keşbek paketləri təklif edir və hər paketdə təxmini 10-12 kateqoriya olur.
Gündəlik xərclər qaçınılmazdır, ona görə də həmin xərclərdən maksimum fayda qazanmaq ən yaxşısıdır. İstər onlayn, istərsə də fiziki mağazalardan daha çox qazanmaq və qənaət etmək istəyirsənsə, məsləhətlərimizə qulaq asmağın mütləqdir.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!