Son 2-3 ildə Çin istehsalı olan avtomobillər Avropa və Asiya bazarlarında ciddi maraq doğurub. Belə ki, bir vaxtlar “ucuz alternativ” kimi görünən Çin avtomobilləri bu gün artıq dizayn, texnologiya və komfort baxımından tanınmış brendlərlə eyni masada müzakirə olunur. Bunun əsas səbəbləri isə müasir və futuristik dizayn, zəngin texnoloji təchizat və ən əsası daha əlçatan qiymətlərdir.
Amma bir sual hələ də açıq qalır: Çin avtomobil istehsalçıları necə bu qədər qısa müddətdə bu nöqtəyə gəlib çıxdı?
Dizayn strategiyası: Oyunu dəyişən addım
Çin avtomobil istehsalçılarının ən ağıllı addımlarından biri Avropanın innovativ avtomobil brendlərindən dizaynerləri cəlb etmək oldu. Bu sadəcə kadr dəyişikliyi deyil, həm də bütöv bir baxış bucağının transferi idi.
Məsələn, Hakan Saraçoğlu uzun illər “Porsche”də çalışmış baş dizaynerlərdən biridir. Digər tərəfdən Wolfgang Egger daha əvvəl “Audi”, “Lamborghini” və “Alfa Romeo” kimi nəhənglərin dizayn prosesinə rəhbərlik edib və hazırda BYD-də çalışır. Bu adlar Çin avtomobillərinin niyə tanış və “Avropa dadında” göründüyünü izah edir.
İndi isə söhbəti konkret nümunələrə gətirək. Aşağıda illərdir, yollarda gördüyümüz, dizaynı və adı ilə yadda qalan Avropa avtomobilləri ilə son illərdə diqqət çəkən Çin istehsalı alternativlərini yanaşı göstərmişik. Məqsəd kiminsə “kopyaladığı”nı demək yox, bazarda nələrin dəyişdiyini daha aydın görməkdir.
Premium SUV seqmentində lüks interyer, yüksək performans və tanınmış status ilə seçilir. O, rahatlıq və idarəetməni ön planda tutan klassik alman SUV nümunəsidir; Eyni ölçüdə plagin hibrid SUV olaraq dizayn olunub və zəngin texnoloji paket ilə gəlir. Bu avtomobil premium SUV təcrübəsini daha əlçatan qiymət və modern texnologiya ilə təklif edir.
523 at gücü və 750 Nm fırlanma anı; 449 at gücü və 620 Nm firlanma anı
4.7 saniyədə 0-100 sürətlənmə; 5.3 saniyədə 0-100 sürətlənmə
7 yerlidir; 6 yerlidir
Qiyməti 389 127 AZN təşkil edir; Qiyməti 144 500 AZN təşkil edir
Bu avtomobillər geniş interyeri, yüksək texnologiyalı rahatlığı və güclü mühərrik imkanları ilə tanınır. Hər iki model həm şəhər, həm də uzun məsafə üçün ideal sürüş təcrübəsi təqdim edir.
Yüksəkperformanslı elektrik idman avtomobilidir və sürücüyə dinamik idarəetmə ilə premium elektrik təcrübəsi verir. Dizaynı və sürət xüsusiyyətləri onu elektrik sinfində referans modelə çevirir.; Texnologiya cəhətdən zəngin elektrik sedan kimi diqqət çəkir və ağıllı sistemlərlə dolu interyer təklif edir. Bu avtomobil performans və komfortu münasib qiymətlə birləşdirərək bazarda güclü rəqabət yaradır.
523 at gücü və 640 Nm firlanma anı; 673 at gücü və 838 Nm firlanma anı
3.4 saniyədə 0-100 sürətlənmə; 2.8 saniyədə 0-100 sürətlənmə
5 yerlidir; 5 yerlidir
Qiyməti 264 350 AZN təşkil edir; Qiyməti 71 000 AZN təşkil edir
“Taycan” sürüşü ilə adrenalin verəndə “Xiaomi SU7” də rahatlığından geri qalmır. Hər ikisi həm şəhərdə, həm də magistral yolda asanlıqla “özünü göstərmək” üçün hazırdır. Belə avtomobillər sürücüyə həm stil, həm də adrenalin hissi verir.
