Azərbaycanda son illərdə ən çox bahalaşan məişət texnikası – Niyə bu qədər bahalaşır?
İllərdir, məişət texnikası bazarında ciddi bahalaşma tendensiyası davam edir. Xüsusilə, 2025-ci ildə bu artım əvvəlkindən daha açıq şəkildə görünür. Qiymətlərin yüksəlməsi yalnız logistika və istehsal xərcinin artması ilə bağlı deyil, alıcıların dəyişən tələbləri və texnologiyanın tez-tez yenilənməsi də prosesə təsir edir. Bu məqalədə isə son 6 ay ərzində ən sürətlə bahalaşan 10 məhsul haqqında məlumat əldə edəcəksən.
Soyuducular: +23–28 %
Soyuducular 2025-in açıq şəkildə ən çox bahalaşan kateqoriyasıdır.
Bahalaşmanın səbəbləri:
İnverter kompressorların maya dəyərinin 20 %-ə qədər artması
Avropa istehsalçılarının enerji standartlarını yeniləməsi
Daşınma və gömrük xərclərinin artması
Yeni tikilən evlərin sayına görə tələbin yüksəlməsi
“NoFrost” modellərdə bahalaşma daha da çox hiss olunur.
NİYƏ BAHALAŞIR?
Paltaryuyan maşınlar: +18–25 %
Smart funksiyaları olan və qurutma ilə bərabər gələn modellər maya dəyərini artırır. Bundan savayı, çip və elektron panel xərclərinin artması, enerji standartları və quraşdırma əlavələrinin bahalaşması da artıma səbəb olur.
Qabyuyan maşınlar: +20–27 %
Ölkəmizdə son iki il ərzində qabyuyan maşın satışları rekord səviyyəyə çatıb. Ölkə xaricindən idxal olunan modellərin qiymət artımı və daşınma xərcləri bahalaşmanın əsas səbəbləridir. Və həmçinin, tələbin kəskin artması və elektronika komponentlərinin bahalaşması qiymətləri daha da yüksəldib.
Tozsoranlar: +15–22 %
Xüsusilə, robot tozsoranlara 2025-də maraq və tələbat artıb. İstənilən yerdən telefonla idarə oluna biləcək olması insanları ikiqat cəlb edir. Batareya istehsalının, eləcə də sensor və kamera sistemlərinin maya dəyəri artıb. Premium seqmentin genişlənməsi və ümumi tələbin yüksəlməsi də qiymət artımına səbəb olan faktorlar arasındadır. Köhnə standart modellərdə isə artıma nisbətən daha az rast gəlmək olur.
Kondisionerlər: +17–26 %
Bu ilin yay ayında da həmişə olduğu kimi kondisionerlər rekord qiymət artımı göstərib. Mis və alüminium materiallarının baha olması və yeni enerji səmərəliliyi tələbləri istehsal xərclərini yüksəldib. Bundan əlavə, daşınma xərcləri və gözləniləndən çox tələbat qiymətləri daha da artırıb.
Elektrik sobaları: +12–18 %
Sensor panel texnologiyası və yüksək enerji səmərəliliyi standartları elektrik sobalarının qiymətlərində də artıma səbəb olub. Quraşdırılmış məhsulların daşınma xərcləri də bahalaşmanı gücləndirən amillərdəndir. Modern evlərdə qaz plitələrinin azalması elektrik sobalara marağı xeyli çoxaldıb.
Mətbəx kombaynları və blenderlər: +14–19 %
Premium motorlu və multifunksional kombaynlar bahalaşıb. Funksiyaların çoxalması və brend seqmentinin dəyişməsi qiymət artımına təsir edib. Həmçinin elektron komponentlərin maya dəyəri də məhsulların son qiymətini yüksəldib. Bunlara səbəb insanların mətbəxdə vaxta qənaət edib elektronikaya üstünlük verməsidir.
Televizorlar: +10–16 %
Son illərdə televizorda telekanallardan çox “YouTube” və “Netflix” kimi platformalara üstünlük verilir. Bu səbəbdən, demək olar ki, hamının evində müvafiq platformaları dəstəkləyən ağıllı televizorlar mövcuddur. Bahalaşmaya səbəb isə OLED və QLED panellərin maya dəyərinin artmasıdır və bu əsas da 55–65 düymlük modellərdə hiss olunur. Smart sistemlərin mürəkkəbləşməsi və böyük ekranlara olan tələbat bahalaşmanı artırıb.
Su qızdırıcıları: +15–20 %
Elektrik su qızdırıcılarının qiymət artımının səbəbi metal və elektron hissələrin bahalaşmasıdır. Qlobal xammal bazarındakı artımlar məhsulun son qiymətinə birbaşa təsir edib.
Quraşdırılmış modellərə tələbin yüksəlməsi də bahalaşmanı sürətləndirib. Buna səbəb həmçinin köhnə qızdırıcıların son illərdə kütləvi zəhərlənmələrə gətirib çıxarmasıdır.
Mikrodalğalı sobalar: +9–14 %
Elektron idarəetmə panelləri və transformator xərclərinin artması səbəbindən mikrodalğalı sobaların qiyməti yüksəlib. Qiymət artımına təsir edən amillərdən biri də quraşdırılmış və funksional modellərə marağın yüksəlməsidir.
Nəticə
Gördüyün kimi, hər il olduğu kimi yenə məişət texnikası getdikcə bahalaşır. Çıxarmalı olduğumuz dərs isə belədir: bazarın vəziyyətini başa düş və alış-verişini düzgün planla. Məsələn, kondisioner alacaqsansa, onu yay mövsümü gəlmədən əldə et, ya da digər məişət texnikalarını ilin əvvəli al ki, il boyunca baş verəcək artımlar büdcənə təsir etməsin.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!