07.03.2025
Kazim
/müəllif

Novruz Vaybı: Uşaqlığımızın Novruz Mahnıları

Novruz – sadəcə bir bayram deyil, həm də uşaqlığımızın ən gözəl xatirələri, baharın gəlişinin sevinc dolu anlarıdır. Hər il martın yaxınlaşması ilə birlikdə bu bayramın özünəməxsus ab-havası evlərimizə dolur. Küçələrdə Novruz tonqallarının qoxusu, süfrələrdə şəkərbura və paxlavanın şirinliyi, qulaqlarımızda isə uşaqlıqdan əzbər bildiyimiz Novruz mahnıları!

Gəl bir az keçmişə qayıdaq – uşaqlığımızın Novruz mahnıları hansı idi? Hansı nəğmələr baharın gəlişini müjdələyirdi?
Baharın Gəlişi – Uşaqlığımızın Sədaları
Novruzun gəlişini hiss etdiyimiz ilk anlardan biri televiziya və radiolarda olan qədim Novruz mahnıları idi. Uşaqlıqda məktəbdə, məhəllədə və ya ailə içində hamımızın sevə-sevə oxuduğu və dinlədiyi mahnılar bu bayramın ən əsas hissəsi idi.

Novruzun ən tanınan mahnılarından biri hamımızın dilində olan “Novruz Gəlir, Yaz Gəlir” mahnısıdır:

"Novruz gəlir, yaz gəlir,
Bir əlində saz..."

Bu mahnı təkcə baharın yox, həm də xalqın sevincini, qışın çətin günlərindən sonra xoşbəxtliyini ifadə edirdi. Kəndlərdə, şəhərlərdə hər kəs bu mahnıları oxuyurdu və bayram abu-havası hər yerə yayılırdı. Bu mahnını eşidib əhvalı açılmayan kimsə var?
Novruzun qədim kökləri və bu bayramın mahnıları da dədə-babalarımızdan bizə miras qalıb. Ənənəvi xalq nəğmələri Novruzun mahiyyətini, baharın ruhunu yaşadır.

Məmmədbağır Bağırzadənin “Süfrələrə şam düzün” mahnısı Novruz bayramı ilə birlikdə gündəmimizə daxil olan və bayram boyu dilimizdən düşməyən mahhnıdır. Gənc nəsil çox xatırlamasa da ətrafımızdakı böyüklərdən bu mahnının necə sevildiyini öyrənə bilərik:

Şəkərbura, paxlava
Bəzək verir xonçaya!
Baharın nemətidir, elə obaya…

Bu mahnılar sadəcə musiqi deyil, həm də yaddaşımızın dərinliklərində yaşayan duyğulardır. Onları eşidəndə bir anda uşaqlığımızın şən və qayğısız bayram anlarına qayıdırıq.
Novruz mahnıları hər zaman yaşayır!
Baxmayaraq ki, zaman dəyişir, yeni mahnılar yaranır, amma Novruz mahnıları unudulmur. Hər il bayram yaxınlaşanda televiziyalarda, radiolarda, evlərdə, məktəblərdə yenə də o tanış nəğmələr səslənir. Hələ də nənələrimiz, analarımız bu mahnıları oxuyur, uşaqlar isə sevinc içində onlara qoşulurlar. Ənənəyə uyğun olaraq bayram süfrəsi ətrafında televizorda hər zaman bayrama uyğun proqram və musiqilər nümayiş olunur.

Əgər sən də bu Novruz bayramında uşaqlıq hisslərini yenidən yaşamaq istəyirsənsə, playlistinə bu mahnıları əlavə et və ailən, dostlarınla birlikdə dinlə! Çünki Novruzun ruhu, onun bayram sevinci bu nəğmələrin hər sətirində, hər melodiyasında yaşayır.

Sənə də baharın ən gözəl notları ilə dolu bir Novruz arzulayırıq! 🌿✨
Sənin ən çox sevdiyin Novruz mahnısı hansıdır? Şərhlərdə paylaş! 🎶🔥

Oxşar məqalələr