12.09.2025
Farid
/müəllif

Kiçik ehtiyaclar, böyük qərarlar: Hansını seçməli?

Bəzən 200-300 manat lazımdır deyə bankdan minlərlə manatlıq kredit götürən insanlara rast gəlirik. Halbuki belə kiçik məbləğlər üçün böyük borcun altına girməyə dəyməz. Çünki həm faiz yükün artır, həm də uzunmüddətli ödəniş öhdəliyi gündəlik büdcəni sıxır. Bunun üçün əvvəlki məqaləmizdə də söz açdığımız sadə bir çıxış yolu var: mikrokreditlər.
Niyə böyük kredit götürmək risklidir?
Tutaq ki, telefonun xarab olub və təmir üçün 250 AZN lazımdır. Gedirsən banka, amma orada da minimum 2 000 AZN-lik kredit təklif edirlər. Bir neçə ay sonra isə başa düşürsən ki, sadəcə 250 AZN üçün yüzlərlə manat faiz ödəyirsən.

Yəni böyük kredit götürmək bir az risklidir, çünki:
  • Ehtiyacın kiçikdir.
  • Faizlər və komissiyalar xərci süni şəkildə şişirdir.
  • Aylıq ödəniş öhdəliyi uzun müddət davam edir. Nəticədə bir neçə yüz manat üçün aylarla borc ödəmək məcburiyyətində qalırsan.
Kredit tarixçəni yaxşılaşdırmaq şansı
Mikrokreditlər sadəcə minimal xərcləri qarşılamaq üçün deyil, həm də gələcək maliyyə həyatını yaxşılaşdırmaq üçün fürsətdir. Onu vaxtında ödədikcə sənin kredit tarixçən müsbətə doğru dəyişir. Bu isə sonradan daha iri kreditlər götürəndə üstünlük qazandırır.

Bu səbəbdən BOKT-lar (bank olmayan kredit təşkilatları) mikrokreditlərdə daha çevik yanaşma göstərirlər. Kredit tarixçən zəifdirsə belə, onlar riskləri qiymətləndirib sənə dəstək ola bilirlər.
İki yoldan birini necə seçməli?
Əgər problemini həll etmək üçün kiçik, yoxsa böyük kredit arasında qərar verə bilmirsənsə, özünə bu sualları ver və düşün:

  • Mənim ehtiyacım doğrudan da böyükdür, yoxsa balaca məbləğ kifayətdir?
  • Götürəcəyim kreditin ödənişlərini hər ay rahatlıqla qarşılayacağam, ya büdcəmi sıxacaq?
  • Bu pul mənim üçün sadəcə bu günü xilas edəcək, yoxsa gələcəyim üçün də fayda yaradacaq?
  • Kiçik məbləğ götürməklə artıq faiz və uzun öhdəliklərdən qurtula bilərəmmi?
Nəticə
Mikrokredit həm lazımi məbləği verir, həm də vaxtında ödənildikdə kredit tarixçəni yaxşılaşdırır. Odur ki ehtiyacın kiçikdirsə, böyük borcun altına girməyə gərək yoxdur.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!

Oxşar məqalələr