10.07.2025
Aynar
/müəllif

Bakının tıxaclarından qurtulmağın sirləri: Bilinməyən parkinq yerləri, maraqlı pit-stoplar

Bakıda avtomobil sürmək bir növ strategiya oyunudur. Hərəkət vaxtını düzgün seçmək, tıxacdan yayınmaq, parkinq tapmaq və düzgün naviqasiya tətbiqindən istifadəsiz, nəhəng tıxac qarşısında məğlub tərəf olmaq qaçınılmazdır.
Naviqasiyadan istifadə
Təcrübəli Bakı sürücüləri bilir ki, tıxaclardan yayınmağın ən güclü silahı yolu yaxşı tanımaqdır. Amma sükan arxasına yeni əyləşənlər və ya Bakıya yeni gələnlər üçün ən yaxşı kömək sözsüz ki, naviqasiya tətbiqləridir.
Yaxşı bəs hansı tətbiqdən istifadə etməlisən?
Düşünülənin əksinə şəhərimizdə, Yandex Maps, Waze-dən daha populyardır və bunun səbəbi də var.

Bir çox hallarda Waze-in alqoritmi daha çox istifadə edilən yolu daha səmərəli hesab edir. Bu da öz növbəsində bəzi yolları uzatmasına və sürücülərin gərginliyinə səbəb olur.

Əvvəllər Waze birmənalı olaraq daha qısa yolu prioritet göstərirdi. Məsələ burasındadır ki, bəzi hallarda ən qısa yol dar, dağılmış, ümumilikdə əlverişsiz yol ola bilir.

Buna görə də yeni alqoritm, ən təhlükəsiz yolu seçir və ən çox istifadə edilən yolları, doğru seçim kimi göstərir. Bu da öz növbəsində, tələsən sürücülər üçün problem yaradır.

Yandex Maps bu mövzuda daha bacarıqlıdır. Günün pik saatlarında ən qısa yolları əsas götürüb, tıxac olmayan vaxtlarda daha geniş və rahat yolları göstərir.

Amma Waze-in radar, qəza və digər yol hadisələri ilə bağlı aktiv məlumat verən istifadəçi bazası onu hələ də vacib seçim kimi saxlayır.

Google Maps isə bu seçimlər arasında hələki ən zəifidir. Tıxac vaxtını müəyyən etməkdə ciddi çətinlik çəkir.

Amma nəzərə al ki, Bakı yollarında tez-tez dəyişiklik olur. Yollar bağlanır, təmir işləri görülür. Ona görə bir tətbiqə etibar etmək olmaz. Ən azı ikisi telefonunda olsun.
Telegram kanalımıza abunə olaraq avtomobilin üçün fürsətlər, yeniliklər və xəbərlər birbaşa telefonuna gəlsin!
Alternativ yollar
Bakıda avtomobil sayı o qədər çoxdur ki, alternativ yollar da öz əhəmiyyətini itirir. Amma pik saatlarda, hələ də Babəkdən, Heydər Əliyev prospektinə keçid üçün Keşləyə baş tutmaq olur.

Tbilisi prospekti dayananda Cəlil Məmmədquluzadə küçəsi ilə Yasamal arasındaki paralel küçələrdən keçmək olur.

Amma hərdən elə olur ki, heç alternativ yollar da köməyə çatmır. Belə anlarda isə pit-stop etmək lazımdır.
Pit-Stop tövsiyələri
Əgər tıxaca düşmüsənsə və gözləmək məcburiyyətindəsənsə, niyə bu vaxtı maraqlı bir pit-stop üçün istifadə etməyəsən?

  • Coffeemania (N.Nərimanov) – Pik saatlarda şəhər daxilində tıxacdasansa, avtomobilini bir kənarda saxlayıb burada qəhvə içə bilərsən. İstəsən açıq havada, istəsən içəridə əyləş. Servis olduqca sürətlidir.
  • Bakı Kitab Mərkəzi (Mərkəz) – Əgər biraz intellektual “pit-stop” istəyirsənsə, bu kafe həm istirahət, həm də yeni nələrsə öyrənmək üçün idealdır.
  • “Riviera” (Bayıl) – Xüsusilə axşam saatlarında, Bulvar ətrafıdan şəhərə giriş olduqca çətin olur. Tıxacın başlanğıc nöqtəsində yerləşən bu məkan, gözəl mənzərəsi və geniş çeşidləri ilə vaxtını daha maraqlı keçirməyə imkan yaradacaq.
Saat seçimi: Nə zaman yola çıxmalı?
  • 07:30-10:0017:30-20:00 – Bakının "qırmızı zonaları" demək olar ki, hər yerdə tıxacdır.
  • Ən rahat saatlar: 10:30-15:30axşam 21:00-dan sonra.
Bakıda tıxaclardan tam qurtulmaq çətin olsa da, ağıllı yanaşma ilə bu problemi minimuma endirmək mümkündür. Naviqasiyadan istifadə, biraz çeviklik və maraqlı pit-stoplarla həm vaxtına, həm əsəblərinə qənaət edə bilərsən. Unutma, ağıllı sürücü yalnız sükan arxasında deyil, yolu seçərkən də fərq yaradır.
Telegram kanalımıza abunə ol və avtomobil haqqında ən son yeniliklərə, fürsətlərə ilk çatanlardan ol!

Oxşar məqalələr