Lotereya, oyunçuların nömrə kombinasiyalı bilet alıb, təsadüfi şəkildə qalib çıxdıqları bir azart oyunudur. Biletlərdəki nömrələr çəkiliş tərəfindən təsadüfi olaraq verilmiş diapazondan seçilir və iştirakçılar yekun nəticələri gözləyirlər. Qalib, biletdəki nömrə kombinasiyalarında təsadüfi seçilmiş nömrələrə ən çox uyğun gələn və ya yaxından uyğun gələn şəxs olur. Beləliklə, bu məqalədə söhbət lotereyadan gedəcək. Məqaləni axıra qədər oxusanız, dəyərli məlumat da tapacaqsınız :)
Lotereyanın oynanma prinsipi
Lotereya, sözün klassik mənasında, verilmiş nömrələr toplusundan nömrələrin təsadüfi seçilməsinə əsaslanaraq qalibi müəyyənləşdirən azart oyununun bir növüdür. Burada oyunçular, üzərində nömrə kombinasiyası olan biletləri almaqla lotereya tirajının iştirakçısına çevrilirlər və müəyyən müddət ərzində yekun nəticələri gözləyərək, qalib olub-olmadıqlarını aydınlaşdırırlar. Qalib, tiraj zamanı təsadüfi seçilmiş nömrələrlə (ən çox) uyğun gələn nömrələri və ya onların kombinasiyalarını təsadüfi yolla əldə edən oyunçu olur.
Lotereyanın əsas elementləri
Hal-hazırda lotereya tirajları üçün müxtəlif dəyişikliklər və qaydalar mövcuddur. Lakin dəyişikliklərə baxmayaraq, lotereyaların keçirilməsi və mükafatlandırılması prinsipi demək olar ki, dəyişməz olaraq qalır.
Lotereyanın "klassik" versiyasında iştirakçılar adətən nömrələr və ya kombinasiyaları əks etdirən biletlər alırlar. Biletin qiyməti və nömrə strukturu şərtlərdən asılı olaraq dəyişir.
Qaliblər adətən çəkilişlə müəyyən edilir. Çəkilişin özü isə müxtəlif üsullardan, məsələn püşkatma, təsadüfi ədəd generatoru və ya s. kimi metodlardan istifadə etməklə həyata keçirilə bilər.
Yeri gəlmişkən, bəzi lotereyalar gəlirin bir hissəsini xeyriyyə məqsədləri və ya sosial proqramlara bağışlayırlar.
Mükafatlar və cekpotlar
Ən "maraqlı" hissə olan mükafatlara gəlincə isə, onlar kiçik pullardan tutmuş böyük cekpotlara qədər dəyişə bilər. Uyğun düşən nömrələrin və ya birləşmələrin sayından asılı olaraq adətən bir neçə mükafat səviyyəsi mövcud olur. Yəni burada anlamaq lazımdır ki, mahiyyətli uduşlar üçün rəqəmləri mütləq düzgün təxmin etmək/tutuzdurmaq lazım deyil, kombinasiyaların maksimal dərəcədə uyğunlaşması da kifayət edir. Sadə dildə desək, prinsip belədir: nə qədər dəqiq "tutuzdurma" olarsa, uduşların miqdarı da o qədər çox olacaq. Yox əgər ümumiyyətlə bütün nömrələr üst-üstə düşərsə, o zaman “cekpot”u vurmuş olursan, və ya belə desək, lotereyanın mütləq qalibinə çevrilirsən.
Lotereya Dünya xalqlarının mədəniyyətində
Lotereyalar uzun müddətdir müxtəlif ölkələrdə iştirakçılara böyük pul mükafatları qazanmaq, onların həyatlarını dəyişmək şansı verib və bu xalqların mədəniyyətinin bir hissəsi olub. Dünyanın müxtəlif yerlərində milyonlarla insanın diqqətini çəkən, həyəcan və bəxt ümidi yaradan lotereyalar mövcuddur.
