Kripto əvvəllər sanki ayrı bir kainat idi; başa düşülməyən, mürəkkəb, texniki… Amma indi bu dünya hər gün rast gəldiyimiz bir yerə çevrilib. Təsəvvür et, kimsə kripto ilə bağlı danışanda ona cəsur və riskləri sevən biri kimi baxırdıqsa, indi o adam sadəcə gündəlik balans əməliyyatları edən biridir.
Hə, indi ən gözəli isə odur ki, m10 ilə həm “Binance” balansını artıra, həm də balansındakı pulları birbaşa m10 hesabına çıxara bilərsən. Nə vasitəçi var, nə də təhlükə.
Limonu sıxmaq asanlaşdı
Burada kripto dünyasını limonla müqayisə etmək yerinə düşər: həm turşdur, həm də təravətli. Dediyimiz kimi, illər boyu bu limonu sıxmaq, yəni kripto əməliyyatlarını aparmaq üçün min fənd lazım idi… Kart təsdiqlənmədi, məzənnə oynadı, komissiya çox çıxdı və s. m10-un gətirdiyi rahatlıq sayəsində riskli yollara ehtiyac qalmayıb. Bu isə təkcə texnoloji rahatlıq deyil, həm də çevrilişdir.
Yeni pul yox, “digər pul”
Bəli, çevriliş, çünki pul anlayışı artıq cibimizdəki manatlardan daha çoxudur. Elə bir mərhələdəyik ki, ölkəmizdə kriptoya maraq investorlarla yanaşı, adi insanların da gündəlik vərdişinə çevrilir. Nəticədə, kripto real maliyyə ekosisteminin bir parçasına çevrilir.
Nəticə
Sözümüzün canı, kripto artıq trend deyil, dövrün tələbidir. Qaydalar isə dəyişməz olaraq qalır: çox sıxsan dadını bəyənməyəcəksən, az sıxsan dəyəri qalmayacaq. Odur ki dövrlə ayaqlaşmaq üçün araşdırma etmək, investisiya dünyasının balansını tapmaq və m10 işlətmək bəs edir.