Bakı kəndlərinin qızıl dövrü: Torpaq qiymətləri niyə artır?
Son aylarda Bakının kənar qəsəbələrində: Mərdəkan, Bilgəh, Şüvəlan və Nardaran kimi yerlərdə torpaq və ev qiymətləri sürətlə artır. Hətta bəzi ünvanlarda son 2 il ərzində 3-4 dəfə artıma rast gəlmək olar. Belə olduqda isə sual yaranır ki, bu fürsətdən istifadə edib yatırım etmək ağıllı seçimdir?
Qiymətlər niyə qalxır?
Şəhər mərkəzində mənzillərin bahalaşması və yolda olan sıxlıq insanları kənara yönəldib.
Yeni yollar və “Sea Breeze” kimi layihələr insanları cəlb edir.
Hətta payız-qış mövsümündə belə qəsəbə evlərinə maraq azalmayıb, əksinə, bir çox şirkətlər uzaqdan iş rejiminə keçid etdiyi üçün hər gün yol ölçməyə ehtiyac yoxdur.
Doğrudan da, almağa dəyər?
Əgər bunu uzunmüddətli yatırım kimi düşünsək, bəli. Mərdəkan və Bilgəh artıq “mini-Bakı”ya çevrilir. Torpağa icarə ilə başlayanlar belə illik 20-25 %gəlir əldə edir. Ən çox qazananlar isə potensialı əvvəldən görənlərdir. Belə ki, 2022-də 40 000 AZN-ə torpaq alanlar indi 120 000 AZN-ə sata bilir. Bundan savayı, insanlar “Sea Breeze” kimi yerlərdə ipotekaya mənzil alıb yay aylarında kirayə verib illik ödənişdən ən az 50-60 % qazanmış olur.
Gəlir fürsəti: Qazanc üçün yollar
Torpağa sərmayə qoymaq üçün 3 yol var:
Al və saxla: Bu yolla qiymət artımını gözləyib 2-3 il sonra torpağı satırsan.
Tik və icarəyə ver: Xüsusilə, yay mövsümündə bir villadan 10 000-15 000 AZN gəlir əldə etmək mümkündür.
Tik və sat: Torpaq al, minimal vəsait xərclə və sonda sat.
Nəticə
Görünür, Mərdəkan, Bilgəh, Şüvəlan torpaqları artıq təkcə dincəlməyə yox, həm də investisiya etməyə “qızıl ərazi” sayılır. Bəlkə, bu dəfə sən də istirahət əvəzinə pul qazanmaq üçün həmin torpaqlara baş çəkərsən.