2008-ci ildə internetdə cəmi 9 səhifəlik bir sənəd yayımlandı. Müəllifi Satoşi Nakamotonun isə nə şəkli, nə bioqrafiyası, nə də haqqında hansısa məlumat var idi… Bu anonim müəllifin sənədi isə yeni bir ödəniş sistemini — Bitcoin-i izah edirdi. Tarix də elə buradan başlayır.
Satoşi nə etdi ki?
O, sadə, amma radikal bir fikir irəli sürürdü. İnsanlar banklara ehtiyac olmadan tamam yeni bir valyuta ilə bir-birlərinə birbaşa pul göndərə bilərdi. Rəsmi qurum yox, icazə yox, yalnız riyaziyyat və kod ilə. Elə buna əsaslanaraq 2009-cu ildə ilk Bitcoin yaradıldı. Bir neçə il sonra Satoşi səssizcə yoxa çıxdı; elektron poçtlar dayandı, mesajlar kəsildi. O gündən sonra onu görən olmadı.
Kimdir axı bu Satoşi?
Satoşi kimdir? Bir nəfər, qruplaşma, sadəcə bir ləqəb, yoxsa dövlətin özü? Bu gün onun hesablarında milyonlarla Bitcoin olduğu düşünülür, amma o pullara heç vaxt toxunulmayıb. Satoşi bununla göstərdi ki, güclü ideya üçün ad-sana ehtiyac yoxdur. Bəzən sistemi dəyişən şəxslər yox, onların radikal, amma eyni zamanda praktik fikirləridir.
İnternet aləmində isə daima yeni nəzəriyyələr ortaya atılır. Bəziləri Satoşinin texnologiya dahisi və kripto pioneri olduğunu iddia edir, bəziləri isə onun dövlətə bağlı və ya maliyyə institutlarından gələn bir qrup olduğunu düşünür.
Kimliyinə dair fərziyyələrə baxsaq, müxtəlif dövrlərdə Satoşinin Hal Finney, Nick Szabo və Dorian Nakamoto kimi adları peyda olub. Elə məqaləmizin üz qabığındakı şəxs də Dorian Nakamotodur, amma onun, doğrudan da, Satoşi olduğu heç vaxt sübuta varmayıb. Kim olursa olsun, onun yaratdığı sistem maliyyə dünyasında inqilab yaratdı və mərkəzsiz ödəniş anlayışını reallığa çevirdi.
Sözümüzün canı
Ən maraqlısı isə odur ki, dünyanın ən dəyərli texnologiyalarından birini yaradan insan balansında təxminən 110 000 bitkoin ilə hələ də anonimdir. Bu isə bizə göstərir ki, ideya özü şəxsiyyətdən daha güclüdür. Bu gün isə belə radikal ideyaların təqibi və maliyyə texnologiyalarına tətbiqi daha əlçatandır. Məsələn, “Binance” hesabına m10 vasitəsilə mədaxil və məxaric edib özünə Bitcoin-lər ala bilərsən.