Kiber dələduzlar məşhur mağazaların, bankların, ödəmə xidmətlərinin və s. dizaynını təqlid edən
saxta saytlar yaradır. Müxtəlif yollardan istifadə edərək şəxsi məlumatlarını həmin saytlarda paylaşmağa vadar edirlər. Bundan qorunmaq üçün aşağıdakı məqamlara diqqət yetir:
- Linkin düzgünlüyünü yoxla: Fırıldaqçılar belə saytları adətən tanınmış markaların adlarında kiçik hərf dəyişikliyi edərək yaradır. (məsələn, kapitalbank.az əvəzinə kapitanbank.az).
- Dizayna diqqət yetir: Fişinq saytları orijinal saytlara bənzər görünsə də, loqo keyfiyyəti və ya mətnlərdəki qrammatik səhvlərdən məsələni başa düşmək mümkündür.
- Ən ucuz təkliflərə aldanma: Həddindən artıq ucuz qiymətlər təhlükə əlaməti ola bilər. Gördüyün qiymətlərin gerçəkliyini başqa mənbədən yoxla.
- Emosional təsirlərə müqavimət göstər: Fırıldaqçılar səni təcili qərar qəbul etməyə məcbur etmək üçün psixoloji təzyiq metodlarından istifadə edirlər. "Təklif bitmək üzrədir!" kimi ifadələr səni impulsiv addımlar atmağa vadar edə bilər.