Niyə Bakı Formula 1 izləmək üçün ən yaxşı şəhərdir?
Formula 1-in dünya üzrə onlarla dayanacağı var. Amma hər fanat bilir ki, bəzi şəhərlər bu yarışı izləmək üçün digərlərindən daha möhtəşəmdir. Bakı isə həmin siyahının zirvəsindədir. Səbəbləri isə sadədir.
1. Şəhər treki olduğuna görə
Bakı trası şəhərin tam mərkəzindən keçir. Formula 1 azarkeşləri üçün bu çox unikal bir hissdir: bir tərəfdə dənizkənarı bulvar, digər tərəfdə İçərişəhərin qala divarları. Tribunada oturub maşınların dar küçələrdən 300 km/saat sürətlə keçməsini izləmək başqa heç bir yerdə bu qədər təsirli olmur. Monako klassikdir, amma Bakıda həm sürət, həm də şəhərin öz atmosferi daha fərqli bir enerji yaradır.
2. Bakının ən yeni Formula 1 şəhərlərindən biri olduğuna görə
Formula 1-in köhnə məkanları var – Monako, Monza, Silverstone… Bakı isə nisbətən gəncdir. 2016-cı ildən bəri hər mövsüm burada keçirilən yarış həm fanatlara, həm də sürücülərə yeni bir həyəcan qatır. Bütün sürücülər Bakının trasını “çətin, amma çox həyəcanlı” kimi təsvir edir. Bu, şəhəri daha cazibədar edir, çünki hər il burada gözlənilməz hadisələr olur; qəfil ötmələr, dramatik qəzalar və möhtəşəm finişlər.
3. Formula 1 olan şəhərlərdən ən ucuz şəhərlərdən biri olduğuna görə
Formula 1-in fanatı olmaq bahalı zövqdür, amma Bakıda bu daha əlçatandır. Avropanın digər paytaxtlarına baxanda, bilet, otel və yemək qiymətləri nisbətən ucuzdur. Məsələn, London və ya Sinqapurla müqayisədə, Bakıda Formula 1-i izləmək üçün azarkeşin büdcəsi çox da ağır olmur. Üstəlik, şəhərin hər yerində kafelər, restoranlar və barlar münasib qiymətlərlə mövcuddur.
4. Tarixi Avropa–Asiya ortasında olub, Formuladan başqa turistik yerləri çox olduğuna görə
Bakı yalnız Formula 1 deyil, həm də zəngin mədəniyyət və tarix deməkdir. İçərişəhər UNESCO siyahısında, Qız qalası və Şirvanşahlar Sarayı ilə hər turistin marağını cəlb edir. Bulvarda gəzişmək, Xəzərin sahilində gün batımını izləmək və ya “Flame Towers”ın işıq oyunlarını görmək Formula 1 həyəcanını tamamlayan gözəlliklərdir. Bakı həm Avropa, həm Asiya üslubunu birləşdirən yeganə şəhərlərdən biridir. Bura gələn fanatlar yalnız yarış izləmirlər, həm də unudulmaz bir səyahət yaşayırlar.
Nəticə
Sonda belə nəticəyə gəlmək olar ki, Formula 1 izləmək üçün Bakı sadəcə trası ilə deyil, həm də şəhərin enerjisi, tarixi və əlçatanlığı ilə ən ideal seçimdir.