Həmçinin dünya miqyasında məşhur lotereyalar da var. Bura xüsusilə böyük cekpotları və maraqlı tirajları sayəsində dünyada populyarlıq qazanmış məşhur Powerball (ABŞ) və EuroMillions (Avropa İttifaqı) lotereyalaı daxildir.
Dünya lotereyaları
1. Powerball (ABŞ). Dünyanın ən məşhur lotereyalarından biri olan Powerball, iştirakçılara milyardlarla dollar udmaq şansı verir. Bu Amerika lotereyası beş əsas nömrə və əlavə bir Powerball tirajından ibarətdir. Yeri gəlmişkən, bu lotreyanın $1,6 milyard dollarlıq dəyərindəki heyrətamiz cekpotunu 2016-cı ildə Mywinge Zito adlı vətəndaş qazanmışdı. Bu uduş ümumiyyətlə lotereya tarixindəki ən böyük uduşlardan biri kimi tarixə keçib.
2. EuroMillions (Avropa İttifaqı). EuroMillions bir neçə Avropa ölkəsini maraqlı lotereya oyununda bir araya gətirir. Bu lotereya sisteminə beş əsas nömrə və iki əlavə “ulduz” seçimi daxildir. EuroMillions həmçinin çoxmilyonluq cekpotları və müntəzəm tirajları ilə tanınır. Məsələn, 2012-ci ildə britaniyalı Gill Prizerley bu lotereyada 148 milyon funt-sterlinqlik cekpot qazanmışdı.
m10Şans lotereyası
Bəli, biz də sözügedən mövzudan uzaq durmamaq qərarına gəldik və bu yaxınlarda öz lotereyamıza start verdik. Beləliklə, m10 tətbiqində QR kod ilə alış-veriş funksiyasından istifadə edən istifadəçilər indi nəinki keşbek ilə qənaət edəcəklər, həm də maraqlı «m10 Şans» lotereyasında iştirak etmək imkanından yaralanacaqlar.
15 noyabr 2023-cü il tarixindən başlayaraq 10 yanvar 2024-cü il tarixinə qədər tətbiqfə 5 ₼ və daha çox məbləğdə QR ödənişi edən hər şəxs avtomatik olaraq lotereyanın iştirakçısı olacaq.
Bu lotereyanın unikallığı ondan ibarətdir ki, m10 tətbiqində QR vasitəsilə hər 5 ₼ və daha çox ödəniş üçün iştirakçılar qazanc şansı əldə edirlər. Yəni, QR ödənişləri nə qədər çox olarsa, inanılmaz hədiyyələrin sahibi olmaq şansı da bir o qədər də çox olar.
İndi isə mükafatlar haqqında. Əsas mükafat artıq yeni sahibini gözləyən VolksWagen ID.4 avtomobilidir. Bundan əlavə, lotereyada iPhone 15 (128 GB), Apple Watch SE 2 44 mm, Airpods 3, Samsung S22 (128 GB) kimi digər gözəl hədiyyələr, həmçinin m10 elektron pul kisəsi üçün 500 ₼ və 100 ₼ məbləğində pul uduşları təqdim olunur.
Qeyd etmək vacibdir ki, hər bir lotereya iştirakçısı yalnız bir dəfə qalib gələ bilər. m10 Şans Lotereyasının nəticələri 25 yanvar 2024-cü il tarixində canlı olaraq elan olunacaq və m10-un rəsmi sosial səhifələrində yerləşdiriləcək. Yeri gəlmişkən, PashaPay-dən m10 tətbiqi nağd puldan istifadə etmədən həyatı mümkün qədər rahat etməklə QR vasitəsilə ödəniş üçün 10 000-dən çox ödəniş nöqtələri təqdim edir. Beləliklə, m10 Şansda iştirak et və imkanlar dünyasını kəşf et!