14.04.2025
Kazim
/müəllif

Cərimələrdən necə qurtulmaq olar? Bakı sürücüləri üçün Ultimate Bələdçi

Son aylarda Bakı küçələrində hərəkət edən sürücülər üçün cərimələr artıq gündəlik həyatın bir parçasına çevrilib. Yol hərəkəti qaydalarının pozulması, parklanma problemləri və kameraların artması ilə cərimələrin sayı da sürətlə artır. Bəs bu vəziyyətdən necə çıxmaq olar? Cərimələrdən qurtulmaq və daha rahat sürüş üçün nələr edə bilərik?
Telegram kanalımıza abunə ol və avtomobil haqqında ən son yeniliklərə, fürsətlərə ilk çatanlardan ol!
Niyə Bakı sürücüləri tez-tez cərimələnir?
Bakının sıx nəqliyyatı və tez-tez dəyişən yol nişanları sürücülər üçün ciddi çətinlik yaradır. Bəzən heç fərqinə varmadan dayanma-durma qaydası pozulur, bəzən də yol kamerası ən kiçik səhvi belə qeydə alır. Gələn SMS və ya e-gov bildirişləri isə bu səhvin maddi nəticələrini də xatırladır. Misal üçün, bəzən tıxac zamanı yaranan sıxlıq sürücülərin avtobus zolağına keçməsinə yaxud işıqforun qırmızı rəngində keçməsinə səbəb olur, bu da cərimələnmək deməkdir. Bəzən isə taksi sürücüləri dayanma-durma cəriməsindən yayınmaq üçün üç zolaqlı yolun ortasında dayanıb sərnişin götürür və ya düşürdür. Bu, sıxlıq yaratmaqdan əlavə ciddi qəza şəraiti də yaradır.
Əsas cərimə səbəbləri:

  • Qeyri-qanuni parklanma
  • Qırmızı işıqda keçmə
  • Sürət həddinin aşılması
  • Yol nişanlarına diqqətsizlik
  • Avtobus zolaqlarına girmək
Amma xoş xəbər odur ki, bu cərimələrin qarşısını almaq üçün sadə, lakin effektiv üsullar var. Axı qanunlarla sürmək o qədər də çətinlik olmamalıdır 🙂
Daha az cərimələnmə üçün nələr edə bilərsən?
1. Yol nişanlarına tam diqqət yetir

Bəzi sürücülər yol nişanlarını görməməzlikdən gəlir və ya tələsik qərar verir. Amma nişanlar sadəcə formal deyil – onlar həm təhlükəsizliyi, həm də cibimizi qoruyur. Xüsusilə “dayanmaq qadağandır”, “tək istiqamətli yol”, “sürət limiti” kimi nişanlara qarşı daha diqqətli olmaq lazımdır. Bəzən sürücülər diqqətsizlik səbəbindən cərimə olunurlar, əks istiqamət yol nişanı görünmədiyinə görə o istiqamətdə hərəkət edirlər. Bəzən yol polisi bəzən isə yol müşahidə kameraları sürücüləri bu səbəbdən cəriməliyir. Yol polislərin yeni avtomobillərindəki kamera sayından yəqin xəbərin var.

2. Rəsmi tətbiqlərdən istifadə et

“Yol Hərəkəti Qaydaları”na aid mobil tətbiqlər, “e-gov”, “ASAN Login”, “DYP” və digər rəqəmsal platformalar cərimələri vaxtında görmək və onlardan xəbərdar olmaq üçün əla vasitədir. Beləliklə həm də güzəştli ödəniş imkanı əldə edə bilərsən. Bu tətbiqlər sayəsində, cərimələrin foto və video sübütlarını, balların sayını və yaxud avtomobilin həbsinin olub olmamasından əmin ola bilərsən.

3. Avtomobilinə kamera yerləşdir

Dashboard (video-registrator) kamera yalnız sənin günahsız olduğunu sübut etmək üçün deyil, həm də səni daha diqqətli sürməyin üçündür. Çünki hərəkətlərin qeydə alındıqda, insan daha məsuliyyətli davranır. Bu kamera sənə istər yolda yaranan qəza halları zamanı, istər avtomobilin park edilmiş vəziyyətdə olarkən yaranan qəzanın günahkarını tapmağı asanlaşdırır.

4. Avtobus zolaqlarına girmə

Avtobus zolaqları ən çox cərimə yazılan zonalardandır. Sıxlıq zamanı cazibədar görünə bilər, amma bu, cibinə baha başa gələ bilər. Kamera sistemi bu sahələrdə xüsusilə aktivdir. Həmçinin bəzən taksilər müştərini götürmək üçün avtobus zolağında saxlayır və 20 saniyəlik dayanmış olsa da cərimələni. Avtobus zolağından keçid üçün istifadə edən sürücülər isə ya qəza vəziyyətinə, yaxud yolda yaranan sıxlığa səbəb olurlar. Cərimədən əlavə bəzən ani avtobus zolağına daxil olma ciddi qəzaya səbəb ola bilər və yaxud avtomobil icazə verilən zolağa qayıdarkən avtobusun yolunu kəsib daha çox sıxlığa səbəb ola bilər.

5. Parklanmada alternativ yollar axtar

Qeyri-qanuni parklanma da Bakıda ən çox yazılan cərimə növlərindəndir. Əgər küçədə parklanma mümkün deyilsə, yaxınlıqdakı ödənişli dayanacaqları nəzərə almaq daha ucuz başa gələ bilər. Məsələn səki üzərində avtomobili park edən sürücülər 80 manat 2 bal məbləğində cərimə olunurlar. Alternativ olaraq, bəzən yer altı dayanacaqdan istidadə edib yolunu biraz uzatmağın səni cərimədən qoruya bilər.
Cərimələrdən yayınmaq üçün psixoloji yanaşma
Qaydaları pozmaq bir refleks halına çevrilibsə, bunu dəyişmək üçün öz sürücülük mədəniyyətinə nəzər salmaq lazımdır. Hər dəfə qaydanı pozanda özündən soruş: “Bu addım riskə dəyərmi?” Bəlkə də bu kiçik bir qayda pozuntusu sənə həm pul itkisinə, həm də ehtimal olunan təhlükəyə və qəzaya səbəb ola bilər.
Kimlər üçün bu bələdçi daha faydalıdır?
Əgər sən də aşağıdakılardan birisənsə, bu yazı sənə real fayda verə bilər:

  • Bakı daxilində gündəlik avtomobil idarə edən
  • Taksi sürücüsü və ya ride-hailing platforması ilə işləyən
  • Şəhərətrafı ərazilərdən hər gün gələn sürücü
  • Təcrübəsi az olan yeni sürücülər
Nəticə: Sürücü olmaq sadəcə sükan arxasına keçmək deyil
Sürücülük həm məsuliyyət, həm də diqqət tələb edir. Cərimələrdən tamamilə qurtulmaq mümkündür – yetər ki, qaydalara hörmətlə yanaşasan, texnologiyadan düzgün istifadə edəsən və öz vərdişlərini daim təkmilləşdirəsən.

Unutma: Yaxşı sürücü yalnız sürətli deyil, həm də qaydalara əməl edəndir.
Artıq seçim səndədir – hər ay cərimə mesajları gözləmək, yoxsa sakit və rahat sürücülük həyatı yaşamaq?

Oxşar məqalələr