09.09.2025
Farid
/müəllif

Loyallıq proqramlarının psixologiyası: Niyə bonus toplamağı sevirik?

Ödənişlərimizdən bonus qazanmaq indi hamımız üçün adi haldır. m10 ilə QR ödəniş etmək, üstəlik, 3 %-dək Bir Bonus qazanmaq alış-verişin özündən də çox sevinc gətirir. Əslində isə bu təkcə cibimizə qayıdan pul deyil, çünki mənəvi olaraq da ruhumuz bu bonuslarla qidalanır.
Bonus sevgisinin bəzi səbəbləri:
  • Mükafat effekti: Hər dəfə balansımıza bonus düşəndə beynimiz bizə “afərin” siqnallarını ötürür.
  • İtirmə qorxusu: Bonus imkanı var, amma bundan yararlanmasan, sanki pul itirəcəkmiş kimi hiss edirsən. Ona görə də bonus gətirən ödənişlər daha cazibədar gəlir.
  • “Ağıllı xərcləyən” imici: Bonus yığmaq bizə təkcə qənaət və mükafat hissi yox, özündənrazılığı da gətirir. Başqa sözlə, “həm pul xərclədim, həm də qazandım” hissini yaşayırıq.
Bonusların gündəlik büdcəyə təsiri
Bonus proqramlarının təsiri yalnız emosional deyil, həm də realdır. Rutin xərclərdə: ərzaq, yanacaq, aptek, kommunal xidmətlər və digərlərində bonus toplama ilin sonunda ciddi fərq yarada bilər. Məsələn, ayda 500 AZN ödəniş üçün 3 %-dək bonus qayıtsa, bu, ayda 15, ildə isə 180 AZN deməkdir. Bu rəqəmin yalnız gündəlik xərclərdən gəldiyini nəzərə alsaq, endirimlə birləşdikdə qənaət daha da böyük olur.

Üstəlik, bonusları m10 tətbiqinin daxilində “Bir Bonus” kabinetində izləmə imkanı ilə hansı kateqoriyada daha çox alış-veriş etdiyini görmək və büdcəni daha rahat idarə etmək də mümkündür.
Əsas məsələ!
m10 ilə ödə, 3 %-dək “Bir Bonus” qazan və bonus balansını birbaşa tətbiqdən izlə.
Bonus tələsi: Lazımsız alış-verişlər
Bonus proqramlarının cazibəsi bəzən insanları lazımsız alışa sövq edə bilir. “Onsuz da bonus qazanıram” düşüncəsi ilə səbətə dayanmadan məhsullar əlavə etmək büdcəyə əlavə yük gətirməkdən başqa bir şey deyil. Həmçinin bəzən bonuslu məhsul alternativ məhsuldan daha bahalı ola bilir. Buna görə də əsas qaydanı heç vaxt yaddan çıxarmaq olmaz: Əvvəl ehtiyac, sonra bonus!
Nəticə
Bonus və loyallıq proqramları müştərinin psixologiyasına, üstəlik, büdcəsinə təsir edən mexanizmdir. Onlar alış-veriş xərclərini daha xoş və balanslı göstərir, “uğur” hissi yaradır, həm də düzgün istifadə olunanda real qənaət imkanı verir.

Əsas məsələ isə QR ilə ödəniş stikerini gördüyün anda m10 tətbiqini açıb alış-verişi tamamlamaqdır. Beləcə, 3 %-dək “Bir Bonus” səni gözləyir.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!

Oxşar məqalələr