10.09.2025
Farid
/müəllif

Mikrokredit: Gündəlik çıxış yolu, yoxsa yanlış qərar?

Bəzən həyat bizi qəfil xərclərlə üz-üzə qoyur; telefon sıradan çıxır, uşaqlara nəsə lazım olur, ya da maaşa hələ bir neçə gün qalıb. Bu zaman ağlagələn ilk çıxış yollarından biri də mikrokredit olur. Mikrokredit, doğrudan da, ağıllı, yoxsa riskli addımdır?
Mikrokredit nədir?
Mikrokredit adətən kiçik məbləğli və qısa müddət üçün verilən kreditlərə deyilir. Cazibəsi isə aşağıdakılardan ibarətdir:
  • Bank üçün tonla sənəd toplamağa ehtiyac yoxdur.
  • Hətta onlayn müraciətlə belə bir neçə dəqiqə ərzində əldə edə bilirsən.
  • Təcili pul lazım olduğu anda rahatlıq gətirir.
Gündəlik ehtiyaclar üçün kredit almaq
Mikrokredit gündəlik ehtiyacları qarşılamaq üçün “ilk yardım” rolunu oynaya bilər. Məsələn:
  • maaşa bir neçə gün qalmış bəzi xərcləri qarşılamaq;
  • təcili tibbi xərci ödəmək;
  • uşaqların məktəb ləvazimatlarını almaq və s.
Bu hallarda mikrokredit insanı çıxılmaz vəziyyətdən qurtarır və vaxtında ödənildikdə heç bir problem yaratmır. Mikrokrediti hər dəfə gündəlik xərcləri bağlamaq üçün istifadə etmək isə maliyyə balansını poza bilər. Çünki xərclər davamlı, kredit əlavə faiz deməkdir. Ona görə də bunu davamlı vərdişə çevirmək olmaz.
Üstəlik, eyni mikrokredit fərqli yanaşma ilə həyatını da dəyişə bilər:
  • Bir tələbə 500 AZN mikrokreditlə özünə yatırım edir, bacarıqlarını artırır və sonradan gəlirli bir iş tapır.
  • Evdə şirniyyat bişirən xanım 400 AZN mikrokreditlə məhsullarını onlayn satmağa başlayır, müştəri bazası yaradır və gələcəkdə özünə kafe açır.
Bu cür nümunələrdən hələ çox çəkmək olar. Sözümüzün canı ondadır ki, kredit yalnız bu günü yox, həm də gələcəyi gücləndirmək üçün alınanda doğru qərara çevrilir.
Mikrokredit nə vaxt faydalıdır?
Nəticə
Mikrokredit gündəlik maliyyə ehtiyaclarında köməkçi olsa da, ağılla idarə edilmədiyi zaman xilas yolundan çox, əlavə yükə çevrilir. Ən doğrusu onu həm indiki çətinliyi həll etmək, həm də gələcəyi gücləndirmək üçün istifadə etməkdir.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!

Oxşar məqalələr