Yolsuzluq performansı, möhkəm quruluşu və etibarlılığı ilə uzun illər boyu səfər və sərt şərait üçün seçilən klassik SUV modeldir. Onun imkanları çətin yollarda da rahat və sabit nəqliyyat təcrübəsi təmin edir.; Geniş SUV dizaynı və güclü mühərriki ilə sərt yolsuzluq şəraitində də yüksək performans göstərir. Bu model Çin markalarının ən çətin şəraitlərdə belə güclü və etibarlı alternativlərdən biri olduğunu sübut edir.
415 at gücü və 650 Nm firlanma anı; 402 at gücü və 750 Nm fırlanma anı
6.8 saniyədə 0-100 sürətlənmə; 6.9 saniyədə 0-100 sürətlənmə
7 yerlidir; 7 yerlidir
Qiyməti 198 220 AZN təşkil edir; Qiyməti 84 999 AZN təşkil edir
Güclü mühərrikləri və möhkəm şassi sayəsində çətin yollarda asanlıqla hərəkət edə bilirlər. Geniş interyeri sürücü və sərnişin üçün rahatlıq təmin edir. Üstəlik, həm ailə səfərləri, həm də işgüzar səfərlər üçün əlverişli seçimdir.
Ultralüks SUV seqmentində eksklüziv komfort, əl işçiliyi və prestij ilə tanınır. O ən yüksək səviyyədə materialları ilə səssiz, rahat sürüş təcrübəsi təqdim edir.; Çin istehsalı olan qabaqcıl hibrid SUV modeldir. Bu model premium SUV seqmentində yüksək səviyyəli funksionallığı daha əlçatan paketlə birləşdirir.
563 at gücü və 850 Nm fırlanma anı; 1381 at gücü və 1410 Nm fırlanma anı
4.9 saniyədə 0-100 sürətlənmə; 3.1 saniyədə 0-100 sürətlənmə
4 yerlidir; 6 yerlidir
Qiymeti 803 000 AZN təşkil edir; Qiyməti 189 777 AZN təşkil edir
“Rolls-Royce Cullinan” daxilində masaj oturacaqları və yüksəksəviyyəli materiallarla tam təchiz olunub. “Zeekr 9X” isə bütün bu lüksü təxminən 5 dəfə daha ucuz qiymətə təqdim edir. Hər ikisi həm şəhərdə, həm də yolsuzluqda güclü mühərrikləri ilə asanlıqla hərəkət edir.
Bu maşınlar sadəcə sürmək hox, həm də arxada əyləşib masaj oturacaqlarından zövq almaq, şampan içmək və real VIP təcrübəsini birbaşa yaşamaq üçün nəzərdə tutulub.
Premium sedan, komfort, prestij və texnologiyanın zirvəsini təmsil edir. O, sakit sürüş, lüks interyer və yüksək səviyyəli təhlükəsizlik sistemi ilə seçilir.; Çin istehsalı olan lüks sedan olaraq “S-Class”a bənzər komfort və geniş interyer təqdim edir. Bu avtomobil premium texnologiya və dizaynı daha əlçatan qiymətlərlə birləşdirir.
429 at gücü və 560 Nm firlanma anı; 321 at gücü və 445 Nm fırlanma anı
4.7 saniyədə 0-100 sürətlənmə; 6.4 saniyədə 0-100 sürətlənmə
5 yerlidir; 5 yerlidir
Qiyməti 330 000 AZN təşkil edir; Qiyməti 168 000 AZN təşkil edir
“S-Class” içəridə ekranlar, masaj oturacaqları və premium detallar ilə doludur. H9 isə eyni hissi bir az daha “büdcəyə uyğun” verir. Hər ikisi rahat sürüş və prestij hissi ilə sürücünü və sərnişini razı salır.
Avtomobilin virtual evi
Maşını Qaraj-a əlavə et, cərimələr, parkinq və EDM-lər bir tətbiqdə əlinin altında olsun.