Maaş artımı istəmək təkcə pul məsələsi deyil – bu, sənin iş yerinə qatdığın dəyərin tanınması və öz dəyərinin haqqını istəmək deməkdir. Bir çox insan bu söhbəti açmaq üçün xeyli narahatlıqlar keçirir, amma düzgün hazırlaşaraq bu məsələni əminliklə həll etmək mümkündür.
İlk addım öz dəyərini başa düşməkdir. Bazarda oxşar vəzifələr üçün maaşlarla öz maaşını müqayisə et. Bu, tələbini əsaslandırmaq üçün möhkəm zəmin yaradacaq. Əgər vəzifənin bazarı dəyəri mövcud maaşından yuxarıdırsa, söhbətə 1-0 irəlidə başladığından əmin ola bilərsən!
Zamanlama da çox önəmlidir. Maaş artımı istəmək üçün ən yaxşı an böyük bir uğur əldə etdikdən sonra və ya planlaşdırılmış performans icmalı (performance review) zamanı olur. Naliyyətlərini, şirkətə necə müsbət təsir etdiyini göstərən bir siyahı hazırla. Söhbət zamanı bunları qeyd etməyi unutmamaq üçün bir neçə dəfə məşq et.
Söhbət zamanı sakitliyini qorumağı və qarşındakının fikirlərinə hörmətlə yanaşmağı unutma. Özünü başqaları ilə müqayisə etməkdən və mövzunu şəxsi səviyyəyə gətirməkdən çəkin. Bunun əvəzinə, istəyini həm özün, həm də şirkət üçün irəliyə doğru atılmış bir addım kimi təqdim et.
Əgər mənfi geridönüş alsan, bunu qətiyyən şəxsi qəbul etmə. Mütləq şəkildə menecerindən performansın ilə bağlı rəy al və gələcək məqsədlər üçün addımlar müəyyənləşdir.