pulları ram edir!
Pullar
Faydalı bilgilər
Mini məqalələr
Şəxsi təcrübə
16.02.2026
Farid
/müəllif

Şirkətlər niyə işçiləri ofisə geri çağırır?

Pandemiya dövründə sürətlə normaya çevrilən anlayışlardan biri də “remote”, yəni uzaqdan işləmək oldu. Ev, isti çay, rahatlıq… Bu bir çoxlarımız üçün iş həyatının ideal formasıdır.

Lakin indi vəziyyət dəyişir. Bəzi şirkətlər artıq əməkdaşlarını yenidən ofisə qaytarır. Səbəb isə performansın aşağı düşməsidir. Bəs problem, doğrudan da, uzaq işləməkdədir, yoxsa onun idarəolunmasında?
Şirkətlərin əsas arqumentləri
Rəhbərlərin əməkdaşları yenidən ofisdə görmək istəməyini bir neçə başlıqda cəmləmək olar:
  • Performansın ölçülməsi: Uzaqdan iş rejimində performansın ölçülməsi nəticəyə əsaslanır. Bir çox şirkət isə hələ buna hazır deyil. Nəticədə, problem idarədə olsa da, məsuliyyət modelin üzərinə atılır.
  • Komanda əlaqələri: Spontan müzakirələr, sürətli qərarlar və birbaşa ünsiyyət… Uzaqdan işləyən mühitdə bunlar ya gecikir, ya da ümumiyyətlə baş vermir. Xüsusilə, yeni işə başlayanlar üçün adaptasiya prosesi uzanır.
  • İş və ev anlayışlarının fərqi: İşçilər evdən işləyəndə fasilə anlayışları itir, iş saatı bitmir və fokus avtomatik olaraq azalır. Bu da uzunmüddətli perspektivdə tükənmişlik yaradır və performansa təsir edir.
İşçilərin əsas arqumentləri
İşçilər isə şirkətlərdən və ya rəhbərlərdən fərqli olaraq aşağıdakı səbəbləri irəli sürürlər:
  • Vaxta qənaət: Ofisə gedən 1-2 saatlıq yol avtomatik geri qayıdır. Bu vaxt da işə və ya şəxsi həyata sərf olunur.
  • Daha az stres: Tıxac, gecikmə, ofisin səs-küyü “remote” iş rejimində yoxdur. Bu da işçilərin daha sakit və fokuslu işləməsinə kömək edir.
  • Nəticəyə fokuslanmaq: Evdən işləyənlər daha çox nəticə vermək üçün çalışır.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!
Bəs indi kim haqlıdır?
Yəqin sən də düşünürsən ki, əgər iş görülürsə və nəticə ortadadırsa, haradan işləmək nə dərəcədə önəmlidir?

Məsələ, əslində, “remote” və ya ofis formatında deyil. Əsas problem çox vaxt idarəetmə modelində olur, çünki bir çox şirkət idarəetmə modelini yanlış anlayır. Halbuki bu cür iş modeli fərqli yanaşma tələb edir:
  • aydın və ölçülə bilən hədəflər;
  • nəticə əsaslı qiymətləndirmə;
  • güclü daxili kommunikasiya;
  • düzgün texnoloji alətlər.

Bu elementlər olmadıqda problem “remote” iş modelində yox, sistemin özündə yaranır. Belə olduğu halda isə istər evdə, istərsə də ofisdə ol, performansın aşağı düşməsi qaçınılmazdır.

Məhz bu səbəbdən bir çox şirkət hibrid modelə yönəlir. Həftənin müəyyən günləri ofisdə, qalan günləri evdən işləmək həm ünsiyyəti qorumağa, həm də elastikliyi saxlamağa imkan verir. Komanda əlaqələri tam qopmur, eyni zamanda işçilər sərt çərçivəyə salınmır. Nəzarət ehtiyacı da nisbətən azalır.
Karyera baxımından nə etməlisən?
Bu mərhələdə əsas məsələ emosional reaksiya yox, strateji mövqe tutmaqdır. Əgər ofisə geri çağırılırsansa, ilk addım işinin real nəticələrini, yəni hansı dəyəri yaratdığını, hansı nəticələrə cavabdeh olduğunu və bunların necə olçüldüyünü görünən etməkdir.

Paralel olaraq menecerinlə açıq və faktlara əsaslanan dialoq qura bilərsən. Burada harada işləməyindən asılı olmayaraq nəticələrinin göz önündə olduğunu bir daha vurğula. Əgər şirkət yenə də müsbət cavab vermirsə, bazarı yoxlamaqda fayda var. 

Bir sözlə, ya mövcud sistemdə öz mövqeyini gücləndirəcəksən, ya da sənə uyğun alternativlərlə davam edəcəksən.
“Bir” ekosistemində karyera
Çevik iş modellərinə, nəticə əsaslı performansa və güclü komanda mədəniyyətinə fokuslanan mühit axtarırsansa, düz ünvandasan.

Oxşar məqalələr