Nigerian 419 — internet fırıldağından doğulan təhlükəsizlik sənayesi
1990-cı illərin sonunda dünyada qəribə məktublar dolaşmağa başladı. Guya Nigeriya şahzadəsi sizə milyonlarla dollar miras qoymuşdu — sadəcə onu bank hesabınıza köçürmək üçün “kiçik komissiya” ödəməli idiniz. Bu məktublar gülməli görünürdü, amma minlərlə insan aldanırdı.Elə burada tarix dəyişdi.
Fırıldaq necə işlədi?
Model sadə idi: İnsanı emosiyaya salmaq → böyük vəd vermək → “kiçik ödəniş” istəmək. Bu sxem o qədər çox yayıldı ki, “419” (Nigeriya cinayət kodeksinin maddəsi) adı ilə dünyaya düşdü.
Gözlənilməz nəticə: anti-frodun doğulması
Banklar və internet şirkətləri bu kütləvi fırıldaqla necə mübarizə aparacağını bilmirdi. İlk dəfə olaraq xüsusi komandalara, alqoritmlərə, davranış analitikasına ehtiyac yarandı. Beləliklə, bugün istifadə etdiyimiz bir çox sistem — şübhəli tranzaksiyaları bloklayan, qəribə davranışı müəyyən edən, ödənişləri yoxlayan sistemlər — məhz 419 fırıldaqları ilə mübarizədən doğdu.
Nəyi başa saldı?
419 göstərdi ki, texnologiya nə qədər inkişaf etsə də, fırıldaqçıların psixoloji üsulları daha sürətli inkişaf edir. Və maliyyə dünyasında bir qayda var: İnsanı aldatmaq hər zaman sistemdən daha asandır. Bu hekayə — rəqəmsal təhlükəsizliyin başlanğıc nöqtələrindən biridir.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!