25.04.2025
Kazım
/müəllif

Avtomobilin üçün ağıllı tətbiqlər: Telefon avtomobilin yeni idarəetmə panelidir

Avtomobil sənayesi texnologiyası sürətlə dəyişir və artıq sükan arxasında təkcə sürücü deyil, həm də smartfonlarımız var. Bu gün bir çox sürücü üçün telefon sadəcə zəng və naviqasiya vasitəsi deyil – o, avtomobilin tam hüquqlu bir idarəetmə panelinə çevrilib. Bəzi avtomobillər artıq smartfon vasitəsilə işə salına, idarə oluna hətta parklana bilir. Avtomobil üçün lazım olan xidmətlər də tam rəqəmsallaşmağa doğru gedir. Mobil Notariat və s. kimi tətbiqlər artıq notariata getmədən bir neçə dəqiqə ərzində sürücülük və həmçinin alqı-satqı etibarnaməsini verməyə kömək edir.
Telegram kanalımıza abunə ol və avtomobil haqqında ən son yeniliklərə, fürsətlərə ilk çatanlardan ol!
Tək toxunuşla hər şey
Yeni nəsil avtomobil tətbiqləri sənin telefonunu avtomobilin bir hissəsinə çevirir. Avtomobilin qapılarını açmaq, mühərriki işə salmaq, kondisioneri əvvəlcədən aktivləşdirmək – bunların hamısını bir neçə toxunuşa etmək olur. Bəzi tətbiqlər avtomobilin harada olduğunu göstərir, yol qəzası zamanı yardım çağırır, hətta park edilmiş yeri belə yadda saxlayır.
Real vaxt məlumatları
Bu tətbiqlər sayəsində sən artıq avtomobilinin vəziyyətindən xəbərdar ola bilərsən: yanacaq səviyyəsi, akkumulyatorun vəziyyəti, texniki nasazlıqlar və s. Bəzi sistemlər isə avtomatik texniki xidmət vaxtını sənə xatırladır və servis mərkəzi ilə birbaşa əlaqə yaradır. Avtomobilin texniki baxış müdətti olsun yaxud hansısa ehtiyyat hissəsinin dəyişmə vaxtı, telefonunla bu kimi mühüm məsələləri izləyib və xəbərdar ola bilərsən.
Sürmə təcrübəsinin fərdiləşdirilməsi
Tətbiqlər sayəsində avtomobilin oturacaq mövqeyindən tutmuş musiqi siyahısına qədər hər şey fərdi seçimlərinə uyğunlaşdırılır. Bir çox tətbiq təhlükəsizlik sistemlərini, kamera görüntülərini və sürət limitlərini birbaşa telefonda göstərir. Hətta sürüş tərzini, qeyri stabil manevrləri təyinat nöqtəsinə çatdıqda görə biləcəksən.
m10 ilə nəqliyyatda rahat ödəniş
Ağıllı avtomobil tətbiqləri təkcə idarəetmə ilə məhdudlaşmır,  m10 kimi ödəniş sistemləri vasitəsilə sən yanacaqdoldurma məntəqələrində, yol kənarındakı kafelərdə, parklama sahələrində və avtomobil yuyulma məntəqələrində rahat ödəniş edə bilərsən. Kart çıxarmağa, terminal axtarmağa ehtiyac yoxdur – telefon kifayətdir. Üstəlik cərimə, parklanma kimi ödənişləri də belə tətbiqlərlə edə bilərsən.
Nəticə
Telefon artıq sənin avtomobil təcrübənin bir hissəsidir. Avtomobil tətbiqləri ilə rahatlıq, təhlükəsizlik və fərdi idarəetmə sənin cibindədir. Sür, idarə et, ödə – hamısı bir toxunuşla!
Telegram kanalımıza abunə olaraq avtomobilin üçün fürsətlər, yeniliklər və xəbərlər birbaşa telefonuna gəlsin!

Oxşar məqalələr