pulları ram edir!
Pullar
Faydalı bilgilər
Mini məqalələr
Şəxsi təcrübə
09.12.2026
Azad
/müəllif

Kriptoda yeni başlayanların ən böyük səhvləri

Kriptovalyuta dünyası son illərdə hamının diqqət mərkəzindədir. Yəqin ki, sən də dostlarından, sosial mediadan, ya da xəbərlərdən “Bitkoin uçdu”, “hansısa valyuta 100 qat bahalaşdı” kimi ifadələri eşidib həvəslənmisən. Amma bu bazara kor-koranə girməyin qazanc əldə etmək əvəzinə, olan-qalan kapitalını da itirməyinə səbəb ola bilər.

Bəs yeni başlayanlar hansı səhvləri edir? Nələrə diqqət etmək lazımdır? Gəl bunlara birlikdə baxaq və pulunu qorumaq üçün nələrə diqqət etməli olduğunu danışaq.
1. Araşdırma etməmək (DYOR prinsipi)
Yeni başlayanların ən böyük səhvi araşdırma etmədən sadəcə kiminsə məsləhəti ilə koin almaqdır. Halbuki kripto dünyasında “DYOR (Do Your Own Research — Öz Araşdırmanı Et)” prinsipi qızıl qaydadır. Layihənin arxasında kimlər var, texnologiyası nədir, necə işləyir və hansı problemi həll edir? Bunları bilmədən etdiyin yatırım qumardan fərqsizdir…
2. FOMO hissinə qapılmaq (Fürsəti qaçırmaq qorxusu)
Qiymətlər sürətlə qalxanda “Bəlkə, gözləsəm, gec olacaq?” düşünüb tələsik alışlar edirsənsə, təəssüf ki, “FOMO (Fear Of Missing Out) qurbanı olmusan. Təcrübəsiz treyderlər adətən qiymət zirvədə olanda alır, bazar düzəliş edəndə isə panikaya düşüb zərərlə satırlar. Unutma, bazar həmişə yeni fürsətlər təqdim edir. Odur ki tələsməyə ehtiyac yoxdur.
3. Bütün yumurtaları bir səbətə yığmaq
Bütün kapitalını tək kriptovalyutaya yatırmaq çox risklidir. Məsələn, həmin koin dəyər itirsə, portfelin ciddi zərər görə bilər. Riskli aktivləri daha stabil koinlərlə (Bitkoin, Ethereum) balanslaşdırmağın və diversifikasiya etməyin vacibdir.
4. Təhlükəsizliyi gözardı etmək
Kriptovalyutalarını qorumaq sənin şəxsi məsuliyyətindir. Şifrlərini etibarsız yerdə saxlamaq, ikifaktorlu təsdiqləməni (2FA) aktivləşdirməmək və ya şübhəli linklərə keçid etmək kimi addımlar hakerlərin işini asanlaşdırır. Kripto dünyasında “Açarın səndə deyilsə, koin də sənin deyil” prinsipi keçərlidir.

Qısası, depozit və pul çıxarışı kimi məsələlərdə güvənli platformalarla işləmək lazımdır. Hazırda m10 təhlükəsiz deyə biləcəyimiz yeganə üsuldur.
5. Strategiyasız ticarət və emosiyalar
Plansız ticarətə başlamaq səhrada xəritəsiz gəzən tacirə oxşayır. Hansı qiymətə alacaqsan? Zərər hansı həddə çatdıqda satacaqsan? Qazanc hədəfin nədir? Bu suallara cavabın yoxdursa, bazarın nəhəng dalğaları səni idarə edəcək. Emosional qərarlar əvəzinə, soyuqqanlı strategiya qurmalısan.
Sözümüzün canı
Kripto ticarəti varlanmaq üçün qısa yol deyil. Əksinə, bilik, səbir və araşdırma tələb edən prosesdir. Səhvlərdən dərs çıxarmaq yaxşıdır, amma başqalarının səhvlərindən öyrənmək isə daha ucuz başa gəlir. 
Yerli KriptoBro köməyinə gəldi!


İndi m10 ilə həm Binance balansını artıra, həm də balansındakı pulları birbaşa m10-a çıxara bilərsən. Nə vasitəçi var, nə də təhlükə. 

Oxşar məqalələr