pulları ram edir!
Pullar
Faydalı bilgilər
Mini məqalələr
Şəxsi təcrübə
14.12.2025
Kazım
/müəllif

İlon Maskın pərdəarxasında qalan tərəfləri

İlon Mask deyəndə hamının ağlına raketlər, elektromobillər, süni intellekt, bir sözlə — futuristik layihələr gəlir. Sən demə, onun daha az bilinən tərəfi də var imiş… Pərdəarxasında düşünən, sistemləri yenidən quran strateq Mask.

Mask üçün əsas məsələ təkcə məhsul yaratmaq deyil, həm də qeyri-standart üsullar vasitəsilə gözlənilməyən nəticələr əldə etməkdir.
Risklərdən qorxmur
Maskı boz kütlədən fərqləndirən başqa bir cəhəti risklərlə açıq şəkildə barışmasıdır. O uduzmaqdan qorxmur, əksinə, riskləri prosesin bir hissəsi kimi görür. "SpaceX"in ard-arda uğursuzluqla nəticələnən layihələri və ya "Tesla"nın çətin keçən dövrləri buna nümunə ola bilər. Mask üçün önəmli olan səhvlərdən qaçmaq yox, onlardan dərs çıxarmaqdır. Məhz bu düşüncə tərzi onu ənənəvi biznes liderlərindən kəskin şəkildə fərqləndirir.
Səssiz təsir
İlon Maskın az danışılan tərəflərindən biri onun detallara həddindən artıq fokuslanmasıdır. “SpaceX”də mühəndislərlə birbaşa işləməsi, “Tesla”da dizayn və texniki qərarlara şəxsən müdaxilə etməsi bunun açıq nümunəsidir. O, idarəçidən çox, problemin içinə girən bir liderdir.

Bu yanaşma riskli olsa da, effektivdir, çünki Mask üçün sürət mükəmməllikdən daha önəmlidir.
Populyarlıqdan kənar qərarlar
Mask populyar olmayan, başqa sözlə desək, radikal qərarlar verməkdən çəkinmir. Qısamüddətli tənqidlərə baxmayaraq öz dünyagörüşünə sadiq qalır. Bu da onu klassik rəhbərlərdən fərqləndirir.

Bəzən bu qərarlar səhv kimi görünsə də, sonda əldə edilən nəticə hamıda təəccüb doğurur.
İlon Mask fenomeni
İlon Maskı fərqləndirən cəhət reputasiya yox, nəticəyə fokuslanan düşüncəsidir. Mask üçün vacib olan “Bu işləyəcək?” sualını cavablandırmaqdır, “Hamı bunu bəyənəcək?” yox.

Sadaladığımız bütün xüsusiyyətlər İlon Maskı statuslu və tarixə düşəcək bir fenomenə çevirməyə bəs edir.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!

Oxşar məqalələr