Valideynlərin təkidi və ya öz istəyinlə 5 il oxuyub sonda işə düzəlirsən, amma digər tərəfdən öz əldə etdiyin bacarıqla 3 ayda müştəri qazana bilirsən. Səbəb isə bazarın tələbləri dəyişib və əsas bacarıqlar bu gün bunlara çevrilib:
- Təhlil və optimizasiya
- Digital alətlərdə rahatlıq və adaptasiya;
- Süni intellekt və “no-code” alətlərdə işləmək;
- Yaradıcı düşüncə və daha çoxu.
Əvvəl ənənəvi model universitet, diplom, iş və təqaüd zənciri ilə irəliləyirdisə, indi hər şey bacarıqla başlayır və təcrübə ilə sürətlənir. Sözümüzün canı odur ki, yaxşı işə və gəlirə sahib olmaq üçün sadəcə universitet təhsili bəs etmir. Özünün müasir bacarıqların olmalı və bunlarda təkmilləşməlisən.
P.S. Bizim məqsədimiz səni təhsildən uzaqlaşdırmaq yox, özünün üzərində işləməyə təşviq etməkdir.