Marketpleys – müxtəlif satıcıların bir platforma üzərindən məhsul təqdim etdiyi onlayn bazardır. Burada geyim, ərzaq, ev əşyaları, texnika – ağlına gələ biləcək hər şey var. Bu sistem artıq Azərbaycanda da çox populyardır və insanlar gündəlik alış-verişini evdən çıxmadan həyata keçirə bilir.
Əsas üstünlükləri:
- Eyni yerdə müxtəlif kateqoriyalarda məhsullar
- Müqayisə imkanı və daha sərfəli qiymətlər
- Geniş seçim
- Sürətli çatdırılma