pulları ram edir!
Pullar
Faydalı bilgilər
Mini məqalələr
Şəxsi təcrübə
09.12.2025
Farid
/müəllif

Yeni il neçəyə başa gələcək: Bayram bələdçisi

Deyirlər, təzə ilə necə girsən, elə də davam edəcək. Odur ki yeni ildə cibində pul olsun istəyirsənsə, bayramı dəyərli və yığcam büdcə ilə qeyd etməlisən. Bəs bu büdcə təxmini nə qədərdir?

Bələdçimiz sənə Yeni il ərəfəsinin potensial xərclərini əvvəlcədən görməyə və plan qurmağa kömək edəcək.
Hədiyyələr
Yeni il deyəndə ağlımıza birinci hədiyyələr gəlirsə, elə onlardan da başlayaq. Amma unutma ki, əsas olan hədiyyənin fiziki qiyməti yox, mənəvi dəyəridir.

Hədiyyə tövsiyələrimiz və onların ortalama qiymətləri belədir:
Bayram süfrəsi
Hədiyyələşdik, sevindik, güldük, ağladıq… İndi yeyib-içmək vaxtıdır. Burada da iki faktoru nəzərə alacağıq: evdə və restoranda qeyd etmək.
*Cədvəl 4 nəfərlik ailəni nəzərə alaraq hesablanıb və ortalama qiymətləri əks etdirir.
Ev üçün bayram alış-verişi edərkən “hər şeydən bir az” modelini seçmək daha sərfəlidir. Bayramqabağı cüzi endirimlərdən və marketlərdə m10 ilə ödəniş edib bonuslardan yararlanmağı da məsləhət görürük.
Restoranlarda qiymətlər, təbii ki, bayrama görə bahalaşır və bəzi məkanlarda hər nəfər üçün depozit tələb olunur. Qiymətlər isə məkana və proqrama uyğun olaraq dəyişir. Odur ki ətraflı məlumatı istədiyin məkandan alsan, daha dəqiq olar.
Əyləncə
Yeni il konsertləri, tamaşalar və digər əyləncə növləri də bayramı ikiqat maraqlı edir. Uşaqlar üçün konsert proqramları 10-25 AZN arasında, böyüklər üçün tədbirlər isə 40-60 AZN arasında dəyişir.
Yeni ildə səyahət
“Yeni ili evdə yox, xaricdə və ya rayonda keçirmək istəyirəm” — deyirsənsə, təbii ki, daha çox büdcəyə ehtiyac var. Məsələn, bayram ərəfəsində 4 günlük Tiflis (Gürcüstan) səyahəti üçün bilet təxmini 400 AZN, xərclər isə 500-600 AZN tutacaq.
Sözümüzün canı
Yeni ili gözəl keçirmək üçün nəhəng büdcə şərt deyil. Əsas odur ki, planlı ol, kampaniyalardan yararlan və nəyi niyə aldığını bil.

Və son olaraq: Pul gəldi-gedər, xatirələr isə əbədidir.
Yeni il sürprizləri Limon qazanında!
“Telegram” kanalımıza abunə ol, Yeni il ilə bağlı maraqlı məqalələrdən, testlərdən və müsabiqələrdən ilk sən xəbər tut!

Oxşar məqalələr