pulları ram edir!
Pullar
Faydalı bilgilər
Mini məqalələr
Şəxsi təcrübə
11.03.2026
Kazım
/müəllif

Viza olmadan hansı ölkələri gəzə bilərsən?

Səyahəti rahat və sərfəli edən cəhətlərdən biri də vizasız giriş imkanıdır. Əks halda, həm vaxt itirirsən, həm də viza prosesinə əlavə pul verirsən. Əsasən, qısa və spontan səfərlər üçün vizasız ölkələr ideal seçimdir. Bu gün bir çox ölkə Azərbaycan vətəndaşları üçün vizasız giriş imkanı və ya qapıda viza rejimi təqdim edir. Bu da öz növbəsində dünyanın fərqli ölkələrini və onların mədəniyyətlərini, təbiətini, mətbəxini və daha çoxunu kəşf etməyə imkan yaradır.

Məqalədə həmin ölkələri regionlara görə ayırıb hər birinin öz üstünlüklərini qeyd etmişik. Bizcə, bu fürsətləri Novruz və ya yay tətilində rahatlıqla dəyərləndirə bilərsən.
Avropa və yaxın regionlar
Avropa deyəndə hamı Şengen vizasından çəkinsə də, bəzi ölkələr var ki, ora səyahət etmək üçün sadəcə pasporta ehtiyacın var. Belə ki, Azərbaycan vətəndaşları üçün Serbiya, Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Kosovo, Moldova və Ukrayna kimi ölkələr vizasız səfər üçün idealdır. Bu istiqamətlər yaxındır, sərfəlidir, üstəlik, mədəniyyəti, coğrafiyası və havası ilə qısa istirahət üçün çox uyğundurlar.
Asiya və digər tropik istiqamətlər
Asiya ərazisi vizasız və ya sadələşdirilmiş giriş imkanı təqdim edən çoxsaylı ölkələrə malikdir. Məsələn, Malayziya, Maldiv adaları, İndoneziya və Şri-Lanka. Əgər daha tropik iqlimləri, məsələn, okeanı və yaşıllığı sevirsənsə, Seyşel adaları və Dominika kimi ölkələr də yaxşı seçimdir. 

Mövsüm baxımından bu istiqamətləri payız və qış aylarında dəyərləndirməyini məsləhət görürük. Azərbaycanda hava soyuduğu dövrdə bu ölkələrdə günəşli və isti hava davam edir. Başqa sözlə, Bakının küləyindən qaçmaq üçün yaxşı istiqamətlərdir.
Yaxın Şərq ölkələri
Vizasız səyahət üçün Yaxın Şərq ölkələrindən Türkiyə və Qətəri də dəyərləndirə bilərsən. Bu ölkələr tarixi məkanları, fərqli mədəniyyəti və dadlı mətbəxi ilə, mütləq ki, maraqlı səyahət vəd edirlər. Afrika istiqamətində isə Mərakeş daha ekzotik təcrübə axtaranlar üçün ideal alternativ sayılır.
Sən bu məqaləni oxuyarkən qaydalar dəyişmiş ola bilər.
Odur ki səyahəti planlamadan əvvəl rəsmi mənbələr vasitəsilə araşdırma etməyini də məsləhət görürük.
Nəticə
Vizasız və sadələşdirilmiş rejimli ölkələr səyahəti daha əlçatan və rahat edir. Doğru istiqamət seçimi ilə həm sənədləşmə stresindən uzaq ola, həm də dünyanın fərqli bölgələrini daha asan kəşf edə bilərsən.
Səyahətə Birmarket ilə hazırlaş!
Səyahət üçün lazım olan hər şeyi Birmarket-dən al və dünyanı rahat kəşf et.

Oxşar məqalələr