Bir tərəfdən kirayə verirsən, digər tərəfdən isə ipoteka götürüb öz evinə sahib olmaq istəyirsən. Bəs real nümunələrə baxsaq, hansı daha sərfəlidir: kirayə, yoxsa ipoteka?
Kirayənin müsbət və mənfiləri
Kirayədə yaşamaq bir növ “azadlıq” deməkdir. İstədiyin vaxt evi dəyişirsən, uzunmüddətli öhdəliyin yoxdur, təmir və sənədlər də ev sahibinin problemidir. Bu rahatlığın bir də görünməyən tərəfi də var ki, gəl kiçik hesabla buna baxaq:
5 ilin sonunda nə ev sənindir, nə də gələcəyin üçün yığılan bir aktiv var. Üstəlik, bu illər ərzində kirayə qiyməti də arta bilər. Bir sözlə, bu pul sadəcə “yaşadım və getdi” xərci olur.
İpotekanın müsbət və mənfiləri
İpoteka adətən çoxlarına “20-30 illik borc” kimi gəlir, amma bunu da kiçik bir hesabla həll edə bilərik:
Kiçik ipoteka hesabı (Təxmini məbləğ)*
Mənzil və ya evin dəyəri; 120 000 ₼
İlkin ödəniş (20 %); 24 000 ₼
İpoteka müddəti; 20 il
Təxmini aylıq ödəniş; 1 125 ₼
*Nəzərə al ki, hər bankın və ya digər qurumun ipoteka şərtləri fərqli ola bilər.
İlkin ödənişi nəzərə almasaq, ipoteka kirayə ilə oxşardır, yəni hər ay mənzilə pul ödəyirsən. Amma müddətin sonunda ev sənin adına keçir, aktiv yaranır və əmlakının dəyəri artır. Başqa sözlə, pul yoxa çıxmır, mülkə çevrilir.
Müqayisə
Faktor; Kirayədə; İpotekada
Sahiblik; Yoxdur; Var (Kredit bitdikdən sonra)
Qiymət artımından qazanc; Yoxdur; Var
Öhdəlik müddəti; Dəyişkən; Uzunmüddətli
Gələcəyə təsiri; Yoxdur; Çoxdur
İpoteka uzun müddət eyni ölkədə və ya şəhərdə qalmağı planlaşdıranlar, sabit gəliri olanlar və təbii ki, gələcəyini düşünən hər kəs üçündür. Təbii ki, ipotekanın rəsmi tərəfi də var və müraciət edərkən bunu nəzərə almaq lazımdır. Məsələn:
Azərbaycan vətəndaşlığı;
Sabit rəsmi gəlir və bunun sübutu;
Gecikmiş kredit borcunun olmaması və s.
Şərtlərlə tanış olmaq üçün İpoteka və Kredit Zəmanət Fondu, eləcə də banklar və aidiyyəti qurumlarla maraqlana bilərsən.
Digər ölkələrdə vəziyyət
ABŞ, Avropa və hətta qonşu Türkiyədə ipoteka artıq normal həyat standartı sayılır. Orada insanlar gənc yaşdan ipoteka götürür, ödəniş planını gəlirlərinə uyğunlaşdırır və nəticədə, ev sahibinə çevrilirlər.
Nəticə
Hər iki öhdəliyin müsbət və mənfi tərəfləri şəxsə görə dəyişə bilir. Əgər bu şəhərdə qalacaq və gələcəyini burada quracaqsansa, ipotekanı nəzərə al. “Hələ tezdir, bilmək olmaz” deyirsənsə, kirayə mənzil tap, amma kənarda yığım etməyi də unutma.
Evin ödənişlərini m10 ilə idarə et!
Evə köçdün, bəs onun kommunalı, interneti, telefonu?! m10 yüklə, bütün ödənişlərini bir tətbiqdən idarə et.